• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində görüş keçirilib

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi arasında görüş keçirilib.

 

Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, sektor müdiri Ayla Həsənova, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, “Alqoritmika” şirkətinin təsisçisi Andrey Lobanov və şirkətin nümayəndələri iştirak ediblər.

 

Görüş çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə cari tədris ilində görülən işlərin hesabatı, tədrisin keyfiyyəti üzrə tədqiqat nəticələri təqdim olunub və növbəti tədris ili üçün nəzərdə tutulan işlərin planları müzakirə olunub. Eyni zamanda, layihə çərçivəsində cari ildə pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması üzrə keçirilən təlimlər, şagirdlərin alqoritmik düşüncə, layihə işləmə bacarıqlarını inkişaf etdirən müsabiqələr barədə məlumat verilib.

 

Qeyd edək ki, cari tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi 9 şəhər və rayonu əhatə edib. Hazırda layihədə 222 məktəbdən 120 min şagird iştirak edir. Layihənin uğurlu nəticələrini nəzərə alaraq əhatə dairəsi ildən-ilə daha da genişləndirilir.


3 il əvvəl