• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xaçmaz rayonunda məktəblilər arasında karate idman növü üzrə zona yarışı keçirilib.

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində keçirilən yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən zona yarışına Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları qatılıblar. Yarışda 200 nəfərdən artıq idmançı karatenin Şotokan növü üzrə 6 yaş qrupu, 12 çəki dərəcəsində və Qocyu-ryu növü üzrə 7 yaş qrupu, 14 çəki dərəcəsində mübarizə aparıblar.
 Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xaçmaz, 2-ci yeri Sumqayıt, 3-cü yeri Xızı, Qocyu-ryu növü üzrə 1-ci yeri Xaçmaz, 2-ci yeri Quba, 3-cü yeri Qusar rayonunun komandaları tutublar.
Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub.
Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları aprelin 21-də başlayıb və mayın sonunadək davam edəcək. Son 3 gün ərzində Şirvanda güləş, Astarada atletika, Xaçmazda karate və Tovuzda voleybol üzrə zona yarışları keçirilib. Hər zona yarışında ətrafdakı 10-dək rayonun komandaları iştirak ediblər. Bütün bölgələri əhatə edən yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək,onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.


10 il əvvəl