• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətəndaşların videoqəbulu davam etdirilir

Pandemiya şəraiti ilə əlaqədar olaraq, fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında həyata keçirilir. Bu müddət ərzində 100-ə yaxın vətəndaş videoqəbulda iştirak edib. Videoqəbulda qeyd olunan müraciətlərin bir qismi operativ olaraq yerində həllini tapıb, digər müraciətlərlə bağlı məsələlərin həlli üzrə isə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Videoqəbulların təşkilində əsas məqsəd mövcud pandemiya şəraitində vətəndaşların təhlükəsiz şəraitdə qəbulunu təmin etmək, vətəndaşların qəbulu sahəsində əlçatanlığın təmin edilməsi və vətəndaş məmnuniyyətinin artırılmasıdır.

 

Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 iyun 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb.


3 il əvvəl