• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Qazaxıstanın Almatı şəhərində keçirilmiş “İnformatrix Asia & Pacific” kompüter layihə olimpiadasında Azərbaycan məktəbliləri qızıl medala layiq görülüblər.

Qazaxstanın “DARIN” elm mərkəzi və Süleyman Dəmirəl Universitetinin təşkil etdiyi olimpiadada 30-a yaxın ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Rusiya, Türkmənistan, Tacikistan, Qırğızıstan, Somali, Uqanda, Əfqanıstan, Nigeriya, Gürcüstan, Venesuela, İordaniya, Seneqal, Banqladeş, Hindistan, CAR, Ukrayna, Özbəkistan, Myanma, Tailand, Kamboca və s.) 250 məktəbli iştirak edib. Olimpiadada Azərbaycan “İstək” liseyinin iki şagirdi ilə təmsil olunub.
Qaydalara müvafiq olaraq, komandalar 5 kategoriya - proqramlaşdırma, kompüter sənəti, qısa film, “hardware” nəzarəti, “robotiks” üzrə birincilik uğrunda mübarizə aparıblar.
“İstək” liseyinin 8-ci sinif şagirdləri Alsu Əlizadə və Pakizə Quliyeva olimpiadada “robotiks” kategoriyası üzrə “Line Follower” layihəsi ilə iştirak edib və ən yüksək bal toplayaraq, qızıl medala layiq görülüblər.


10 il əvvəl