• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri rektorlarla onlayn görüşüb

Aprelin 8-də təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.   Görüşdə ali təhsil müəssisələrində çalışan professor-müəllim və inzibati heyətin vaksinasiya prosesinin səmərəli həyata keçirilməsi, pandemiya dövründə tədrisin təşkili, eləcə də universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barədə müzakirələr aparılıb.   Həmçinin universitetlərin elmi potensialının artırılması və ali təhsilin müxtəlif səviyyələrində davamlı keyfiyyətli təhsilin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib

Aprelin 8-də  “Yüksəliş” müsabiqəsinin İşçi qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarda təhsil naziri Emin Əmrullayev “XXI əsrin tələbi: təhsil və əmək bazarı” mövzusunda təqdimatla çıxış edib.   Vebinarın moderatoru “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.   Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan “Yüksəliş” müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir bildirib ki, müsabiqədən gözləntilər böyükdür, çünki peşəkar kadr məsələsi hər bir ölkə üçün prioritet istiqamətdir.   Nazir əmək bazarında gələcək inkişaf imkanlarının nəzərə alınmasının vacibliyini qeyd edib. Gələcəkdə kadr potensialı baxımından daha dəqiq araşdırmalar, seçimlər aparılacağını nəzərə çatdıran təhsil naziri burada əsas meyarın əhəmiyyətlilik olacağını deyib. Emin Əmrullayev vurğulayıb ki, Azərbaycanın əmək bazarı üçün vacib məsələlərdən biri iş sahəsində boşluqları düzgün müəyyən etmək və ona uyğun davranmaqdır. Nazir kadr hazırlığının da bu strategiya üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.   Qarşılıqlı müzakirə formatında aparılan vebinarda təhsil naziri iştirakçıların suallarını cavablandırıb. Emin Əmrullayev müsabiqədə yarımfinala keçən iştirakçılara təbriklərini çatdırıb və uğurlar arzulayıb.   Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib.   “Yüksəliş” müsabiqəsinin İşçi qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir. Hazırda müsabiqənin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.   “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Peşə təhsili üzrə teledərslərin 6 aprel cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 6 aprel tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.       Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

8000-ci buraxılış: “Dərs vaxtı” efirdədir

Aprelin 8-də “Dərs vaxtı” proqramının 8000-ci buraxılışı efirə gedib.   11 mart 2020-ci il tarixindən start verilən “Dərs vaxtı” proqramı həftəiçi 5 gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanır. Layihə çərçivəsində ümumtəhsil məktəblərində tədris olunan fənlərlə yanaşı, müxtəlif adda telelayihələr də təqdim olunur: "Qüvvət elmdədir", "Elmin möcüzələri", "Virtual məktəb"də müəllimlərə dəstək, eşitmə çətinliyi olan uşaqlar üçün dərslər.   Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.  

Növbəti onlayn müsahibələrə start verilir

Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlanılacaq.   Müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək.    13 aprel tarixindən namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.    Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.   Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək.   Cari müsahibələr başa çatdıqdan sonra apellyasiya prosesinin təşkili nəzərdə tutulub. 

Mart ayı üçün tanınma üzrə müraciətlərin statistikası

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən mart ayı üçün tanıma üzrə müraciətlərin statistikası açıqlanıb.   Belə ki, qeyd edilən ay üzrə 205 müraciətçinin 150-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.   Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 29, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 21, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və ixtisasın ekvivalentliyi olmaması səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.   İxtisas seçimlərində iqtisadiyyat üzrə 31, hüquqşünaslıq  üzrə 26, maliyyə üzrə 32, tibb üzrə 19, biznesin idarə edilməsi üzrə 17, menecment üzrə 15, mühəndislik üzrə 13, təhsil elmləri üzrə 11, beynəlxalq münasibətlər üzrə 9, kompüter elmləri üzrə 8 və digər ixtisaslar üzrə 24 nəfər müraciətçi qeydə alınıb.   Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 67, Türkiyədən 54, Rusiyadan 42, Gürcüstandan 16, Çindən 6, digər ölkələrdən isə 20 müraciətin olduğu müşahidə olunur.    Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az"Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

“Üç alov” II Beynəlxalq yaradıcılıq festivalına start verilib

Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 5 aprel-3 iyun tarixlərini əhatə edən “Üç alov” uşaq və gənclərin onlayn II Beynəlxalq Folklor, Klassik və Müasir yaradıcılıq festivalına start verilib.   Yaradıcılıq festivalının əsas məqsədi musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, bu sahədə uşaq və gənclərin bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri eləcə də folklor, klassik və müasir istiqamətlər üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.   Yaradıcılıq festivalında ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər, özfəaliyyət yaradıcılıq kollektivlərinin üzvləri iştirak edə bilərlər.   4 yaş qrupu (6-8, 9-11, 12 -14, 15 -17) üzrə keçirilən festival aşağıdakı nominasiyaları əhatə edir: - İnstrumental yaradıcılıq: milli; klassik; estrada; caz (zərb-çalğı alətləri və nağara istisna olmaqla); - Vokal yaradıcılığı: milli vokal; akademik vokal; estrada vokal; - Xoreoqrafiya yaradıcılığı: milli rəqslər; bal rəqsləri; müasir və klassik balet; müasir estrada rəqsi.   Festival üzrə tələblər aşağıdakılardır: - İştirakçılar müxtəlif yaş qrupları üzrə tək (solo), cüt (duet) və kollektiv (qrup) qatıla bilərlər; - İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə və həmin nominasiya üzrə bir nömrədən ibarət videoçarx təqdim edə bilər; - Bütün nominasiyalar üzrə ifa müddəti 1-3 dəqiqədən artıq olmamalıdır; - İştirakçılar ifanın əvvəlində “Üç Alov” festivalına xüsusi olaraq (Special for “Uch Alov” Festival!) (Cпециально для фестиваля “Уч Aлов”) – sözlərini qeyd etməlidilər; - Festivala təqdim olunan videoçarxlar xüsusi olaraq bu festival üçün hazırlanmalı, digər müsabiqələrdə iştirak etməməli, “Üç alov” festivalının sloqanı ilə başlanmalıdır; - Müsabiqəyə göndərilmiş videoçarxlar digər müsabiqədə iştirak üçün istifadə edildiyi və sosial şəbəkələrdə paylaşıldığı təqdirdə iştirakçılar müsabiqədən kənarlaşdırılaraq nəticəsi ləğv olunacaq.   Yaradıcılıq festivalı 3 mərhələdə keçirilir:   I mərhələ – 5-30 aprel 2021-ci il.  İlkin mərhələdə iştirakçıların qeydiyyatı ilə bağlı müraciətlərin və videoçarxların qəbulu aparılır. Festivalda iştirak etmək istəyənlər ad, soyad, təvəllüd, təmsil etdikləri ölkə, təhsil aldıqları müəssisə, nominasiyanın adını qeyd edərək aprelin 30-dək 3alovfest@gmail.com elektron ünvanına göndərməlidirlər. Qeydiyyat zamanı bütün videoçarxlarda iştirakçının adı, soyadı, təmsil etdiyi müəssisənin adı, ifa etdiyi mahnının (rəqsin və s.) adı, müddəti qeyd edilməlidir.   II mərhələ – 1-30 may 2021-ci il. Bu mərhələdə videoçarxlar münsiflər heyəti tərəfindən qiymətləndirilir və qaliblər seçilir.   III mərhələ – 1-3 iyun 2021-ci il. Festivalın beynəlxalq mərhələsində - yekun mərhələdə hər nominasiya üzrə qaliblər elan olunur, onlayn final konserti keçirilir.    Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda (+994) 51 966 96 10 və (+994) 55 730 00 06 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.    Qaliblər “Qran Pri” mükafatı, hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar diplom ilə, müəllimlər, xoreoqraflar və bədii rəhbərlər isə xüsusi diplom ilə, digər iştirakçılar isə sertifikatla təltif olunacaq.

Təhsil naziri "Hədəf" proqramında

Təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramının qonağı olub.    Proqram ərzində pandemiya dövründə tədrisin təşkili, təhsil işçilərinin vaksinasiyası, peşə təhsili, SABAH magistraturası və digər məsələlər ətrafında danışılıb.  

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.   9 aprel saat 17:00-da baş tutacaq təlim proqramı “Sosial innovasiyalarda İsveçrə modeli” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində İsveçrənin Cenevrə Beynəlxalq Universitetinin (İnternational University of Geneva) beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsindən məzun Günay Muxtarovadır.   Təlimdə iştirak etmək üçün müvafiq link  https://cutt.ly/kcOvpCI  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

“Virtual məktəb” üzrə təhsil menecerləri təşəkkürnamə ilə təltif olunub

Aprelin 7-də  Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərən təhsil menecerləri ilə onlayn görüş keçirilib.   Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, layihə rəhbərləri və təhsil menecerləri iştirak ediblər.    Görüşdə çıxış edən nazir müavini Firudin Qurbanov “Virtual məktəb” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib, 2020-ci ilin aprel ayından etibarən layihədə göstərdikləri səmərəli fəaliyyətə görə təltif edilən təhsil menecerlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.   Daha sonra layihə çərçivəsində təhsil menecerlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açmış “Virtual məktəb”də yaradılan imkanlardan istifadə üzrə müəllim və şagirdlərə dəstək göstərmək məqsədi ilə təhsil menecerləri fəaliyyətə başlayıb. Hazırda ölkə üzrə 62 menecer “Virtual məktəb” üzrə fəaliyyət göstərir. Hər bir menecer aid olduğu şəhər və region üzrə şagirdlərin ümumi 9 minlik böyük qruplarına, eyni zamanda, müəllimlərin böyük qruplarına nəzarət edir. Böyük şagird qruplarında menecerlər təhsilalanları mərkəzləşdirilmiş tədbir, müsabiqə və yarışlar haqqında məlumatlandırır, təhsillə bağlı material və təlimatları paylaşaraq, ümumi prosesə nəzarət edirlər. Müəllim region qrupları üzrə isə menecerlərin əsas fəaliyyəti təhsilverənlərin platforma üzrə çətinliklərinə kömək etmək, müvafiq təlimatlar vermək və mərkəzləşmiş şəkildə idarəetməni təşkil etməkdir. Təhsil menecerləri eyni zamanda, regional təhsil şöbələri ilə sıx əməkdaşlıq quraraq, region üzrə platforma ilə bağlı olan bütün sualların layihə mərkəzinə çatdırılmasına və qısa zamanda həllinə dəstək olurlar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı