• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Praktiki bacarıqların qiymətləndirilməsi prosesinə ekspertlər dəvət edilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi mütəxəssisləri “Plastik boru qaynaqçısı”, “Poliqrafiya üzrə dizayner”, “Qənnadçı-şirniyyatçı” və “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisasları üzrə  vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə yaradılan ekspert bankına müraciət etməyə dəvət edir.   Müraciət üçün Agentliyin internet saytının (www.tkta.edu.azEkspert bankı” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçirilir.

“Bizim sevimli dostlarımız” fotomüsabiqəyə start verilib

Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsinə start verilib. Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə 5 aprel – 5 may tarixlərini əhatə edir.   Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərdə foto sənətinə maraq yaratmaq, onların asudə vaxtını səmərəli və faydalı təşkil etmək, yaradıcılıq potensiallarını inkişaf etdirmək, həmçinin istedadlı uşaq və gəncləri üzə çıxarmaqdan ibarətdir.   Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 3 mərhələdə keçirilir:   I mərhələ - 5-25 aprel 2021-ci il. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş 1 fotoşəkil və iştirakçı haqqında məlumat bizim.sevimli.dostlarimiz.2021@gmail.com elektron ünvanına göndərilməlidir.   II mərhələ - 25-29 aprel 2021-ci il. Bu mərhələdə qaliblər müəyyən edilir.   III mərhələ - 5 may 2021-ci il. Bu mərhələdə müsabiqənin yekunu və qaliblər haqqında məlumatlar kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Fotoşəkillər qeyd olunan mövzuya uyğun çəkilməlidir (təbiətdə və ev şəraitində olan heyvan və quşların fotosu); - Fotoşəkillər ekopark, zoopark, meşə, qoruq, park və bağlarda çəkilə bilər; - Fotoşəkil məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar tərəfindən çəkilən və internetdən götürülən fotoşəkillər qəbul edilmir; - Fotoşəkil telefon, planşet və ya fotokamera ilə çəkilə bilər; - Fotolar aydın və keyfiyyətli çəkilməlidir; - Fotoşəkillərin həcmi 3-4 mb-dan az olmamalıdır; - Müsabiqəyə hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 rəsm işi təqdim etməlidir; - Fotolar və iştirakçı haqqında məlumatı (adı, soyadı, yaşı, təhsil aldığı məktəb və ya məşğul olduğu müəssisənin adı, yaşadığı şəhərin, rayonun adı) müsabiqənin təşkilat komitəsinin bizim.sevimli.dostlarimiz.2021@gmail.com elektron ünvanına  göndərilməlidir.   Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar

Aprelin 5-də “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib.    Vebinar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.   Tədbirdə açılış nitqi ilə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.     Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Bu Sərəncam Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisidir.  2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin irsinin tədqiqi və təbliği işinə yeni təkan verəcək, yubiley tədbirləri istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda ən yüksək səviyyədə qeyd olunacaq, “Nizami Gəncəvi İli” Nizami əsərlərinin tədqiqi və təbliğinə öz parlaq töhfələrini verəcək, bütün dünyada sözün və idrakın bayramına çevriləcək.   Vebinarda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi qədim mədəniyyətimizin incilərinə, onların qorunub saxlanmasına, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə dövlətimizin və dövlət başçısının münasibətinin təzahürüdür. Nazir müavini qeyd edib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin ən mühüm nüsxələri bu gün dünyanın müxtəlif kitabxanalarında və əlyazma saxlanclarında mühafizə olunur. Bu, Nizami irsinin mütaliə dairəsinin bariz göstəricisidir. Böyük şairin yaradıcılıq nümunələri dünyanın ən parlaq zəka sahibləri tərəfindən öyrənilib və hazırda da öyrənilməkdədir. Şairin əsərləri dünyanın müxtəlif ölkələrində fərqli dillərə tərcümə olunaraq nəşr olunub. Bununla yanaşı, onun ədəbi irsi həm də qədim tarixə, mükəmməl ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olub, xalqımızın fəxri, milli iftixarı, bütün türk dünyasının qürur mənbəyidir.      Nazir müavini diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycanın ümumtəhsil məktəblərində Nizami irsi layiqincə tədris edilir və hər yeni gün onu müasir gənclərimizə daha da yaxın etmək imkanları barədə düşünülür, Nizami irsinin milli və bəşəri ideyaları geniş şəkildə öyrənilir və öyrədilir.    Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva,  İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Əkmələddin İhsanoğlu, ISESCO-nun sabiq baş direktoru  Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov da çıxış edərək vebinar çərçivəsində müzakirə edilən önəmli məsələlərin, səsləndirilən fikirlərin tədbirin işinə töhfəsini verəcəyini qeyd ediblər.   Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşər dünyasının mədəni sərvətidir” mövzusunda geniş məruzəsi dinlənilib.

“SABAH qrupları” layihəsi Nobel festivalının tərəfdaşıdır

Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə “Gələcəyi ixtira edərkən” adlı II Orta Asiya Nobel Festivalı (Central Asia Nobel Fest) keçiriləcək. Nobel mükafatı laureatları Azərbaycandan və Mərkəzi Asiyadan olan tələbələr üçün həvəsləndirici video çəkməyi, həmçinin gənc tədqiqatçıları II Nobel Festivalında və Nobel Mühazirələri Həftəsində iştiraka dəvət etməyi qərara alıblar.   2 hissədən ibarət olan, Nobel mükafatı laureatlarının və görkəmli alimlərin iştirakı ilə planlaşdırılan onlayn elmi simpozium  7-9 və 12-16 aprel tarixlərində baş tutacaq.   Qeyd edək ki, Orta Asiya Nobel Festivalı hər il 40 ölkədən minlərlə tələbə və professoru, 5 Nobel mükafatçısını, 3 İnkişaf Mükafatı laureatını, onlarla dünya alimini, eləcə də tanınmış mütəxəssisləri, beynəlxalq təşkilatların rəhbərlərini və əsas mütəxəssisləri bir araya gətirən misilsiz bir elmi və təhsil tədbiridir.   Festival çərçivəsində alimlər bütün Orta Asiya və Qafqazdan olan elmi ictimaiyyət və tələbələr üçün çıxış edəcəklər.   Çıxışları izləmək üçün qeydiyyat linki: https://nobel-fest.inpolicy.net/phone/index.html

Rusiya “MGIMO”dan növbəti tədris ili üçün tələbə qəbulu

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.   Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 5–9 aprel 2021-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.   Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı buradan əldə etməyiniz mümkündür.

Müsabiqə və olimpiadalar elektronlaşdırılır

Aprelin 2-dən ölkə üzrə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinə ərizə qəbulu Təhsil Nazirliyinin elektron xidmətlər portalı – www.portal.edu.az vasitəsi ilə həyata keçirilir.   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqədə iştirak edən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müsabiqə üzrə müraciətlərini yerləşdirə bilərlər.    Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən olimpiada və müsabiqələrin daha səmərəli təşkili məqsədi ilə müvafiq informasiya sistemi qurulub. Belə ki, cari ildən olimpiada və müsabiqələrin təşkili, idarəolunması və ərizələrin qəbulu prosesləri tamamilə elektron formada həyata keçiriləcək. Həmçinin, qalib iştirakçılara elektron nailiyyət sənədlərinin verilməsi nəzərdə tutulur.

““Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihə qəbulu başlayıb

““Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihələrin qəbulu başlayıb.   Müsabiqədə iştirak üçün müraciət sənədləri 20 aprel 2021-ci il saat 18:00-dək elektron formada saglamtehsil@edu.gov.az ünvanına göndərilməlidir.   Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.   Qeyd edək ki, sözügedən layihə ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilir.

Pandemiya dövründə tədrisin təşkili

Bildiyimiz kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdir.   Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ərazisində yerləşən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.   Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin  şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.   Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.    Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.

II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib

2-3 aprel tarixlərində II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib.   Konfrans Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.   BP Azərbaycan və tərəfdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Sosial Xidmətlər Agentliyi, Təhsil Nazirliyinin tərəfdaşı olduğu onlayn konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislər, müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.   Konfransın açılış mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov autizmli uşaqların ictimailəşdirilməsində inklüziv təhsil sisteminin vacib bir məqam olduğunu deyib. Nazir müavini  bildirib ki, təhsil sisteminin qarşısında duran əsas hədəflərdən biri də sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üçün inklüziv təhsil proqramlarının qəbulu, müəllim heyətinin inklüziv təhsil üzrə təlimlərə cəlb edilməsidir. Bu sahədə Təhsil Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirildiyini vurğulayan Firudin Qurbanov əlavə edib ki, autizmli uşaqların məktəbəqədər və məktəb yaşlarında ümumi təhsil sisteminə daxil edilməsi, onların inkişafına, xüsusilə də nitq və ünsiyyət, sosialllaşma bacarıqlarının və intellektual səviyyəsinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.    Nazir müavini xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üçün inklüziv təhsilin təşkili ilə bağlı nazirlik tərəfindən görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb.    Heydər Əliyev Fondu tərəfindən bu cür uşaqların təhsilinin təşkili, təhsil aldıqları müəssisələrin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən mühüm işləri diqqətə çatdıran Firudin Qurbanov çıxışının sonunda vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlbi bundan sonra da təhsil siyasətində prioritet məsələ olaraq nəzərə alınacaq.     Səhiyyə nazirinin müavini Rahim Əliyev açılış mərasimində çıxış edərək bildirib ki, bütün dünyada, o cümlədən ölkəmizdə martın 29-dan aprelin 4-nə kimi Ümumdünya Autizm Maarifləndirmə Həftəsi qeyd edilir və bütövlükdə aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Rahim Əliyev bu maarifləndirilmə tədbirlərinin əsas məqsədinin əhalini, xüsusən gənc ailələri autizm haqqında daha ətraflı məlumatlandırmaq olduğunu vurğulayıb.   Konfransda dinlənilən çıxışlarda qeyd olunub ki, autizm spektr pozuntularına ildən-ilə daha çox rast gəlinməsi bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir.   İkigünlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssis və ekspertlərin autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən “ABA” (Tətbiqi Davranış Analizi) terapiya üsulu ilə bağlı məruzələri dinlənilib və iştirakçıların sualları cavablandırılıb. 

Müsabiqə və olimpiadaların təşkili elektronlaşdırılır

2 aprel tarixindən etibarən ölkə üzrə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinə ərizə qəbulu Təhsil Nazirliyinin elektron xidmətlər portalı – www.portal.edu.az vasitəsi ilə həyata keçiriləcək.   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqədə iştirak edən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müsabiqə üzrə müraciətlərini yerləşdirə bilərlər.   Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən olimpiada və müsabiqələrin daha səmərəli təşkili məqsədi ilə müvafiq informasiya sistemi qurulub. Belə ki, cari ildən olimpiada və müsabiqələrin təşkili, idarəolunması və ərizələrin qəbulu prosesləri tamamilə elektron formada həyata keçiriləcək. Həmçinin, qalib iştirakçılara elektron nailiyyət sənədlərinin verilməsi nəzərdə tutulur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı