• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 3-dən 8-dək Yunanıstanın paytaxtı Afina şəhərində məktəblilərin 32-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib.

İngiltərə, İtaliya, İran, Türkiyə, Rumıniya, Serbiya, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı və digərləri olmaqla, 21 müxtəlif ölkədən 130-a yaxın məktəblinin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər.
Olimpiadada riyaziyyat fənni üzrə məktəblilərimizdən 3-ü bürünc medal qazanıb və 1-i isə həvəsləndirici yer tutub. Belə ki, Bakı məktəblisi X sinif şagirdi Məhəmməd Şirinov, Quba məktəbliləri XI sinif şagirdi İsmət Ağayev və X sinif şagirdi Tahir Nadirov olimpiadanın bürünc medalına, Gəncə məktəblisi IX sinif şagirdi Mirəli Əhmədli həvəsləndirici sertifikata layiq görülüblər.
Komandanın rəhbəri Fuad Qarayevin verdiyi məlumata görə, olimpiadanın təşkilat komitəsi şagirdlərimizin çıxışını yüksək qiymətləndirib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvanına təbrik və xoş sözlər söyləyiblər.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsində fərqlənən şagirdlər arasından mayın ikinci yarısında 56-cı Beynəlxalq Riyaziyyat olimpiadasında iştirak edəcək namizəd şagirdlərin seçimi keçiriləcək və namizəd komanda ilə may-iyun aylarında hazırlıq düşərgəsi başlayacaqdır.


10 il əvvəl