• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Əmək bazarının təhlili” mövzusunda videokonfrans keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin, eyni zamanda prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda videokonfrans təşkil edilib.   Konfransda Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Peşə təhsil müəssisələrinin və 50-dən çox işəgötürən nümayəndələri iştirak edib.   Onlayn formatda təşkil olunan konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin cəlb olunmasında yaranan problemlər və cari ildə qiymətləndirilməsi və tanınması həyata keçiriləcək prioritet peşə ixtisasları müzakirə olunub. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim edilib.   Konfrans əsnasında tədqiqatçılar və peşə təhsili sahəsində çalışan digər maraqlı şəxslər əlaqəli mövzularda fikir mübadiləsi apararaq, işəgötürənlərin təkliflərini dinləyib  və açıq suallarını cavablandırıb.   Daha ətraflı onlayn konfransın video yazısı ilə keçid vasitəsilə tanış ola bilərsiniz.   Qeyd edək ki, əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin öyrənilməsi məqsədi ilə aparılan sorğu aprel ayının sonunadək davam edəcək. TKTA sahibkarları sorğuda iştirak etməyə dəvət edir.

“Nizami Ganjavi-880” beynəlxalq şahmat turniri keçirilib

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Ganjavi-880” beynəlxalq onlayn şahmat turnirinə yekun vurulub. 21 ölkədən 24 komandanın iştirakı ilə keçirilən yarışda 7-si beynəlxalq usta, 23-ü FIDE ustası, 16-sı ustalığa namizəd titullu şahmatçılar, o cümlədən 14-ü 2300 beynəlxalq reytinq əmsalından yuxarı olmaqla ümumilikdə 144 iştirakçı mübarizə aparıb.  17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq rapid komanda yarışında  I yerə İran, II yerə  Türkiyə, III yerə Rusiya şahmatçıları layiq görülüb. Azərbaycan şahmatçıları IV yerdə qərarlaşıb.  Yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom, pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, “Təhsil” Repsublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutan oyunlar “Tornelo” portalı üzərindən keçirilib, müxtəlif şahmat portalları tərəfindən canlı olaraq yayımlanıb.  Yarışın internet səhifəsi: https://ganjavi880.tehsilchess.az/

İkili diplom proqramına sənəd qəbulu davam edir

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir. Proqram üzrə sənədlərin son qəbul tarixi aprelin 20-dir.  Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər. Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər. İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.  

Təhsil işçilərinin vaksinasiyası barədə məlumat

Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərlərində 9, Abşeron rayonunda 21 ümumi təhsil müəssisəsinin hər birinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyəti üzrə 90 faizdən çox əməkdaşının "COVID-19" əleyhinə birinci doza vaksin vurulması prosesi yekunlaşdırılıb.    Təhsil Nazirliyi olaraq qeyd olunan ümumi təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” müsabiqəsi yekunlaşıb

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub.   2020-ci ilin noyabr ayından start verilən müsabiqənin cari ilin yanvar-mart aylarında yarımfinal və final mərhələləri keçirilib. 4 nominasiya (esse, şeir, mahnı, nitq) və 4 yaş kateqoriyası (9-11, 12-14, 15-17, 18-28) üzrə təşkil edilən müsabiqədə iştirak üçün Azərbaycan ilə yanaşı Türkiyə, İran, İsveçrə, İsveç, Polşa, Pakistan, Kanadanı təmsil edən 705 uşaq və gənc müraciət edib.   Münsiflər heyəti tərəfindən hər nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, esse nominasiyası üzrə 388 iştirakçıdan 12 nəfər, mahnı nominasiyası üzrə 25 iştirakçıdan 8 nəfər, nitq nominasiyası üzrə 109 iştirakçıdan 14 nəfər,  şeir nominasiyası üzrə isə  183 iştirakçıdan 13 nəfər qalib olub.   Qaliblər Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə sertifikatla təltif olunublar.   Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin təşkilində məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, uşaqlar və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq hisslərini aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarət olub.

Mey Mask “Yeni çağırışlar”ın qonağı olacaq

“Yeni çağırışlar” onlayn müzakirə proqramının 14 aprel saat 20:00-da yayımlanacaq növbəti buraxılışının qonağı yazıçı, beynəlxalq bestseller müəllifi Mey Mask olacaq.   Mey Maskın bestseller olan “Bir qadın plan qurarsa” kitabı 70-dən çox dilə tərcümə edilib. O, həmin kitabda həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini, eləcə də övladları İlon Mask, Kimbal Mask və Toska Maskı necə böyütdüyünü, çətinliklərini, uğurlarını və sevinclərini qələmə alır. Bununla o, insanları, xüsusilə qadınları daha uğurlu, daha inadkar, daha təşəbbüskar və sağlam olmağa səsləyir.   Mey Mask öz fəaliyyəti ilə informal təhsilin inkişafına xüsusi töhfə verir. O, bir çox cəmiyyət, dərnək, xəstəxana və universitetlərdə yazıçı, sahibkar, qida eksperti və moda simvolu kimi təqdimatlar edir.   Mey Mask maddi mənfəət güdməyən iki qlobal təşkilatın - məktəblərdə tərəvəz və meyvə bağları quran “Böyük yaşıllıq” (Big Green) və bir milyondan çox qadını əhatə edən, müxtəlif fərdi peşə inkişafı proqramları və iş geyimləri təqdim edərək iqtisadi müstəqillik əldə etməyə dəstək olan “Uğur üçün geyin” (Dress for Succes) şəbəkəsinin elçisidir. 45 ildən çoxdur ki, dietoloq olaraq öz qurduğu qidalanma biznesi təcrübəsi əsasında müxtəlif ölkələrdə çıxışlar edir, bu istiqamətdə məqalələr yazır, məsləhətlər verir. 15 yaşından bəri modellik fəaliyyəti ilə də məşğul olan xanım Mask 60 yaşlarında Times Meydanında yer alan 4 reklam lövhəsinin siması olaraq rekord vurub.   Öz sahəsində üç ölkədə zirvəyə çatan Mey Mask Cənubi Afrika Dietoqlarının ilk təmsilçisi, Kanada Məsləhətçi Dietoloqların prezidenti və ABŞ Təşəbbüskar Dietoloqlar, Diyetetik və Qidalanma Akademiyasının sədri olub.   Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqramın bu buraxılışı da həmişə olduğu kimi  Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq. Mey Mask ilə görüşün informasiya tərəfdaşı “Belə belə işlər”dir.

Vətəndaşların videoqəbulu davam etdirilir

Pandemiya şəraiti ilə əlaqədar olaraq, fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında həyata keçirilir. Bu müddət ərzində 100-ə yaxın vətəndaş videoqəbulda iştirak edib. Videoqəbulda qeyd olunan müraciətlərin bir qismi operativ olaraq yerində həllini tapıb, digər müraciətlərlə bağlı məsələlərin həlli üzrə isə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.   Videoqəbulların təşkilində əsas məqsəd mövcud pandemiya şəraitində vətəndaşların təhlükəsiz şəraitdə qəbulunu təmin etmək, vətəndaşların qəbulu sahəsində əlçatanlığın təmin edilməsi və vətəndaş məmnuniyyətinin artırılmasıdır.   Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.   Qeyd edək ki, Nazirlər Kabinetinin ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 iyun 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb.

Koreya proqramı əsasında müəllimlər üçün təlimlərə müraciət qəbul olunur

“Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində seçilmiş 35 təhsil işçisi üçün təlim proqramı uğurla başa çatıb.    Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramı Koreyalı mütəxəssislər tərəfindən təşkil olunub. Təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaq olub.   Hazırda layihənin davamı olaraq, proqramı bitirən təhsil işçiləri tərəfindən 300 müəllim üçün elektron məzmunun yaradılması üzrə təlimlərin təşkili planlaşdırılır.   Təlimlərdə iştirak edəcək müəllimlər onlayn təhsil üçün təlim proqramlarının yazılması, videodərslərin hazırlanması üzrə biliklərə yiyələnəcək və təhsildə rəqəmsal texnologiyalardan istifadə bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Təlimlərin onlayn formatda qeyri-iş vaxtları və gündəlik 2 saat ərzində keçirilməsi nəzərdə tutulur.   Qeyd edək ki, layihə çərçivəsində Koreya təcrübəsi əsasında milli elektron məzmunların yaradılması və video çəkilişi məqsədilə studiyanın qurulması istiqamətində işlər aparılır.   Təlimlərdə iştirak etmək istəyən müəllimlər keçiddə təqdim edilmiş sorğu formasını doldura bilərlər: https://bit.ly/31Q0100

Direktorların işə qəbulu imtahanlarının nəticələrinin təhlili

Cari il üzrə direktorların işə qəbulu imtahanlarında əvvəlki illərlə müqayisədə rekord sayda – 2683 namizədin iştirakı qeydə alınıb.   2018-ci ildə keçirilmiş müsabiqənin test imtahanı mərhələsində 1411, 2019-cu ildə isə 1645 namizəd iştirak edib. İlk dəfə cari il üzrə imtahanlarda iştirak edənlər arasında qadınların sayı (1382 nəfər) kişi namizədlərlə müqayisədə çox olub.   İmtahanlarda iştirak edən namizədlərdən 25 nəfəri xaricdə təhsil alıb. Namizədlər arasında 1807 nəfər müəllim, 511 nəfər tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, 139 nəfər tərbiyə işləri üzrə direktor müavini, 111 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 47 nəfər metodist, 32 nəfər gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 26 nəfər psixoloq, 10 nəfər uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində çalışır. Namizədlərdən 12 nəfəri fəlsəfə doktorudur.

Peşə təhsili üzrə teledərslərin 6 aprel cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 6 aprel tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı