• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dəb texnologiyaları üzrə müsabiqəyə start verilir

"WorldSkills Azerbaijan" platforması 14-25 yaşlı yaradıcı gənclər üçün dəb texnologiyaları üzrə “Fantaziyanı biç, çantaya çevir” adlı müsabiqə elan edir. Müsabiqənin məqsədi dəb texnologiyaları ixtisasına gənclərin marağını artırmaq və sözügedən ixtisasın inkişafına töhfə verməkdən ibarətdir.

 

İştirakçılar müsabiqə şərtlərinə əməl etməklə eko çanta hazırlayaraq əl işlərini təhvil verməlidirlər. İki mərhələli qiymətləndirmə prosesindən ibarət olan müsabiqəyə qəbul olunmuş əl işləri ilkin olaraq "WorldSkills Azerbaijan" platformasının "Facebook" səhifəsində yerləşdirilərək ictimai səsverməyə çıxarılacaq, daha sonra isə peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

 

Müsabiqənin qalibləri pul mükafatı, eləcə də müsabiqənin sponsoru olan "Sinteks" şirkəti tərəfindən hədiyyə kartları və sözügedən şirkətdə təcrübə imkanı qazanacaqlar.

 

Müsabiqə haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün bu keçidə  daxil olmağınız xahiş olunur.                                                                 

 

Qeyd edək ki, "WorldSkills Azerbaijan" peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

 


3 il əvvəl