• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktorların işə qəbulu imtahanlarının nəticələrinin təhlili

Cari il üzrə direktorların işə qəbulu imtahanlarında əvvəlki illərlə müqayisədə rekord sayda – 2683 namizədin iştirakı qeydə alınıb.

 

2018-ci ildə keçirilmiş müsabiqənin test imtahanı mərhələsində 1411, 2019-cu ildə isə 1645 namizəd iştirak edib. İlk dəfə cari il üzrə imtahanlarda iştirak edənlər arasında qadınların sayı (1382 nəfər) kişi namizədlərlə müqayisədə çox olub.

 

İmtahanlarda iştirak edən namizədlərdən 25 nəfəri xaricdə təhsil alıb. Namizədlər arasında 1807 nəfər müəllim, 511 nəfər tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, 139 nəfər tərbiyə işləri üzrə direktor müavini, 111 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 47 nəfər metodist, 32 nəfər gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 26 nəfər psixoloq, 10 nəfər uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində çalışır. Namizədlərdən 12 nəfəri fəlsəfə doktorudur.


3 il əvvəl