• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” müsabiqəsi yekunlaşıb

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub.

 

2020-ci ilin noyabr ayından start verilən müsabiqənin cari ilin yanvar-mart aylarında yarımfinal və final mərhələləri keçirilib. 4 nominasiya (esse, şeir, mahnı, nitq) və 4 yaş kateqoriyası (9-11, 12-14, 15-17, 18-28) üzrə təşkil edilən müsabiqədə iştirak üçün Azərbaycan ilə yanaşı Türkiyə, İran, İsveçrə, İsveç, Polşa, Pakistan, Kanadanı təmsil edən 705 uşaq və gənc müraciət edib.

 

Münsiflər heyəti tərəfindən hər nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, esse nominasiyası üzrə 388 iştirakçıdan 12 nəfər, mahnı nominasiyası üzrə 25 iştirakçıdan 8 nəfər, nitq nominasiyası üzrə 109 iştirakçıdan 14 nəfər,  şeir nominasiyası üzrə isə  183 iştirakçıdan 13 nəfər qalib olub.

 

Qaliblər Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə sertifikatla təltif olunublar.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin təşkilində məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, uşaqlar və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq hisslərini aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarət olub.


3 il əvvəl