SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması istiqamətində işlər aparılır.
Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması istiqamətində işlər aparılır. Belə bir sistemin qurulmasında əsas məqsəd təhsil sistemi rəhbərlərinin cavabdeh olduqları sahənin monitorinqini aparmaq, dəqiq və cari məlumatlar əsasında strategiya və fəaliyyət planlarını hazırlamaq üçün genişəhatəli informasiya bazasını formalaşdırmaqdır. Sistem bir neçə səviyyədən ibarətdir: Təhsil Nazirliyi, təhsil şöbələri, məktəblər.
Qeyd olunan işlərin səmərəli təşkili üçün Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılmışdır.
Ötən dərs illərində məlumat bazası yerlərdən anket formasında toplanan və məktəb hesabatlarına daxil olan informasiyalar əsasında formalaşdırılırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın (2005-2007-ci illər) icrasından sonra mövcud problemlər aradan qaldırılmış, TİMS proqram təminatının yeni modulları – “TİMS-məktəb” və “TİMS-Təhsil şöbəsi” yaradılmış, proqram təminatı ilə işləmək qaydaları müvafiq şəxslərə öyrədilmişdir.
Bu günədək TİMS bazasına 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkəmizin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir.
Sistemin veb versiyasının, eləcə də məktəbəqədər tərbiyə və ali məktəb modullarının hazırlanması istiqamətində işlər davam etdirilir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl