SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 29-da Suraxanı rayonundakı 2 saylı uşaq evinin nəzdində yaradılan Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edib.
Qonaqlar rəmzi açılışı bildirən qırmızı lenti kəsərək mərkəzin fəaliyyətinə uğurlar arzulayıb və uşaq evinin kollektivini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi, eləcə də Yeni il münasibətilə təbrik ediblər.
Sonra qonaqlar Günərzi Qayğı Mərkəzini, uşaq evini gəzərək uşaqların yaşama və təhsil alması, asudə vaxtlarının təşkili, istedadlarının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, ümumilikdə 80 uşağa xidmət edəcək Günərzi Qayğı Mərkəzi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 3 il müddətə həyata keçiriləcək pilot layihəyə əsasən təşkil edilib. Mərkəzin fəaliyyətə başlaması ilə uşaq evinə ölkənin digər bölgələrindən olan uşaqların qəbulu dayandırılacaq, yalnız Suraxanı rayonu ərazisində yaşayan və risk qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış şəraitində olan ailələrin uşaqları cəlb ediləcək.
O da qeyd olunub ki, mərkəz gün ərzində 10-12 saat fəaliyyət göstərəcək və uşağın mərkəzdə olma müddəti onun ehtiyaclarından asılı olacaq. Burada hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanacaq və ona müvafiq olaraq uşaqla iş aparılacaqdır.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə ilk dəfə yaradılan Günərzi Qayğı Mərkəzini yüksək qiymətləndirib. Qeyd olunan mərkəzin yaradılmasını yeni hadisə kimi dəyərləndirən nazir buradakı mövcud şəraitdən razı qaldığını bildirib. Nazir ölkə Prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən bu işi yaxın gələcəkdə digər uşaq evləri və internat məktəblərində reallaşdırmağın əhəmiyyətini vurğulayıb.
Sonda uşaqlar bədii proqramla çıxış ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl