• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri davam edir.

Bu tədbirlər çərçivəsində Astara rayonunda voleybol idman növü üzrə zona yarışı keçirilib. Astara Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan və Cəbrayıl rayonlarının komandaları birincilik uğrunda mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Lənkəran, 2-ci yeri Salyan, 3-cü yeri Astara rayonunun komandaları tutub.
Daha bir idman yarışı Yevlax rayonunda baş tutub. Burada məktəblilər arasında basketbol idman növü üzrə zona yarışı keçirilib. Yarışda Yevlax, Bərdə, Ağdam, Şəmkir, Tovuz, Göygöl rayonlarının və Gəncə şəhərinin komandaları iştirak edib. Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Göygöl, 3-cü yeri isə Yevlax rayonunun komandaları tutub.
Ağcabədi rayonunda isə taekvondo idman növü üzrə zona yarışı keçirilib. Ağcabədi Regional Taekvondo Mərkəzinin zalında keçirilmiş yarışda Ağcabədi, Saatlı, Beyləqan, Laçın, Xocavənd, Ucar, İmişlı rayonlarından 100-ə yaxın oğlan və qız taekvondoçu 29-59 kq. çəki dərəcəsində mübarizə aparıblar. Yarışda komanda hesabında 1-ci yeri Ağcabədi, 2-ci yeri Zərdab, 3-cü yeri Ucar rayonlarının komandaları tutublar.
Xaçmaz Olimpiya İdman Kompleksində güləş üzrə keçirilən zona yarışında idmançılar güləşin hər iki növü üzrə 5 çəki dərəcəsində mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə respublikanın Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron, Qubadlı, Siyəzən rayonlarından və Sumqayıt şəhərindən 150 nəfərə yaxın güləşçi qatılıb. Komanda hesabında 1-ci yeri Xaçmaz, 2-ci yeri Abşeron, 3-cü yeri Siyəzən rayonunun konandaları tutub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.
Qeyd edək ki, bu yarışlar “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) keçirilir.
Zona yarışlarının media dəstəkçisi www.qafqazinfo.az internet qəzetidir.


10 il əvvəl