• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Koreya proqramı əsasında müəllimlər üçün təlimlərə müraciət qəbul olunur

“Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində seçilmiş 35 təhsil işçisi üçün təlim proqramı uğurla başa çatıb. 

 

Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramı Koreyalı mütəxəssislər tərəfindən təşkil olunub. Təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaq olub.

 

Hazırda layihənin davamı olaraq, proqramı bitirən təhsil işçiləri tərəfindən 300 müəllim üçün elektron məzmunun yaradılması üzrə təlimlərin təşkili planlaşdırılır.

 

Təlimlərdə iştirak edəcək müəllimlər onlayn təhsil üçün təlim proqramlarının yazılması, videodərslərin hazırlanması üzrə biliklərə yiyələnəcək və təhsildə rəqəmsal texnologiyalardan istifadə bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Təlimlərin onlayn formatda qeyri-iş vaxtları və gündəlik 2 saat ərzində keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, layihə çərçivəsində Koreya təcrübəsi əsasında milli elektron məzmunların yaradılması və video çəkilişi məqsədilə studiyanın qurulması istiqamətində işlər aparılır.

 

Təlimlərdə iştirak etmək istəyən müəllimlər keçiddə təqdim edilmiş sorğu formasını doldura bilərlər: https://bit.ly/31Q0100


3 il əvvəl