• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 5-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüblər. Artıq 9-cu ildir ümumtəhsil məktəblərinin VIII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas təhsili məktəblərinin tələbələri arasında təşkil olunan inşa yazı müsabiqəsi Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilir. Qaliblərin mükafatlandırılması mərasimində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov müsabiqənin şagird və tələbələrin ümummilli liderimizlə bağlı fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Nazir ölkəmizin bütün bölgələrini əhatə edən müsabiqənin ümummilli liderimizin fəaliyyətinin müxtəlif sahələrini əhatə etdiyini vurğulayıb. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov müsabiqənin əhəmiyyətini vurğulayıb. Ümumilli lider Heydər Əliyevin zəngin irsinin, ideyalarının gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan baş nazirin müavini belə tədbirlərin şagirdlərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini söyləyib. Ə.Əhmədov müsabiqə iştirakçılarının sayının ilbəil artmasını müsbət hal kimi dəyərləndirib. Sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev müsabiqə iştirakçılarını təbrik ediblər. Respublika mərhələsinin iştirakçıları arasından 16 nəfər I, 19 nəfər II, 22 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub. I-IV yerlərə layiq görülmüş 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında dərc edilib. Müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov ““Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən, şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qərara alınıb.   ““Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri

Yanvarın 10-da Təhsil Nazirliyində “2008-ci ildə təhsil sahəsində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

İclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, millət vəkilləri, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, ali məktəb rektorları, orta ixtisas təhsili müəssisələrinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon və şəhər təhsil şöbələrinin rəhbər işçiləri, məktəb direktorları və digər şəxslər iştirak edib. Kollegiya iclasını təhsil naziri Misir Mərdanov açaraq iştirakçıları salamlayıb.  Sonra nazir 2008-ci ildə təhsil sahəsində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələrə dair məruzə-təqdimatla çıxış edib. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Misir Mərdanov 2008-ci ildə 201, son 5 ildə isə 900-dən çox təhsil işçisinin Prezident sərəncamları ilə yüksək dövlət təltiflərinə layiq görüldüyünü bildirib. Təhsilin bütün pillələrində inkişaf dinamikasından danışan nazir bununla bağlı görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, gələcək perspektivlər haqqında geniş məlumat verib. Təhsil naziri daha sonra 2008-ci ildə təhsil sahəsində baş verən ən mühüm hadisələri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov Azərbaycan təhsilinin son illər uğurla inkişaf etdiyini, onun məzmunun getdikcə yeniləşdiyini, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Çıxışında nazir ölkəmizdə geniş vüsət almış məktəb tikintisindən, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, İKT ilə təminatı vəziyyətinə toxunaraq həmin istiqamətdə görülən işlərdən söz açıb. Misir Mərdanov Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. Nazir orta ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklər, elektron dərs vəsaitləri, əlavə tədris materialları, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılması, Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlığı və digər məsələlər barəsində də geniş məlumat verib. Eyni zamanda nazir 2009-cu ildə qarşıda duran vəzifələrdən söz açıb. Sonra məruzə ilə bağlı müzakirələr aparılıb. Kollegiya iclasında çıxış edən millət vəkilləri, ali məktəb rektorları təhsil naziri Misir Mərdanovun geniş və məzmunlu məruzəsini yüksək qiymətləndirib, ölkəmizdə təhsilin getdikcə inkişaf etdiyini diqqətə çatdıraraq, bununla bağlı öz fikir və mülahizələrini qeyd ediblər. (Bu barədə ətraflı məlumat saytın nazirlik bölümünün kollegiya materialları, çıxışlar lihkində)

Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşların nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarov 12 may 2015-ci il tarixində saat 11:00-da Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7 və 8 may 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıları sizə təqdim edirik:

Elnarə Əliəsgərova “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. İdmanın yadro itələmə növü ilə məşğul olan E.Əliəsgərova ikiqat Azərbaycan çempionudur. Ötən il Avropa çempionatında ilk onluğa düşən idmançılar sırasındadır. E.Əliəsgərova Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır.    Eyyub Bayramov Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. E.Bayramov idmanın hündürlüyə tullanma növü üzrə Azərbaycan və Gürcüstan çempionatlarında mükafatlar qazanıb. 23 yaşlı idmançı Azərbaycan Dövlət Texniki Universitetində təhsil alır.   Kamran Əsgərov Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Atletikanın sprint qaçış növü ilə məşğul olan K.Əsgərov Avropa Kubokunda 3-cü yeri tutub, Azərbaycan çempionatının qalibi olub.   Lalə Hüseynova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Qadın qrupu üzrə Respublika çempionatının qalibi olan Lalə Minsk şəhərində keçirilən beynəlxalq turnirdə III yeri tutub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.   Cavanşir Səfərov Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. C.Səfərov qılıncoynatma üzrə Bakı və Azərbaycan çempionatlarının qalibi olub, Dünya Kuboku mərhələsində II yeri tutub. Bakı Qida Sənayesi Kollecində təhsil alır.     

Mayın 23-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan-Amerika Ticarət Palatası, “British Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Gənc mütəxəssis” adlı əmək yarmarkası keçiriləcək.

Əmək yarmarkası müxtəlif universitetlərdə təhsil alan istedadlı tələbələrin respublikamızın aparıcı şirkətlərində təcrübə keçmələri və onların işlə təmin olunma imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunub. Qeyd edək ki, yarmarkada iştirak edəcək tələbələrin qeydiyyatı mayın 1-də başa çatıb. Əmək yarmarkasında iştirak etmək üçün Respublikanın 41 ali təhsil müəssisəsindən 2 700 nəfərdən artıq məzun, işəgötürən qismində isə 60-a yaxın beynəlxalq və yerli şirkət qeydiyyatdan keçib. Hər il keçirilməsi nəzərdə tutulan əmək yarmarkasının özəlliyi ondadır ki, yarmarkadan əvvəl şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılır və əmək yarmarkası günü namizədlər konkret şirkət nümayəndələri ilə görüşür. Belə ki, tələbələr üçün qeydiyyat başa çatdıqdan sonra işəgötürən şirkətlər həmin tələbələrin məlumatları ilə tanış olaraq, uyğun gələn namizədləri əmək yarmarkası günü görüşə dəvət edirlər. Qeydiyyatdan keçmiş tələbələrin nəzərinə çatdırırıq ki, dəvət məktubu qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndəriləcəkdir. Müvafiq şirkətlər tərəfindən müsahibəyə dəvət edilmiş namizədlərdən əmək yarmarkası günü Heydər Əliyev Mərkəzinə (şəxsiyyəti təsdiq edən sənədlə) gəlmələri xahiş olunur.

Təhsil Nazirliyi "Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərini davam etdirir.

Bu tədbirlər çərçivəsində Gəncə şəhərində stolüstü tennis üzrə zona yarışı keçirilib. Gəncə Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında stolüstü tennis üzrə zona yarışında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Goranboy, Bərdə rayonlarının, eləcə də Gəncə şəhərinin oğlan və qızlardan ibarət komandaları mübarizə aparıb. Tədbirin bədii hissəsində idmançılar, rəqs qrupları nümünəvi çıxışlar edib, musiqili konsert təşkil olunub. Komanda hesabında qızlar arasında 1-ci və 3-cü yerləri Gəncə şəhərinin, 2-ci yeri Samux rayonunun, oğlanlar arasında isə 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Samux, 3-cü yeri Daşkəsən rayonunun komandaları tutub. Daha bir idman yarışı "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının bazasında baş tutub. Atletika idman növü üzrə zona yarışında Tovuz, Şəmkir, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Daşkəsən rayonlarını və Gəncə şəhərini təmsil edən 100 nəfərdən artıq idmançı qüvvəsini sınayıb.  Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Bərdə, 3-cü yeri isə Şəmkir rayonunun komandaları tutub. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub.

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıların təqdimatını davam etdiririk.

I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar. Rasim Babayev “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. İdmanın lövhə atma növü üzrə ikiqat Azərbaycan çempionu, yadro itələmək üzrə Avropa Yeniyetmələrinin Olimpiya Festivalının iştirakçısı, yeniyetmələr arasında Azərbaycan rekordçusu olan R.Babayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. Aleksandra Biryukova Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Azərbaycan çempionatının iştirakçılarından olan A.Biryukova idmanın hündürlüyə tullanma növü ilə məşğul olur. Nərmin Ramazanova VIII sinif şagirdidir. Akrobatika gimnastikası ilə məşğul olan N.Ramazanova Respublika çempionatının qalibi, Minsk şəhərində keçirilmiş beynəlxalq turnirin bürünc mükafatçısı, Avropa çempionatının iştirakçısıdır. N.Ramazanova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Abdulla Həsənov Bakı şəhərı üzrə Təhsil İdarəsinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Qılıncoynatma idman növü ilə məşğul olan A.Həsənov Bakı və Azərbaycan çempionatlarının qalibi, Gürcüstanda keçirilmiş beynəlxalq turnirin bürünc mükafatçısıdır. Amil Qasımov Gəncə 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Gəncə Dövlət Universitetində təhsil alan A.Qasımov sambo üzrə kişilər arasında Avropa və dünya çempionudur.

Mayın 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ADA Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu öz işinə başlayıb.

Forumdan öncə iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Sonra qonaqlar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər xiyabanını da ziyarət ediblər. Forumda 1970-80-ci illərdə Azərbaycanın ali təhsil müəssisələrindən məzun olmuş Vyetnam vətəndaşları, Milli Məclisin üzvləri, Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, hazırda Azərbaycanda təhsil alan vyetnamlı tələbələr və digər şəxslər iştirak edirlər. Tədbirin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov forumun keçirilməsi təşəbbüsünün 18-19 may 2014-cü il tarixlərində Vyetnama ilk rəsmi səfəri çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürüldüyünü bildirib. Nazir iki ölkə arasında tarixi əlaqələrin olduğunu, XX əsrin ikinci yarısında Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərlərinin bu əlaqələrin güclənməsində müstəsna rol oynadığını vurğulayıb. Təhsil naziri bu günə qədər Azərbaycanda iki mindən artıq Vyetnam vətəndaşının təhsil aldığını və onların Vyetnamda siyasi, iqtisadi, hərbi, elm və təhsil sahələrində məsul vəzifələrə layiq görülməsinin Azərbaycanın ali təhsil sisteminin yüksək keyfiyyətli kadr yetişdirmək iqtidarında olduğunu bariz nümunəsi olduğunu qeyd edib. Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Due Manh forumun açılış mərasimində çıxış edərək Vyetnamın çətin vaxtlarında Azərbaycanın onlara dəstək göstərdiyini, yüzlərlə vyetnamlının Azərbaycanın aparıcı ali təhsil müəssisələrində təhsil alaraq Vyetnamın inkişaf etdirilməsinə böyük töhfə verdiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə Vyetnama ilk rəsmi səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin daha da genişlənməsində xüsusi rol oynadığını qeyd edib. N.Due Manh bütün Vyetnam nümayəndə heyətinin uzun illər sonra ikinci doğma diyarları olan Azərbaycana səfər etməkdən böyük sevinc hissi keçirdiyini və Azərbaycan Respublikasının Prezidentinə bu forumun keçirilməsi təşəbbüsünə görə minnətdarlığını ifadə edib. Forum siyasi, parlamentlərarası, enerji və təhsil sahələrində Azərbaycanla Vyetnam arasında münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinə həsr olunan sessiyalarla öz işini davam etdirir. Qeyd edək ki, Vyetnam nümayəndə heyəti Bakıya səfəri çərçivəsində mayın 6-da məzun olduqları Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasını ziyarət edib, keçmiş müəllimləri ilə görüşlər keçirib.  

“SABAH-ın könüllüsü” tərəfindən ali təhsil müəssisələrində “Bakı 2015” Birinci Avropa Oyunlarına dəstək tədbirləri həyata keçirilib.

“SABAH Könüllü Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsinin 200-ə yaxın tələbəsini əhatə edib. “SABAH-ın könüllüsü”nün ideyaları əsasında təşkil olunmuş idman tədbirləri, intellektual yarışlar və müsabiqələr akademik təhsildən ayrılmadan tələbələrin asudə vaxtının səmərəli təşkilinə, təşkilatçılıq və idarəçilik bacarığının, eləcə də yaradıcı təfəkkürünün inkişafına imkan verir. “SABAH Könüllü Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində voleybol çempionatı, Azərbaycan Memarlıq və İnşaat Universitetində futbol çempionatı və rəsm sərgisi, Azərbaycan Texniki Universitetində futbol çempionatı və veloyürüş, Azərbaycan Dövlət Neft Akademiyasında futbol çempionatı və “Breyn Rinq” yarışması, Bakı Dövlət Universitetində “SABAH-la istedadını tanı” müsabiqəsi, Azərbaycan Dillər Universitetində liderlik təlimi, Azərbaycan Dövlət İqtisad Universitetində “Mafiya” oyunu keçirilib. Məlumat üçün qeyd edək ki, SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı