SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması istiqamətində işlər aparılır.
Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması istiqamətində işlər aparılır. Belə bir sistemin qurulmasında əsas məqsəd təhsil sistemi rəhbərlərinin cavabdeh olduqları sahənin monitorinqini aparmaq, dəqiq və cari məlumatlar əsasında strategiya və fəaliyyət planlarını hazırlamaq üçün genişəhatəli informasiya bazasını formalaşdırmaqdır. Sistem bir neçə səviyyədən ibarətdir: Təhsil Nazirliyi, təhsil şöbələri, məktəblər. Qeyd olunan işlərin səmərəli təşkili üçün Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılmışdır. Ötən dərs illərində məlumat bazası yerlərdən anket formasında toplanan və məktəb hesabatlarına daxil olan informasiyalar əsasında formalaşdırılırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın (2005-2007-ci illər) icrasından sonra mövcud problemlər aradan qaldırılmış, TİMS proqram təminatının yeni modulları – “TİMS-məktəb” və “TİMS-Təhsil şöbəsi” yaradılmış, proqram təminatı ilə işləmək qaydaları müvafiq şəxslərə öyrədilmişdir. Bu günədək TİMS bazasına 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkəmizin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. Sistemin veb versiyasının, eləcə də məktəbəqədər tərbiyə və ali məktəb modullarının hazırlanması istiqamətində işlər davam etdirilir.
08/07/2015 16:52
Mayın 7-də Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin uşaq şəhərciyində Təhsil Nazirliyi, DİN Baş Dövlət Yol Polisi İdarəsi və mərkəzin təşkilatçılığı ilə tədbir keçirilib.
“Yol hərəkəti qaydaları: yadda saxla və riayət et” mövzusunda keçirilən tədbirdə Təhsil Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, “Həyata bağlan” qrupunun təmsilçiləri, Bakı şəhərindəki ümumi təhsil məktəblərinin 100-ə yaxın şagirdi iştirak edib. Tədbirdə çıxış edənlər yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl etməyin vacib olduğunu vurğulayıblar. Bildirilib ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir. Şagirdlərin ifasında yol hərəkəti qaydalarına, yol polisinə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Xüsusi formalar geyinmiş məktəblilər interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlarda iştirak ediblər. Sonda uşaqlar yol hərəkəti ilə bağlı səhnəciklər göstərərək kiçik maşınlarla şəhərciyi dövrə vurublar.
08/07/2015 16:52
Mayın 7-də təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə Alman faşizmi üzərində qələbənin 70 illiyi ilə bağlı II dünya müharibəsində iştirak etmiş veteranlarla görüşüb.
Görüşdə ölkəmizin müxtəlif orta və ali təhsil müəssisələrində, elm ocaqlarında çalışmış müharibə veteranları iştirak ediblər. Veteranları qarşıdan gələn 9 may - Qələbə Günü münasibətilə təbrik edən nazir 1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında bu insanların rolunu vurğulayıb. Müharibə veteranlarının pedaqoji fəaliyyətlərindən söz açan Mikayıl Cabbarov onların Azərbaycan elminə və təhsilinə verdiyi töhfələri yüksək dəyərləndirib. Nazir II dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolunu xatırladıb, xalqımızın həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar göstərdiyini söyləyib. Qələbənin qazanılmasında Bakı neftinin əhəmiyyətinə toxunan təhsil naziri Azərbaycan neftçilərinin fədakar əməyinin yüksək ehtirama layiq olduğunu bildirib. Prezident İlham Əliyevin müharibə veteranlarına böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan Mikayıl Cabbarov qeyd edib ki, təhsil müəssisələrində Qələbə Günü və bu tarixi hadisə haqqında məlumatların gənc nəslə çatdırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Çətin və şərəfli döyüş yollarından, dinc dövrdə pedaqoji fəaliyyətlərindən bəhs edən veteranlar müstəqil Azərbaycanın inkişafından məmnunluqla söhbət açıblar. Onlar təhsil sahəsində həyata keçirilən islahatların əhəmiyyətinə toxunub, müasir dövrdə elm və təhsilə yetirilən diqqətin vacibliyini nəzərə çatdırıblar. Sonda müharibə veteranlarına xatirə hədiyyələri təqdim olunub.
08/07/2015 16:52
Təhsil Nazirliyində 2008/2009-cu dərs ilinə I, III-XI sinif şagirdləri üçün 102 adda 4.284.400 nüsxə dərsliyin və müəllim üçün vəsaitin siyahısı (Azərbaycan bölməsi üçün 62 adda 4.078.600 nüsxə, rus bölməsi üçün 40 adda 205800 nüsxə), tirajı və çap formatları təsdiq edilmişdir.
Təhsil Nazirliyində 2008/2009-cu dərs ilinə I, III-XI sinif şagirdləri üçün 102 adda 4.284.400 nüsxə dərsliyin və müəllim üçün vəsaitin siyahısı (Azərbaycan bölməsi üçün 62 adda 4.078.600 nüsxə, rus bölməsi üçün 40 adda 205800 nüsxə), tirajı və çap formatları təsdiq edilmişdir. I siniflər üçün nəzərdə tutulan 13 adda dərsliyin 12-si, 21 adda müəllim üçün vəsaitin 20-si müəyyən edilmiş tirajla, III-XI siniflər üçün nəşri nəzərdə tutulan 68 adda 3.543.900 nüsxə dərsliyin 31-i mövcud şagird kontingentinin 30%-i, 4-ü 45%-i, 33-ü isə 105%-i həcmində çap olunmuşdur. Azərbaycan bölməsi üçün 7 adda yeni dərslik – “Azərbaycan dili” – VI, VII, VIII sinif, “İnformatika” – IX sinif, “Təsviri incəsənət” – V sinif, “Fransız dili” – X sinif, “Rus dili” – X sinif, rus bölməsi üçün isə 3 adda – “İnformatika” – VII sinif, “Literatura” - X sinif və “Çelovek i obşestvo” – XI sinif dərslikləri çap olunmuşdur. Respublikanın xüsusi məktəbləri üçün dərsliklərin nəşrinə ciddi diqqət verilmişdir. 2008-ci ildə Gözdən əlil uşaqlar üçün (xüsusi iri şriftlərlə və brayl əlifbası ilə) 30 adda 2130 ədəd, zəif eşidən uşaqlar üçün isə 3 adda 900 nüsxə tirajla III, IV və V siniflərə dair “Oxu” dərslikləri çap olunmuşdur. Ümumtəhsil məktəbləri üçün 2008-ci ildə 15 fənn üzrə 140 adda 1.400.000 tədris plakatı çap olunaraq təhsil müəssisələrinə paylanılmışdır. Respublikanın məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış 33 adda plakat, 39 adda test və təlim kitabı və 4 adda metodik vəsait təsdiq edilmiş və çap olunaraq məktəbəqədər təhsil müəssisələrinə paylanmışdır. Ötən il Gürcüstanın təlim Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün 16 adda 20025 ədəd, Dağıstan məktəblərinə isə 19 adda 1752 ədəd dərslik göndərilmişdir. MDB və digər xarici ölkələrdəki “Bazar günü” məktəblərinə, o cümlədən, Rusiya, Ukrayna, Belarusiya,, Orta Asiya, Macarıstan, Almaniyaya “Əlifba”, “Oxu”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” dərslikləri, coğrafi xəritə və digər tədris vəsaitləri göndərilmişdir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri davam edir.
Bu tədbirlər çərçivəsində Astara rayonunda voleybol idman növü üzrə zona yarışı keçirilib. Astara Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan və Cəbrayıl rayonlarının komandaları birincilik uğrunda mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Lənkəran, 2-ci yeri Salyan, 3-cü yeri Astara rayonunun komandaları tutub. Daha bir idman yarışı Yevlax rayonunda baş tutub. Burada məktəblilər arasında basketbol idman növü üzrə zona yarışı keçirilib. Yarışda Yevlax, Bərdə, Ağdam, Şəmkir, Tovuz, Göygöl rayonlarının və Gəncə şəhərinin komandaları iştirak edib. Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Göygöl, 3-cü yeri isə Yevlax rayonunun komandaları tutub. Ağcabədi rayonunda isə taekvondo idman növü üzrə zona yarışı keçirilib. Ağcabədi Regional Taekvondo Mərkəzinin zalında keçirilmiş yarışda Ağcabədi, Saatlı, Beyləqan, Laçın, Xocavənd, Ucar, İmişlı rayonlarından 100-ə yaxın oğlan və qız taekvondoçu 29-59 kq. çəki dərəcəsində mübarizə aparıblar. Yarışda komanda hesabında 1-ci yeri Ağcabədi, 2-ci yeri Zərdab, 3-cü yeri Ucar rayonlarının komandaları tutublar. Xaçmaz Olimpiya İdman Kompleksində güləş üzrə keçirilən zona yarışında idmançılar güləşin hər iki növü üzrə 5 çəki dərəcəsində mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə respublikanın Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron, Qubadlı, Siyəzən rayonlarından və Sumqayıt şəhərindən 150 nəfərə yaxın güləşçi qatılıb. Komanda hesabında 1-ci yeri Xaçmaz, 2-ci yeri Abşeron, 3-cü yeri Siyəzən rayonunun konandaları tutub. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb. Qeyd edək ki, bu yarışlar “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) keçirilir. Zona yarışlarının media dəstəkçisi www.qafqazinfo.az internet qəzetidir.
08/07/2015 16:52
Mayın 3-dən 8-dək Yunanıstanın paytaxtı Afina şəhərində məktəblilərin 32-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib.
İngiltərə, İtaliya, İran, Türkiyə, Rumıniya, Serbiya, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı və digərləri olmaqla, 21 müxtəlif ölkədən 130-a yaxın məktəblinin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər. Olimpiadada riyaziyyat fənni üzrə məktəblilərimizdən 3-ü bürünc medal qazanıb və 1-i isə həvəsləndirici yer tutub. Belə ki, Bakı məktəblisi X sinif şagirdi Məhəmməd Şirinov, Quba məktəbliləri XI sinif şagirdi İsmət Ağayev və X sinif şagirdi Tahir Nadirov olimpiadanın bürünc medalına, Gəncə məktəblisi IX sinif şagirdi Mirəli Əhmədli həvəsləndirici sertifikata layiq görülüblər. Komandanın rəhbəri Fuad Qarayevin verdiyi məlumata görə, olimpiadanın təşkilat komitəsi şagirdlərimizin çıxışını yüksək qiymətləndirib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvanına təbrik və xoş sözlər söyləyiblər. Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsində fərqlənən şagirdlər arasından mayın ikinci yarısında 56-cı Beynəlxalq Riyaziyyat olimpiadasında iştirak edəcək namizəd şagirdlərin seçimi keçiriləcək və namizəd komanda ilə may-iyun aylarında hazırlıq düşərgəsi başlayacaqdır.
08/07/2015 16:52
Təhsil naziri Misir Mərdanov “Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.
Qeyd olunan sənədə əsasən nazirliyin müvafiq struktur bölmə, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan zamanı baş verən neqativ hallarla bağlı məlumatların operativ araşdırılması və günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər verilməsi, sessiyanın monitorinqinin keçirilməsinin təşkil olunması, hər bir təhsil müəssisəsində imtahan qərargahının yaradılması, görülən işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması, ictimai nəzarətin gücləndirilməsinin təmin edilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib. Hazırda Təhsil Nazirliyində “Qaynar xətt”fəaliyyət göstərir və 496-37-61, 496-34-82 saylı telefonlar, eləcə də qaynar-xett@edu.gov.az e-mail ünvanı vasitəsilə əlaqə yaratmaq mümkündür.
08/07/2015 16:52
Dekabrın 29-da Suraxanı rayonundakı 2 saylı uşaq evinin nəzdində yaradılan Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edib. Qonaqlar rəmzi açılışı bildirən qırmızı lenti kəsərək mərkəzin fəaliyyətinə uğurlar arzulayıb və uşaq evinin kollektivini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi, eləcə də Yeni il münasibətilə təbrik ediblər. Sonra qonaqlar Günərzi Qayğı Mərkəzini, uşaq evini gəzərək uşaqların yaşama və təhsil alması, asudə vaxtlarının təşkili, istedadlarının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, ümumilikdə 80 uşağa xidmət edəcək Günərzi Qayğı Mərkəzi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 3 il müddətə həyata keçiriləcək pilot layihəyə əsasən təşkil edilib. Mərkəzin fəaliyyətə başlaması ilə uşaq evinə ölkənin digər bölgələrindən olan uşaqların qəbulu dayandırılacaq, yalnız Suraxanı rayonu ərazisində yaşayan və risk qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış şəraitində olan ailələrin uşaqları cəlb ediləcək. O da qeyd olunub ki, mərkəz gün ərzində 10-12 saat fəaliyyət göstərəcək və uşağın mərkəzdə olma müddəti onun ehtiyaclarından asılı olacaq. Burada hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanacaq və ona müvafiq olaraq uşaqla iş aparılacaqdır. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə ilk dəfə yaradılan Günərzi Qayğı Mərkəzini yüksək qiymətləndirib. Qeyd olunan mərkəzin yaradılmasını yeni hadisə kimi dəyərləndirən nazir buradakı mövcud şəraitdən razı qaldığını bildirib. Nazir ölkə Prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən bu işi yaxın gələcəkdə digər uşaq evləri və internat məktəblərində reallaşdırmağın əhəmiyyətini vurğulayıb. Sonda uşaqlar bədii proqramla çıxış ediblər.
08/07/2015 16:52
Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıları sizə təqdim edirik.
I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar. Elnarə Əliəsgərova “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. İdmanın yadro itələmə növü ilə məşğul olan E.Əliəsgərova ikiqat Azərbaycan çempionudur. Ötən il Avropa çempionatında ilk onluğa düşən idmançılar sırasındadır. E.Əliəsgərova Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır. Eyyub Bayramov Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. E.Bayramov idmanın hündürlüyə tullanma növü üzrə Azərbaycan və Gürcüstan çempionatlarında mükafatlar qazanıb. 23 yaşlı idmançı Azərbaycan Dövlət Texniki Universitetində təhsil alır. Kamran Əsgərov Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Atletikanın sprint qaçış növü ilə məşğul olan K.Əsgərov Avropa Kubokunda 3-cü yeri tutub, Azərbaycan çempionatının qalibi olub. Lalə Hüseynova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Qadın qrupu üzrə Respublika çempionatının qalibi olan Lalə Minsk şəhərində keçirilən beynəlxalq turnirdə III yeri tutub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. Cavanşir Səfərov Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. C.Səfərov qılıncoynatma üzrə Bakı və Azərbaycan çempionatlarının qalibi olub, Dünya Kuboku mərhələsində II yeri tutub. Bakı Qida Sənayesi Kollecində təhsil alır.
08/07/2015 16:52
Mayın 8-də Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası təşkil olunub.
8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən aksiyada nazirliyin əməkdaşları fəal iştirak ediblər. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Toplanan qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankına daxil ediləcək. Aksiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası tədbirlərinə dəstək olaraq təşkil edilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı