• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mey Mask “Yeni çağırışlar”da uğur təcrübəsini bölüşüb

Yeni çağırışlar” müzakirə proqramının növbəti qonağı yazıçı, beynəlxalq bestseller müəllifi, dünyanın ikinci ən zəngin adamı, “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın anası Mey Mask olub.

 

Proqramda Mey Mask həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini paylaşıb, davamlı öyrənmənin onun və ailəsinin uğurlarındakı rolundan söhbət açıb.

 

“Belə-belə işlər”in informasiya dəstəyi ilə baş tutan görüşdə uğur sirrini ailəsi və zəhmətkeşliyi ilə əlaqələndirən xanım Mask bildirib ki, övladlarının uğuruna səbəb isə onların inadkar və əzmkarlığıdır. 

 

Görüşün yekunununda  proqramın ənənəvi “Yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualına Mey Mask belə cavab verib: “Siz yeni çağırışları  yəqin ki qlobal miqyasda nəzərdə tutursunuz. Mən təmiz enerji və sağlam qidalanmanı, kişi və qadınların hüquqlarının bərabər şəkildə təmin olunmasını, iqlim dəyişikliyini, insanların bir-birinə qarşı mehriban və nəcib olmasını, ailə dəyərlərini qeyd edərdim. Sadalanası o qədər dəyərlər var ki, səkkiz guşəli ulduza necə sığdıracağımı bilmirəm. Amma 8 guşəni bu çağırışlarla tamamlamaq olar.  Yaxşı niyyətlə görülən işin qədrini bil, nə qədər çox çalışsan bir o qədər şanslı olarsan, əsla təşəbbüsündən imtina etmə və indi başla”.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.


3 il əvvəl