• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Slovakiyada növbəti tədris ili üçün təqaüdlü təhsil imkanı

Slovakiya Respublikası 2021-2022-ci il tədris ili üçün təqaüdlü təhsil imkanları elan edir.    Təqaüd proqramı Slovakiya universitetlərində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təqaüdlü təhsil almaq imkanı yaradır.   Təqaüd proqramına qeydiyyat üçün son müraciət tarixi 30 may 2021-ci il nəzərdə tutulub.    Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Birinci sinfə qeydiyyat bu tarixdən başlanılır

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.  Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.     I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.   29 aprel 2021-ci il tarixindən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan  müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq.    Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin  4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.    Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.    Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı bu gün saat 12:00-da Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayım təşkil ediləcək. Mövzu ilə bağlı bütün suallarınız canlı yayım zamanı cavablandırılacaq.    2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı əlavə məlumatı aşağıda təqdim olunan sual-cavab faylından əldə edə bilərsiniz:   2021-2022-ci tədris ili üçün I sinfə qəbula dair suallar və onların cavabları

Peşə təhsili üzrə teledərslərin 20 aprel cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 20 aprel tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

İkili diplom proqramına qeydiyyat sabah yekunlaşır

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul davam edir.   Sənədlər 20 aprel 2021-ci il tarixinədək aspu_gwu@adm.dp.edu.az elektron ünvanına göndərilməlidir.   Proqram Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən birgə icra edilir.   2021-2022-ci tədris ili üzrə ingilis dilində 2 il müddətində həyata keçiriləcək magistratura proqramına 25 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.   Müsabiqədə “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisaslarından hər hansı birinə aid bakalavriat səviyyəsi üzrə ali təhsil sənədi olan şəxslər iştirak edə bilərlər.   Daha ətraflı məlumat üçün: https://adpu.edu.az/images/PDF/ASPU-GWU_2021_3.pdf

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olunub

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.   İndiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 300-dən çox müraciət müsbət həllini tapıb.  

Media nümayəndələri üçün “Qalib müəllim” müsabiqəsi

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.   19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.   Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir: - “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk; - “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək  press@edu.gov.az  elektron ünvanına  göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.   Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.

“Bizim sevimli dostlarımız” fotomüsabiqəsi davam edir

“Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi davam edir. 5 aprel – 5 may tarixlərini əhatə edən müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.   Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 3 mərhələdə keçirilir:   I mərhələ - 5-25 aprel 2021-ci il. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş 1 fotoşəkil və iştirakçı haqqında məlumat bizim.sevimli.dostlarimiz.2021@gmail.com elektron ünvanına göndərilməlidir.   II mərhələ - 25-29 aprel 2021-ci il. Bu mərhələdə qaliblər müəyyən edilir.   III mərhələ - 5 may 2021-ci il. Bu mərhələdə müsabiqənin yekunu və qaliblər haqqında məlumatlar kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Fotoşəkillər qeyd olunan mövzuya uyğun çəkilməlidir (təbiətdə və ev şəraitində olan heyvan və quşların fotosu); - Fotoşəkillər ekopark, zoopark, meşə, qoruq, park və bağlarda çəkilə bilər; - Fotoşəkil məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar tərəfindən çəkilən və internetdən götürülən fotoşəkillər qəbul edilmir; - Fotoşəkil telefon, planşet və ya fotokamera ilə çəkilə bilər; - Fotolar aydın və keyfiyyətli çəkilməlidir; - Fotoşəkillərin həcmi 3-4 mb-dan az olmamalıdır; - Müsabiqəyə hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 rəsm işi təqdim etməlidir; - Fotolar və iştirakçı haqqında məlumatı (adı, soyadı, yaşı, təhsil aldığı məktəb və ya məşğul olduğu müəssisənin adı, yaşadığı şəhərin, rayonun adı) müsabiqənin təşkilat komitəsinin bizim.sevimli.dostlarimiz.2021@gmail.com elektron ünvanına  göndərilməlidir.   Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Məqsəd uşaq və gənclərdə foto sənətinə maraq yaratmaq, onların asudə vaxtını səmərəli və faydalı təşkil etmək, yaradıcılıq potensiallarını inkişaf etdirmək, həmçinin istedadlı uşaq və gəncləri üzə çıxarmaqdan ibarətdir.

Qrant müsabiqəsinə qeydiyyat üçün son iki gün

"“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.   Müsabiqədə iştirak üçün son tarix 20 aprel 2021-ci il saat 18:00 nəzərdə tutulub. Namizədlər qeyd edilən tarixədək müvafiq sənədləri  saglamtehsil@edu.gov.az elektron ünvanına göndərməlidirlər.    Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Peşə təhsili müəssisələrinə işə qəbul davam edir

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir. Proses 14 - 21 aprel tarixlərində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir.   Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır.    Elektron qeydiyyat prosesinin qaydaları barədə aşağıdakı videotəlimat vasitəsilə daha ətraflı tanış ola bilərsiniz.

"Yaşıl Marafon” çərçivəsində Xocasəndə ağac əkilib

Aprelin 17-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.   Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Təhsil Nazirliyinin əməkdaşları da qoşulub.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Təhsil Nazirliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 1 hektar ərazidə 650-dən çox müxtəlif cinsli ağac əkilib.   Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı