SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanıb
Prezident İlham Əliyevin və Prezident Fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb. Sənədi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye imzaladılar. www.president.az
08/07/2015 16:52
“SABAH-ın könüllüsü” tərəfindən Bakı şəhərindəki 7 ali təhsil müəsisəsində “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək tədbirləri davam etdirilir.
“SABAH Könüllü Həftəsi” çərçivəsində 23-30 aprel 2015-ci il tarixlərində keçirilən tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin SABAH qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edir. “SABAH-ın könüllüsü”nün ideyaları əsasında təşkil olunan idman və intellektual yarışlar, müsabiqə, aksiya “flsh-mob”-lar “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək xarakteri daşıyır. Təhsildən ayrılmadan təşkil olunan tədbirlər tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların təşkilatçılıq və idarəçilik bacarıqlarının, yaradıcı təfəkkürünün inkişafına imkan yaradacaq. Qeyd edək ki, “SABAH-ın könüllüsü” olmaq üçün http://sabah.edu.az/az/sabahinkonullusu ünvanına müraciət etmək lazımdır. “SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytından (www.sabah.edu.gov.az) və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək olar. “SABAH Könüllü Həftəsi” haqqında ətraflı məlumatı https://www.facebook.com/events/871517992903740/ ünvanından əldə etmək mümkündür. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri davam edir.
Aprelin 24-dən 27-dək Xaçmazda atletika, Şəmkirdə güləş, Şirvanda karate, Qusarda cüdo və Cəlilabadda basketbol üzrə zona yarışları keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən atletika üzrə zona yarışında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının və Sumqayıt şəhərinin komandaları mübarizə aparıb. 1-ci yeri Xaçmaz rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri isə Qusar rayonunun komandaları tutublar. Şəmkir Olimpiya İdman Kompleksində isə güləş üzrə zona yarışları davam etdirilib. Yarışlarda idmançılar güləşin hər iki növü üzrə 5 çəki dərəcəsində (sərbəst güləş: 26, 32, 38, 47, 59 kq; yunan-roma güləşi: 23, 29, 35, 42, 53 kq) mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə respublikanın 18 şəhər və rayonundan 178 güləşçi qatılıb. Şirvan şəhərində karate idman növü üzrə zona yarışları keçirilib. Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda Şirvan şəhərinin, Sabirabad, Ucar, Beyləqan, Xocəvənd, Ağcəbədi, Zərdab və Laçın rayonlarının komandaları iştirak ediblər. Yarışlarda 150 nəfərdən artıq idmançı karatenin Şotokan və Qocyu-ryu növü üzrə mübarizə aparıb. Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xocavənd, 2-ci yeri Zərdab, 3-cü yeri Laçın, Qocyu-ryu növü üzrə isə 1-ci yeri Şirvan şəhərinin, 2-ci yeri Beyləqan rayonunun, 3-cü yeri Hacıqabul rayonunun komandaları tutublar. Qusar Olimpiya İdman Kompleksində isə cüdo üzrə zona yarışına start verilib. Yarışda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı rayonlarından və Sumqayıt şəhərindən 92 məktəbli iştirak edib. Komanda hesabında 1-ci yeri Qusar rayonunun, 2-ci yeri Şabran rayonunun, 3-cü yeri Sumqayıt şəhərinin komandaları tutublar. Cəlilabad rayonunda basketbol idman növü üzrə keçirilən zona yarışına 10 rayonun komandası qatılıb. Gərgin mübarizə şəraitində keçən görüşlərin nəticələrinə əsasən, 1-ci yeri Cəlilabad, 2-ci yeri Salyan rayonunun, 3-cü yeri Lənkəran rayonunun komandaları tutublar. Zona yarışlarının qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb. I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan bu yarışlar mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub. Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsi və idmanın rolunu artırmaqdan ibarətdir.
08/07/2015 16:52
Bu il II siniflər üçün dərslik komplektlərinin hazırlanması, dərsliklərin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi, əlavə oxu materialları və audiovizual tədris resurslarının artırılması, ümumilikdə 87 adda 4 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün vəsaitlərin çap olunub məktəblərə çatdırılması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, 2003-2008-ci illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun olmaqla 30 milyon nüsxə dərslik çap edilib.
08/07/2015 16:52
“Sabahın alimləri” IV Respublika Müsabiqəsinə həsr olunmuş film hazırlanıb.
Filmdə 12-14 fevral 2015-ci il tarixlərində Bakı şəhərində keçirilmiş müsabiqənin əhəmiyyəti və məqsədi haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, builki müsabiqədə 195 şagird 96 elmi layihə ilə iştirak edib. Onlardan 27-i fərdi, 69-u kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib. Müsabiqəyə təqdim olunmuş layihələr 8 nominasiya üzrə qiymətləndirilib. İlk 3 yerə layiq görülən 47 layihə müəyyənləşdirilib. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. “Sabahın alimləri” IV Respublika Müsabiqəsinə həsr olunmuş film
08/07/2015 16:52
Aprelin 27-də ümumi təhsil müəssisələrinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışının final mərhələsi keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 70-ə yaxın müəllim iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan final yarışının nəticələrinə əsasən, Lerik rayonu Çayrud kənd tam orta məktəbinin müəllimi İmran Kəlbiyev birinci, Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi Sultan Rzayev ikinci, Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Anar Bağışov üçüncü yerin sahibi olublar. Qaliblər və fəal iştirakçılar diplomla təltif olunub və onlara pul mükafatları verilib. Qeyd edək ki, bu yarış şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı səmərəli keçirmək və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü geniş qeyd etmək məqsədilə ümumi təhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən təşkil olunub. Yarışın birinci mərhələsi martın 10-dək ümumi təhsil məktəblərində, ikinci mərhələsi isə aprelin 10-dək şəhər və rayonlar üzrə keçirilib.
08/07/2015 16:52
2009-cu ildə 100-dən çox yeni məktəbin inşası planlaşdırılıb. Burada əsas məqsəd çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.
2009-cu ildə 100-dən çox yeni məktəbin inşası planlaşdırılıb. Burada əsas məqsəd çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə 226 yeni məktəb tikilib, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunub. Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” na əsasən 2009-2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600 məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulub. Onu da qeyd edək ki, son illərdə 350 min şagird yerlik 1300-dək yeni məktəb binası istifadəyə verilib. 2008-ci ildə 161 yeni məktəb istifadəyə verilib, 129 məktəb əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təchiz olunub. Ötən il Təhsil Nazirliyi tərəfindən 300-dək məktəb əsaslı təmir edilib. 2009-cu ildə isə 100-dən çox məktəbin əsaslı təmiri nəzərdə tutulub. Ümumilikdə, son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edib.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən respublika ifa müsabiqəsinə yekun vurulub.
Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, gənclərin ifa mədəniyyətini yüksəltmək, onlarda musiqiyə, şeirə, rəqsə məhəbbət hissləri aşılamaq, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da inkişaf etdirmək, gənc nəslin milli-mənəvi estetik tərbiyəsini yüksəltməkdən ibarətdir. Müsabiqənin mütəşəkkil və yüksək səviyyədə keçirmək məqsədilə hər nominasiya üzrə tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqə 2 mərhələdə keçirilib. Zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan 74 şagird və tələbə Bakı Sosial Pedaqoji Kollecində keçirilən Respublika mərhələsində iştirak edib. Müsabiqədə 21 nəfər I, 13 nəfər II, 10 nəfər III yerə, 7 nəfər isə müsabiqənin fəal iştirakçısı adına layiq görülüb. Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti mayın 19-da Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. Hər nominasiya üzrə I, II, III yerlərin qalibləri və müsabiqənin fəal iştirakçıları Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
08/07/2015 16:52
"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri davam edir.
Bu tədbirlər çərçivəsində Bakıda karate, Qubada taekvondo, Biləsuvarda boks üzrə zona yarışları keçirilib. Hövsan Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Bakı şəhəri üzrə 300 nəfərdən artıq idmançı karatenin Şotokan və Qocyu-ryu növü üzrə mübarizə aparıb. Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Nəsimi, 2-ci yeri Xətai, 3-cü yeri Səbail, Qocyu-ryu növü 1-ci yeri Nizami, 2-ci yeri Xətai, 3-cü yeri Qaradağ rayonunun komandaları tutub. Quba rayonunda isə taekvondo idman növü üzrə zona yarışı keçirilib. Quba Olimpiya İdman Kompleksində baş tutan yarışda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları təmsil olunub. Yarışda oğlan və qızlardan ibarət komandalar 9 çəki dərəcəsində mübarizə aparıblar. Komanda hesabında qızlar arasında 1-ci yeri Qusar, 2-ci yeri Quba rayonlarının, 3-cü yeri Sumqayıt şəhərinin, oğlanlar arasında 1-ci yeri Quba rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri Qusar rayonunun komandaları tutublar. Biləsuvar rayonunda isə boks idman növü üzrə zona yarışlarına start verilib. Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Biləsuvar, Masallı, Lənkəran, Astara, Cəlilabad və Neftçala rayonlarının komandaları iştirak edib. Yarışda idmançılar 34-54 kq çəki dərəcələrində mübarizə aparıblar. Komanda hesabında 1-ci yeri Cəlilabad, 2-ci yeri Neftçala, 3-cü yeri Biləsuvar rayonlarının komandaları tutublar. Zona yarışlarının qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.
08/07/2015 16:52
“SABAH-ın könüllüsü”nün “Bakı 2015” Birinci Avropa Oyunlarına dəstəyini ifadə edən 12 videoçarx SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
“Bakı 2015” Birinci Avropa Oyunları ərəfəsində SABAH-ın könüllüləri tərəfindən hazırlanmış həvəskar videoçarxlar “SABAH-ın könüllüsü”nün fəaliyyətinin və könüllülərin yaradıcılığının nümayiş olunması məqsədlərinə xidmət edir. Qeyd edək ki, “SABAH LIVE”, “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən SABAH qruplarında təhsil alan könüllülər üçün təşkil olunmuş həvəskar videoçarx müsabiqəsi SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə keçirilir. http://az.baku2015.com/news/article/sabah-qruplar%C4%B1nda-t%C9%99hsil-alan-konullul%C9%99r-ucun-h%C9%99v%C9%99skar-video-carx-musabiq%C9%99si.html
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı