SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 21-də Şirvan Olimpiya İdman Kompleksində məktəblilər arasında güləş üzrə zona yarışı başlayıb.
Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, bu qarşılaşma Təhsil Nazirliyinin “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika) məktəblilərarası zona yarışları çərçivəsində keçirilib. Zona yarışında idmançılar güləşin hər iki növü üzrə 5 çəki dərəcəsində (sərbəst güləş: 26, 32, 38, 47, 59 kq., yunan-roma güləşi: 23, 29, 35, 42, 53 kq.) mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın və Xocavənd rayonlarından 160 güləşçi qatılıb. 2 gün davam edən yarışın qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Onu da qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub. Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.
08/07/2015 16:52
Azərbaycan Təhsil Şurasının sədri: “Gələcək fənn olimpiadalarında iştirakçıların və qaliblərin sayı artacaq”
Azərbaycanda yeni qaydalar əsasında keçirilən respublika fənn olimpiadaları təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. APA-nın xəbərinə görə, təhsil ekspertləri, təhsil şöbələrinin nümayəndələri, şagirdlər, müəllimlər respublika fənn olimpiadaları ilə bağlı fikirlərini bölüşüblər. Təhsil eksperti Elmina Kazımzadə Respublika Fənn Olimpiadasının məktəblilər üçün çox gözəl bir bayram olduğunu bildirib. Onun fikrincə, olimpiada məktəblilərin gələcək karyeralarının müəyyən olunmasında, məktəblərin tərəfdaş təşkilatlarla əlaqələrinin qurulmasında müsbət rol oynacaq. Təhsil eksperti Əjdər Ağayev isə bildirib ki, bu fənn olimpiadalarının əhəmiyyəti böyükdür: “Təhsil sahəsində görülən işlərin nəticəsi meydana çıxır, uşaqlar arasında rəqabət yaradılır. Bu da onları həvəsləndirir. Konkret olaraq, bu dəfə olimpiada həm təşkilati, həm məzmun baxımından, ideya və mədəni - mənəvi cəhətdən yüksək səviyyədə keçirilib. Düşünürəm ki, gələcək fənn olimpiadalarında iştirakçıların və qaliblərin sayı artacaq”. Respublika fənn olimpiadasına marağın həddindən artıq böyük olduğunu deyən təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, 240 nəfər qalibin mükafatlandırılması olimpiadaya olan marağın artmasının göstəricisidir. Təhsil eksperti Nabatəli Qulamoğlu isə bunları deyib: “Biz artıq neçənci dəfədir ki, Təhsil Nazirliyinin pozitiv yeniliyə imza atmasının şahidi oluruq. İstənilən olimpiada təhsilin inkişafının göstəricisidir. İlkin mərhələdə 22 000 şagirdin iştirakı həm də onu göstərir ki, təhsilimizin miqyas üzrə inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub”. Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 9-cu sinif şagirdi Zəka Cəfərli tarix fənni üzrə olimpiadada iştirak etdiyini deyib: “Rayon turunda 82, zona turunda 92 bal toplayaraq, respublika turuna vəsiqə qazanmışam. Olimpiada çox şəffaf keçirildi. Respublika turunda 23 bal topladım və bürünc medala layiq görüldüm. Bizim üçün yaradılan şəraitə, ayrılan diqqətə görə öz təşəkkürümüzü bildirdik və söz verdik ki, uğurlarımız davamlı olacaq”. Quba Rayon Təhsil Şöbəsinin nümayəndəsi Ağababa Atakişiyev də respublika fənn olimpiadalarının şəffaf və obyektiv keçirildiyini qeyd edib. Onun sözlərinə görə, qızıl medal almış İsmət Ağayev isə "Ən yaxşıların yaxşısı" seçilib. Biləsuvar Rayon Təhsil Şöbəsi metod kabinetinin müdiri Kərəmət Sadatov bildirib ki, Respublika fənn olimpiadalarının bir şagirdi kimya fənni üzrə II yer tutaraq, gümüş medala layiq görülüb. 3 şagird fizika, tarix, coğrafiya fənləri üzrə III yeri tutaraq, bürünc medala layiq görülüb. Təhsil Nazirliyinin nümayəndələrinin peşəkarlığı sayəsində fənn olimpiadalarının bütün mərhələləri obyektiv və aşkarlıq şəraitində təşkil edilib. Bakı şəhər akademik Zərifə Əliyeva adına liseyin şagirdi Sergey Styopin olimpiadanın səviyyəsinin çox yüksək olduğunu qeyd edib: “Qızıl medal qazandığıma və “Birincilərin birincisi” olduğuma görə, cox sevindim. Olimpiadanın təşkilat komitəsinə, oxuduğum liseyin bütün müəllim kollektivinə, təhsil naziri Mikayıl Cabbarova öz minnətdarlığımı bildirirəm. Bu il ölkəmizdə keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında da yüksək nəticə əldə edəcəyimə inanıram”. Neftçala rayonu Xıllı qəsəbəsinin Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbinin fizika müəllimi Seyran Səfərov bildirib ki, 16 il olimpiadanın bütün mərhələlərində iştirak edib: “Lakin olimpiadanın builki təşkili əvvəlki illərdən çox fərqlənirdi. Əvvəla olimpiadaya hazırlıq təşkilati baxımdan çox ciddi idi. Sevindirici haldır ki, olimpiadanın gedişindəki şəffaflıq, şagirdlərin təminatı yüksək səviyyədə idi”. Azərbaycan dili və ədəbiyyatı fənni üzrə münsiflər heyətinin sədri İslam Hüseynov isə qeyd edib ki, bu il olimpiadanın yeni formatda keçirilməsi, gözlənildiyi kimi, ictimaiyyət, təhsil işçiləri və şagirdlər tərəfindən müsbət qarşılanıb: “Həqiqətən də olimpiada yüksək səviyyədə təşkil olunub. Şagirdlər tam obyektiv və şəffaf bir mühitdə öz biliklərini nümayiş etdirmək imkanı əldə ediblər. Münsiflər heyətinin işinə hər hansı səviyyədə təsir göstərilməyib. Şagirdlərin apellyasiya müraciətlərinə də şəraitin yaradılması müsbət bir dəyişiklik kimi yadda qalıb. Olimpiada iştirakçılarının rahatlığının təminatı və asudə vaxtlarının səmərəli keçməsi üçün görülmüş işlər də təqdirəlayiqdir. Bütün bunlar Azərbaycan məktəblisinə özünəinam hissini, obyektiv rəqabət mühitində yarışmaq və qalibiyyət əzmini aşılayır”. Qeyd edək ki, Respublika fənn olimpiadasının media dəstəkçisi APA Holdinqdir.
08/07/2015 16:52
Aprelin 22-də Astara rayonunda məktəblilər arasında atletika idman növü üzrə zona yarışı keçirilib.
Yarış Təhsil Nazirliyinin “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışları çərçivəsində baş tutub. Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Astara Olimpiya İdman Kompleksində keçirilən yarışda 9 rayonun komandası birincilik uğrunda mübarizə aparıb. Nəticələrə əsasən, yarışın qalibi Salyan məktəbliləri olub. II yeri Astara, III yeri Yardımlı rayonunun komandaları tutublar. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb. Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
08/07/2015 16:52
Aprelin 15-də təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb.
Nazir qonağı səmimi salamlayıb və bu təşkilatın ölkəmizdə apardığı layihələrdən razılığını ifadə edib. Xanım Nikol lə Os de Lalüvye ölkəmizdə ingilis dilinin tədrisi layihəsi üzrə həyata keçirilən tədbirlər və ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Qonaq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində aparılan işlərə dəstək göstərməyə hazır olduqlarını bildirib və müvafiq təkliflərlə çıxış edib. Xanım Lalüvye vurğulayıb ki, “British Council” pilot olaraq azərbaycanlı gənclərin həmin proqram çərçivəsində Böyük Britaniyanın ali məktəblərinin magistratura pilləsində təhsil almasını həyata keçirmək niyyətindədir. Bununla bağlı müvafiq təcrübəyə yiyələndiklərini önə çəkən qonaq ilkin olaraq 20 tələbənin seçilməsinin məqsədəmüvafiqliyini qeyd edib. Qonağın fikirlərini yüksək dəyərləndirən Misir Mərdanov seçim prosesinin “British Council” tərəfindən keçirilməsinin daha məqsədə uyğun olduğunu vurğulayıb və verilən təkliflərin yaxın zamanda nazirliyə təqdim edilməsinin vacibliyini bildirib. Görüşdə Azərbaycan hökuməti ilə razılaşdırıldıqdan sonra müvafiq təkliflər əsasında memorandum imzalanması, birgə seçim prosedurlarının hazırlanması və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan bir sıra digər məsələlər üzrə faydalı müzakirələr aparılıb.
08/07/2015 16:52
Xaçmaz rayonunda məktəblilər arasında karate idman növü üzrə zona yarışı keçirilib.
"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində keçirilən yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən zona yarışına Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları qatılıblar. Yarışda 200 nəfərdən artıq idmançı karatenin Şotokan növü üzrə 6 yaş qrupu, 12 çəki dərəcəsində və Qocyu-ryu növü üzrə 7 yaş qrupu, 14 çəki dərəcəsində mübarizə aparıblar. Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xaçmaz, 2-ci yeri Sumqayıt, 3-cü yeri Xızı, Qocyu-ryu növü üzrə 1-ci yeri Xaçmaz, 2-ci yeri Quba, 3-cü yeri Qusar rayonunun komandaları tutublar. Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub. Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları aprelin 21-də başlayıb və mayın sonunadək davam edəcək. Son 3 gün ərzində Şirvanda güləş, Astarada atletika, Xaçmazda karate və Tovuzda voleybol üzrə zona yarışları keçirilib. Hər zona yarışında ətrafdakı 10-dək rayonun komandaları iştirak ediblər. Bütün bölgələri əhatə edən yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub. Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək,onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Cənubi Koreyanın KAİST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) informasiya kommunikasiya texnologiyaları və kompüter elmləri üzrə bakalavr pilləsində təhsil təhsil almaq məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edir.
Bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində I və II kursunda təhsil alan, bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. ərizə-əsaslandırma (2 dildə-Azərbaycan və xarici dildə) ; 2. doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyində əldə edilir); 3. tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən verilir, 2 ədəd, formanı http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə edə bilərsiniz); 4. http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytında yerləşdirilmiş müraciət forması və digər faylları (xüsusi anket forması, şəxsi bəyannamə, maliyyə mənbələri haqqında bəyannamə) doldurularaq, elektron versiyaları admission3@kaist.edu elektron poçt ünvanına və çap versiyası Təhsil Nazirliyinə təqdim olunmalıdır. 5.ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış; 6. ali məktəb tərəfindən verilən tələbənin təhsil alması barədə arayışın və qiymət kitabçasından çıxarışın sürətləri (notarial qaydada təsdiq olunmuş ingilis dilində tərcüməsi); 7.TOEFL və ya digər beynəlxalq səviyyəli sertifikatı olmalıdır. 8.tərcümeyi-hal (CV) (2 dildə-Azərbaycan və xarici dildə); 9.3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil. 10.Şəxsiyyət vəsiqəsinin surəti. Sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir. Sənədlərin təqdim edilməsi üçün son müddət 10 may 2009-cu il. Əlaqə telefonları: 496-33-11; 496-34-00 (daxili 260; 288).
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə təhsilin təşkili, idarəolunması və kadr hazırlığı sahəsində uzun müddət səmərəli fəaliyyətlərinə görə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar.
Aprelin 23-də Təhsil Nazirliyində Tənzilə Şıxıyeva və Eldar Əliyevə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub. Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov təltifləri təqdim edərək hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirib və müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb, tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə müəssisə rəhbərlərinə təşəkkürünü bildirib. Tənzilə Şıxıyeva və Eldar Əliyev onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Qeyd edək ki, Tənzilə Şıxıyeva və Eldar Əliyev çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən, tutduqları vəzifədən azad ediliblər. Tənzilə Şıxıyeva və Eldar Əliyev kollec direktoru vəzifəsində 35 ilə yaxın səmərəli fəaliyyət göstəribər. Onların əməyi dövlət səviyyəsində layiqincə qiymətləndirilib. Təhsilinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə “Əməkdar müəllim” fəxri adı alıb. Eldar Əliyev isə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
08/07/2015 16:52
Qazaxıstanın Almatı şəhərində keçirilmiş “İnformatrix Asia & Pacific” kompüter layihə olimpiadasında Azərbaycan məktəbliləri qızıl medala layiq görülüblər.
Qazaxstanın “DARIN” elm mərkəzi və Süleyman Dəmirəl Universitetinin təşkil etdiyi olimpiadada 30-a yaxın ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Rusiya, Türkmənistan, Tacikistan, Qırğızıstan, Somali, Uqanda, Əfqanıstan, Nigeriya, Gürcüstan, Venesuela, İordaniya, Seneqal, Banqladeş, Hindistan, CAR, Ukrayna, Özbəkistan, Myanma, Tailand, Kamboca və s.) 250 məktəbli iştirak edib. Olimpiadada Azərbaycan “İstək” liseyinin iki şagirdi ilə təmsil olunub. Qaydalara müvafiq olaraq, komandalar 5 kategoriya - proqramlaşdırma, kompüter sənəti, qısa film, “hardware” nəzarəti, “robotiks” üzrə birincilik uğrunda mübarizə aparıblar. “İstək” liseyinin 8-ci sinif şagirdləri Alsu Əlizadə və Pakizə Quliyeva olimpiadada “robotiks” kategoriyası üzrə “Line Follower” layihəsi ilə iştirak edib və ən yüksək bal toplayaraq, qızıl medala layiq görülüblər.
08/07/2015 16:52
Aprelin 23-də "Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində Tovuz rayonunda voleybol idman növü üzrə məktəblilərarası zona yarışına start verilib.
Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tovuz Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan, Kəlbəcər, Ağdam və Xocalıdan olan komandalar iştirak edirlər. Yarışlarda 200 nəfərdən artıq idmançı mübarizə aparır. Qeyd edək ki, zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək,onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsi və idmanın rolunu artırmaqdan ibarətdir.
08/07/2015 16:52
Yanvarın II ongünlüyündə London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Böyük Britaniyanın Təhsil Nazirliyi tərəfindən təşkil olunub.
“Microsoft Azərbaycan” şirkətinin dəvəti ilə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva və “Təhsildə əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov bu konfransda iştirak etmişlər. Azərbaycan nümayəndə heyətinin qeyd edilən konfransda iştirakının məqsədi “Microsoft” şirkətinin bütün dünyada dəstəklədiyi innovativ məktəblər konsepsiyası ilə tanış olmaqdan ibarət idi. Nümayəndə heyəti innovativ məktəblər mövzusuna həsr olunan müzakirə, treninq və seminarlarda iştirak etmiş, bu istiqamətdə aparılan işlərlə yaxından tanış olmuşlar. Onu da qeyd edək ki, nümayəndə heyətinin bu tədbirdə iştirakı Təhsil Nazirliyi ilə “Microsoft” korporasiyası arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində həyata keçirilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı