• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Plastik boru qaynaqçısı” peşəsi üzrə biliklər qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin ilkin mərhələsi həyata keçirilib.   Agentliyin inzibati binasında keçirilən test imtahanı mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilib. Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin praktiki qiymətləndirilmə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. Praktiki imtahanlar aprelin 22-də  “Crocus Trading” MMC-nin təşkilatı dəstəyi ilə “CroPlast” zavodunun istehsalat bazasında həyata keçiriləcək.   Qeyd edək ki, “Plastik boru qaynaqçısı” ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması üçün qeydiyyat https://bit.ly/2Q8AoVF  davam edir.

Müəllimlər üçün qiymətləndirmə çərçivəsi

Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb. Sənədlər toplusu ümumi və tam orta təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Həmin sənədlər 18 fənni, ibtidai sinif, metodika və pedaqogikanı əhatə edən məlumat kitabçasında öz əksini tapıb.   Məlumat kitabçasında hər fənn üzrə qiymətləndirmənin əsas məzmun sahələri və bu sahələr üzrə istifadə olunacaq tapşırıqların sayı göstərilib, iddiaçıların müsabiqəyə hazırlığına yardım etmək üçün müxtəlif fənlər üzrə əsas mövzular verilib. Bu, həm müsabiqə iştirakçılarını test tapşırıqlarının informasiya mənbəyi ilə tanış etmək, həm də onların fənnin tədrisi üçün zəruri olan nəzəri və praktiki bacarıqlarını yoxlamaq, mövcud dərsliklərdəki mövzuları bilmə, mənimsəmə səviyyəsini ölçmək məqsədini daşıyır.   Mövzular seçilərkən ümumtəhsil məktəblərinin ümumi və tam orta təhsil pilləsində istifadə olunan mövcud proqram və dərsliklərdəki tədris materialları əsas götürülüb.   Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində öz əksini tapmış fənlər üzrə mövzular ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarını bitirmiş məzunların hər birinə bu və ya digər səviyyədə tanışdır.   MİQ-Çərçivə Sənədi-2021

Peşə təhsili üzrə teledərslərin 16 aprel cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 6 aprel tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

"Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda vebinar

Aprelin 15-də "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda vebinar keçirilib. Ekoloji Biliklər Gününə həsr olunan vebinar Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı, IDEA İctimai Birliyinin dəstəyi ilə baş tutub.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov dünyada su probleminin ciddi hal aldığını qeyd edib. Nazir müavini bildirib ki, qloballaşmanın  nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görüldüyünü vurğulayan Firudin Qurbanov  davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsinin əsas rol oynadığını da əlavə edib.   Ekoloji təhsilin əhəmiyyətindən danışan nazir müavini bildirib ki, bu, müasir qlobal konteksdə ətraf mühitin mühafizəsi, yer kürəsinin davamlı inkişafına nail olmaq üçün ən vacib məqamlardan biri kimi qəbul olunur. Firudin Qurbanov su ehtiyatlarından səmərəli istifadə məqsədilə  məktəblilər və müəllimlər üçün təşkil edilən maarifləndirici tədbirlər barədə də iştirakçılara məlumat verib.   Nazir müavini çıxışının sonunda vebinarın uşaq və gənclərin ekoloji tərbiyəsinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.   Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev su ehtiyatlarının səmərəli istifadə və mühafizəsindən danışıb. Bütün dünyada olduğu kimi ölkəmizdə də su probleminin aktual olduğunu deyən nazir müavini su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planından söz açıb. Firdovsi Əliyev Təhsil Nazirliyi ilə birgə sudan qənaətli və səmərəli istifadəyə dair  həyata keçirilən tədbirlər çərçivəsində marrifləndirici materiallar hazırlandığını, təlimlər keçirildiyini qeyd edib. Nazir müavini  bildirib ki, bu təlimlərin əsas məqsədi su probleminə diqqəti çəkmək, su itkilərinin qarşısının alınmasında ictimaiyyətin, uşaqların məlumatlandırılması olub. Firdovsi Əliyev bu cür tədbirlərin ardıcıl davam etdirildiyini vurğulayaraq hazırda işğaldan azad olunumuş ərazilərdə başladılan “Yaşıl marafon” tədbirindən də söz açıb.   Tədbirdə iştirak edən IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov 15 aprel – Ekoloji Biliklər Gününün tarixindən danışıb. Surxay Şükürov bildirib ki, ekoloji fəallılıq tək bir aksiya ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli bir akta çevrilməlidir.  Surxay Şükürov deyib ki, ətraf mühitə qayğı ilə yanaşmalı, israfçılığa yol verməməliyik, eyni zamanda ekoloji problemlərin həlli üçün qüvvələr birləşdirilməli, məqsəd bir olmalıdır. Surxay Şükürov birlik tərəfindən su resurslarının qorunması istiqamətində görülən ictimai maarifləndirmə tədbirlərindən də söz açıb.     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Fəridə Ələkbərova “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə sahəsində görülən işlər və maarifləndirmə tədbirləri” mövzusunda təqdimatla çıxış edib.   Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə də öz növbəsində “Azərbaycanda su problemləri və səmərəli istifadəsi istiqamətində məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclər arasında maarifləndirmə proqramlarının təşkili” mövzusunda təqdimatla çıxış edərək keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib.   Sonda vebinarda iştirak edən şagirdlərin çıxışları dinlənilib, sualları cavablandırılıb.  

Rumıniyada təqaüd proqramı

Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramına qəbul davam edir.    Ali təhsilin bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.   Təqaüd proqramına müraciət üçün son tarix 30 aprel 2021-ci il nəzərdə tutulub.   Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

“Sağlam Təhsil–Sağlam Millət” layihəsi üzrə qrant müsabiqəsi davam edir

““Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.    Müsabiqədə iştirak etmək istəyən namizədlər müvafiq sənədləri 20 aprel 2021-ci il saat 18:00-dək saglamtehsil@edu.gov.az elektron ünvanına göndərməlidirlər.    Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Təhsil ixtisası üzrə ikili diplom proqramı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul davam edir.   Son qəbul tarixi 20 aprel 2021-ci ildir. Sənədlər göstərilən tarixədək aspu_gwu@adm.dp.edu.az elektron ünvana göndərilməlidir.   Proqram Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən birgə icra edilir.   2021-2022-ci tədris ili üzrə ingilis dilində 2 il müddətində həyata keçiriləcək magistratura proqramına 25 nəfərin qəbul edilməsi nəzərdə tutulur.   İkili diplom proqramının təşkil olunmasında məqsəd ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, bu sahədə Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları vasitəsilə müasirləşdirilməsinə dəstək göstərilməsidir.   Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.   Proqramın məzunları liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf sahələri kimi bacarıqlara yiyələnəcəklər.   Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri və Corc Vaşinqton Universitetinin seçimi əsasında aparılır. Müsabiqədə “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisaslarından hər hansı birinə aid bakalavriat səviyyəsi üzrə ali təhsil sənədi olan şəxslər iştirak edə bilərlər.   Daha ətraflı məlumat üçün: https://adpu.edu.az/images/PDF/ASPU-GWU_2021_3.pdf

Yeni elektron xidmət istifadəyə verilib

Aprelin 14-də peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesinə start verilib. Müraciətlərin qeydiyyatı Təhsil Nazirliyinin elektron xidmətlər portalı (https://portal.edu.az/) vasitəsi ilə həyata keçirilir.   Xidmət vasitəsi ilə elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırmanın aparılması nəzərdə tutulub.   Xidmətin elektron formatda həyata keçirilməsində məqsəd bu sahədə aparılan işlərin çevik və keyfiyyətli təşkilinə, müraciətlərin sadə və rahat şəkildə aparılmasına şərait yaratmaqdır. Vətəndaşların müraciətin hansı mərhələdə olduğunu izləmək imkanı vardır ki,  bu da göstərilən xidmətin açıq və şəffaf formada təşkilinə imkan verir.   Qeyd edək ki, https://portal.edu.az/ Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformadır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə müvafiq elektron xidmətlərdən faydalana biləcəklər.

Dama üzrə onlayn respublika turniri keçirilib

12-13 aprel tarixlərində dama üzrə onlayn respublika turniri başa çatıb. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnir Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.   Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəblərindən 17-yaşadək 81 oğlan və 30 qız damaçısı olmaqla, ümumilikdə 111 iştirakçının qatıldığı yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olmaqla www.playok.com internet portalı üzərindən keçirilib.   Yarışın yekun nəticəsinə əsasən, ümumi hesabda “Təhsil” RİM-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirmələri  Sadiq Babayev I yerə, Orxan Məmmədzadə  II yerə, Asif Aşurov III yerə layiq görülüb.   Qeyd edək ki, Təhsil Nazirliyinin və Azərbaycan Dama Federasiyasının dəstəyi ilə təşkil olunan yarışın keçirilməsində məqsəd dahi Azərbaycan şairi  Nizami Gəncəvinin 880 illiyinin qeyd edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli dama üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə damaçıların oyun təcrübələrinin artırılmasından ibarət olub.

Məktəb psixoloqları üçün ixtisasartırma təlimləri təşkil olunub

Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir.   Layihə çərçivəsində cəbhəyanı ərazilərdə fəaliyyət göstərən məktəb psixoloqları üçün “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda ixtisasartırma təlimləri təşkil olunub. Təlimlər Vətən müharibəsindən təsirlənən müəllimlərə, şagirdlərə və valideynlərə psixoloji dəstək verilməsi, onların sosial və emosional bacarıqlarını gücləndirməsində məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilib.   Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonları, Gəncə və Naftalan şəhərlərində keçirilən təlim proqramı məktəbdə psixoloji xidmətin etik prinsipləri, məktəb psixoloqunun əsas bacarıqları, böhran vəziyyətlərinin profilaktikası, böhran vəziyyətlərinin diaqnostikası, böhran vəziyyətlərində ilkin psixoloji yardım texnikaları, dialektik davranış terapiyası və digər mövzuları əhatə edir. Təlimlər zamanı müdavimlərə məktəb psixoloqunun vəzifə öhdəlikləri və hüquqları, psixoloqun ünsiyyət, müşahidə və stressi idarəetmə bacarıqları, böhran hallarının uşaq psixologiyasına təsiri, böhran vəziyyətinin yaratdığı psixi travmalar, proyektiv metodikalar və onlardan istifadə, söhbət metodu, uşaqlarda və yetkinlərdə emosional intellektin inkişaf etdirilməsi və s. haqqında məlumatlar verilib. Eyni zamanda, mövzularla bağlı müəllimlərin fikirləri dinlənilib, bu bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş proyektiv metodikalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar işlənilib.    Qeyd edək ki, “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda təlimlər "Microsoft Teams" platforması üzərindən onlayn formatda keçirilib. Mart ayının sonuna qədər 300 məktəb psixoloqu təlimlərə cəlb olunub.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı