• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dəb texnologiyaları üzrə müsabiqəyə start verilir

"WorldSkills Azerbaijan" platforması 14-25 yaşlı yaradıcı gənclər üçün dəb texnologiyaları üzrə “Fantaziyanı biç, çantaya çevir” adlı müsabiqə elan edir. Müsabiqənin məqsədi dəb texnologiyaları ixtisasına gənclərin marağını artırmaq və sözügedən ixtisasın inkişafına töhfə verməkdən ibarətdir.   İştirakçılar müsabiqə şərtlərinə əməl etməklə eko çanta hazırlayaraq əl işlərini təhvil verməlidirlər. İki mərhələli qiymətləndirmə prosesindən ibarət olan müsabiqəyə qəbul olunmuş əl işləri ilkin olaraq "WorldSkills Azerbaijan" platformasının "Facebook" səhifəsində yerləşdirilərək ictimai səsverməyə çıxarılacaq, daha sonra isə peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.   Müsabiqənin qalibləri pul mükafatı, eləcə də müsabiqənin sponsoru olan "Sinteks" şirkəti tərəfindən hədiyyə kartları və sözügedən şirkətdə təcrübə imkanı qazanacaqlar.   Müsabiqə haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün bu keçidə  daxil olmağınız xahiş olunur.                                                                    Qeyd edək ki, "WorldSkills Azerbaijan" peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.  

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində görüş keçirilib

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi arasında görüş keçirilib.   Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, sektor müdiri Ayla Həsənova, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, “Alqoritmika” şirkətinin təsisçisi Andrey Lobanov və şirkətin nümayəndələri iştirak ediblər.   Görüş çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə cari tədris ilində görülən işlərin hesabatı, tədrisin keyfiyyəti üzrə tədqiqat nəticələri təqdim olunub və növbəti tədris ili üçün nəzərdə tutulan işlərin planları müzakirə olunub. Eyni zamanda, layihə çərçivəsində cari ildə pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması üzrə keçirilən təlimlər, şagirdlərin alqoritmik düşüncə, layihə işləmə bacarıqlarını inkişaf etdirən müsabiqələr barədə məlumat verilib.   Qeyd edək ki, cari tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi 9 şəhər və rayonu əhatə edib. Hazırda layihədə 222 məktəbdən 120 min şagird iştirak edir. Layihənin uğurlu nəticələrini nəzərə alaraq əhatə dairəsi ildən-ilə daha da genişləndirilir.

Mey Mask “Yeni çağırışlar”da uğur təcrübəsini bölüşüb

Yeni çağırışlar” müzakirə proqramının növbəti qonağı yazıçı, beynəlxalq bestseller müəllifi, dünyanın ikinci ən zəngin adamı, “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın anası Mey Mask olub.   Proqramda Mey Mask həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini paylaşıb, davamlı öyrənmənin onun və ailəsinin uğurlarındakı rolundan söhbət açıb.   “Belə-belə işlər”in informasiya dəstəyi ilə baş tutan görüşdə uğur sirrini ailəsi və zəhmətkeşliyi ilə əlaqələndirən xanım Mask bildirib ki, övladlarının uğuruna səbəb isə onların inadkar və əzmkarlığıdır.    Görüşün yekunununda  proqramın ənənəvi “Yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualına Mey Mask belə cavab verib: “Siz yeni çağırışları  yəqin ki qlobal miqyasda nəzərdə tutursunuz. Mən təmiz enerji və sağlam qidalanmanı, kişi və qadınların hüquqlarının bərabər şəkildə təmin olunmasını, iqlim dəyişikliyini, insanların bir-birinə qarşı mehriban və nəcib olmasını, ailə dəyərlərini qeyd edərdim. Sadalanası o qədər dəyərlər var ki, səkkiz guşəli ulduza necə sığdıracağımı bilmirəm. Amma 8 guşəni bu çağırışlarla tamamlamaq olar.  Yaxşı niyyətlə görülən işin qədrini bil, nə qədər çox çalışsan bir o qədər şanslı olarsan, əsla təşəbbüsündən imtina etmə və indi başla”.   Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

Bacarıq yarışlarının təşkilinə dəstək üçün anlaşma memorandumu

Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bacarıq yarışlarının təşkili üçün milli potensialın inkişaf etdirilməsi sahəsində Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu ilə anlaşma memorandumu imzalayıb.   Memorandum çərçivəsində bacarıq yarışlarının keçirilməsi üçün mütəxəssis potensialının inkişaf etdirilməsi, ölkə səviyyəsində yarışların keçirilməsi, eləcə də Azərbaycandan olan mütəxəssis və müsabiqəçi heyətinin Koreya milli yarışlarında iştirakı və təcrübə mübadiləsi aparması nəzərdə tutulur. Bununla yanaşı, koreyalı mütəxəssislər azərbaycanlı gənc müsabiqəçilərin "WorldSkills International" təşkilatı tərəfindən təşkil olunan “Shanghai2022” bacarıq olimpiadasına hazırlıq prosesinə də dəstək verəcəklər.    Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov anlaşma memorandumunun əhəmiyyətini qeyd edib və bacarıq yarışlarının dolayı yolla Azərbaycanda əmək bazarının tələblərinə uyğun kadrlar yetişməsinə töhfə verəcəyini vurğulayıb. Qeyd edilib ki, imzalanan əməkdaşlıq sənədi Azərbaycanda bacarıq yarışlarının keçirilməsi, "WorldSkills" standartlarının təhsildə tətbiqi və beynəlxalq bacarıq yarışlarına hazırlıq istiqamətində həyata keçirilən işlərə dəstək olacaq.    Tədbir zamanı həmçinin, Azərbaycan və Koreya hökumətlərinin birgə icra etdiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi layihəsi üzrə uğurlu əməkdaşlıq geniş müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində icra edilən işlər üzrə əldə edilən nəticələr müvafiq təşkilatların məsul şəxsləri tərəfindən tədbir iştirakçılarına təqdim edilib.

Onlayn müsahibələrə başlanılır

Aprelin 21-də 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir.   Müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.   Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.   Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunur.   Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

Qazaxıstan təqaüd proqramına müraciət üçün son 2 həftə

Qazaxıstanın Elm və Təhsil Nazirliyinin 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan etdiyi təqaüd proqramına müraciət üçün son 2 həftə qalıb.   Təqaüd proqramına müraciət üçün son tarix 30 aprel 2021-ci il nəzərdə tutulub.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Təhsil naziri UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Aprelin 16-da təhsil naziri Emin Əmrullayev UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.   Görüşdə Təhsil Nazirliyi və UNICEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.                              Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə UNICEF arasında 2021-2025-ci illər üzrə Ölkə Proqramından irəli gələn İllik Fəaliyyət Planı imzalanıb.

“Sən elə bir zirvəsən” mahnı müsabiqəsinə start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə start verilib. Cari ilin 14 aprel – 10 may tarixlərini əhatə edən müsabiqə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilir.   Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Məqsəd böyüməkdə olan gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxartmaqdan ibarətdir.   Müsabiqə 2 yaş qrupunda (7-14, 15-20) xalq mahnıları (muğam,təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə 2 mərhələdə keçirilir.   I mərhələ - 14 aprel - 06 may 2021-ci il. Bu mərhələdə iştirakçılar tərəfindən hazırlanan mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron ünvanına və ya +994 55 539 55 22 əlaqə nömrəsinə whatsap vasitəsi ilə göndərilməlidir.   II mərhələ - 07– 10 may 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilir. Müsabiqə üzrə tələblər aşağıdakılardır: - İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər; - İştirakçı seçdiyi nominasiya üzrə bir nömrədən ibarət videogörüntü təqdim etməlidir; - Təqdim olunan mahnı 3-4 dəqiqədən çox olmamalıdır; - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər; - Müsabiqəyə fonoqram qəbul olunmur; - İştirakçının videogörüntüsü  telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Təqdim olunan videogörüntülər aydın və keyfiyyətli olmalıdır. -Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, nominasiya, ifa etdiyi mahnının adı) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;   Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.    Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazanılan uğur

9-15 aprel tarixlərində Gürcüstanın Kutaisi şəhərində X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 55 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.   Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Fidan Qarayeva bürünc medala, həmin liseyin XI sinif şagirdi Ləman Ağazadə isə “Həvəsləndirici mükafat”a layiq görülüb.   Məktəblilərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq. 

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində təlimlər keçirilir

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində 2020-2021-ci tədris ili ərzində müəllimlər üçün təlimlər keçirilir. Davamlı olaraq təşkil edilən təlimlərin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsidir.  Təlimlər nəticəsində müəllimlər layihədəki fəaliyyətləri çərçivəsində  beynəlxalq “Alqoritmika” proqramlaşdırma məktəbinin metodistləri tərəfindən hazırlanmış məzmunun yüksək keyfiyyətli tədrisini apara biləcəklər.  Təlim mövzuları proqramlaşdırma dillərinin əsaslarını, alqoritm anlayışını, alqoritmin növlərini, "Scratch" proqramlaşdırma mühitində resursların yaradılması kimi sahələri əhatə edir. Eyni zamanda, "Python" proqramlaşdırma dili, obyektlə idarəetmə imkanları və s. kimi mövzular da təlim proqramında öz əksini tapır. Təlimlərdə, ümumilikdə, 1306 müəllim iştirak edir. Onlardan 1050 müəllim Azərbaycan bölməsi üzrə 89 mindən çox şagirdə, 256 müəllim isə rus bölməsi üzrə 30 mindən çox şagirdə informatika fənnini yeni formatda tədris edir.  Qeyd edək ki, cari tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi 9 şəhər və rayonu əhatə edir. Hazırda layihədə 222 məktəbdən 120 min şagird iştirak edir.    

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı