• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Nizami Ganjavi-880” beynəlxalq şahmat turniri keçirilib

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Ganjavi-880” beynəlxalq onlayn şahmat turnirinə yekun vurulub.


21 ölkədən 24 komandanın iştirakı ilə keçirilən yarışda 7-si beynəlxalq usta, 23-ü FIDE ustası, 16-sı ustalığa namizəd titullu şahmatçılar, o cümlədən 14-ü 2300 beynəlxalq reytinq əmsalından yuxarı olmaqla ümumilikdə 144 iştirakçı mübarizə aparıb. 


17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq rapid komanda yarışında  I yerə İran, II yerə  Türkiyə, III yerə Rusiya şahmatçıları layiq görülüb. Azərbaycan şahmatçıları IV yerdə qərarlaşıb. 


Yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom, pul mükafatı təqdim olunacaq.


Qeyd edək ki, “Təhsil” Repsublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutan oyunlar “Tornelo” portalı üzərindən keçirilib, müxtəlif şahmat portalları tərəfindən canlı olaraq yayımlanıb. 


Yarışın internet səhifəsi: https://ganjavi880.tehsilchess.az/


3 il əvvəl