• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sən elə bir zirvəsən” mahnı müsabiqəsinə start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə start verilib. Cari ilin 14 aprel – 10 may tarixlərini əhatə edən müsabiqə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilir.

 

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Məqsəd böyüməkdə olan gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxartmaqdan ibarətdir.

 

Müsabiqə 2 yaş qrupunda (7-14, 15-20) xalq mahnıları (muğam,təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə 2 mərhələdə keçirilir.

 

I mərhələ - 14 aprel - 06 may 2021-ci il. Bu mərhələdə iştirakçılar tərəfindən hazırlanan mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron ünvanına və ya +994 55 539 55 22 əlaqə nömrəsinə whatsap vasitəsi ilə göndərilməlidir.

 

II mərhələ - 07– 10 may 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilir.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər;

- İştirakçı seçdiyi nominasiya üzrə bir nömrədən ibarət videogörüntü təqdim etməlidir;

- Təqdim olunan mahnı 3-4 dəqiqədən çox olmamalıdır;

- Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;

- Müsabiqəyə fonoqram qəbul olunmur;

- İştirakçının videogörüntüsü  telefon, planşet və ya kamera ilə çəkilə bilər;

- Təqdim olunan videogörüntülər aydın və keyfiyyətli olmalıdır.

-Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, nominasiya, ifa etdiyi mahnının adı) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;

 

Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar. 

 

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.


3 il əvvəl