• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 7-də təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə Alman faşizmi üzərində qələbənin 70 illiyi ilə bağlı II dünya müharibəsində iştirak etmiş veteranlarla görüşüb.

Görüşdə ölkəmizin müxtəlif orta və ali təhsil müəssisələrində, elm ocaqlarında çalışmış müharibə veteranları iştirak ediblər.
Veteranları qarşıdan gələn 9 may - Qələbə Günü münasibətilə təbrik edən nazir 1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında bu insanların rolunu vurğulayıb. Müharibə veteranlarının pedaqoji fəaliyyətlərindən söz açan Mikayıl Cabbarov onların Azərbaycan elminə və təhsilinə verdiyi töhfələri yüksək dəyərləndirib.
Nazir II dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolunu xatırladıb, xalqımızın həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar göstərdiyini söyləyib. Qələbənin qazanılmasında Bakı neftinin əhəmiyyətinə toxunan təhsil naziri Azərbaycan neftçilərinin fədakar əməyinin yüksək ehtirama layiq olduğunu bildirib.
Prezident İlham Əliyevin müharibə veteranlarına böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayan Mikayıl Cabbarov qeyd edib ki, təhsil müəssisələrində Qələbə Günü və bu tarixi hadisə haqqında məlumatların gənc nəslə çatdırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
Çətin və şərəfli döyüş yollarından, dinc dövrdə pedaqoji fəaliyyətlərindən bəhs edən veteranlar müstəqil Azərbaycanın inkişafından məmnunluqla söhbət açıblar. Onlar təhsil sahəsində həyata keçirilən islahatların əhəmiyyətinə toxunub, müasir dövrdə elm və təhsilə yetirilən diqqətin vacibliyini nəzərə çatdırıblar.
Sonda müharibə veteranlarına xatirə hədiyyələri təqdim olunub.


10 il əvvəl