• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində təlimlər keçirilir

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində 2020-2021-ci tədris ili ərzində müəllimlər üçün təlimlər keçirilir. Davamlı olaraq təşkil edilən təlimlərin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsidir. 


Təlimlər nəticəsində müəllimlər layihədəki fəaliyyətləri çərçivəsində  beynəlxalq “Alqoritmika” proqramlaşdırma məktəbinin metodistləri tərəfindən hazırlanmış məzmunun yüksək keyfiyyətli tədrisini apara biləcəklər. 


Təlim mövzuları proqramlaşdırma dillərinin əsaslarını, alqoritm anlayışını, alqoritmin növlərini, "Scratch" proqramlaşdırma mühitində resursların yaradılması kimi sahələri əhatə edir. Eyni zamanda, "Python" proqramlaşdırma dili, obyektlə idarəetmə imkanları və s. kimi mövzular da təlim proqramında öz əksini tapır. Təlimlərdə, ümumilikdə, 1306 müəllim iştirak edir. Onlardan 1050 müəllim Azərbaycan bölməsi üzrə 89 mindən çox şagirdə, 256 müəllim isə rus bölməsi üzrə 30 mindən çox şagirdə informatika fənnini yeni formatda tədris edir. 


Qeyd edək ki, cari tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi 9 şəhər və rayonu əhatə edir. Hazırda layihədə 222 məktəbdən 120 min şagird iştirak edir.

 


 


3 il əvvəl