• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə təhsilin təşkili, idarəolunması və kadr hazırlığı sahəsində uzun müddət səmərəli fəaliyyətlərinə görə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar.

Aprelin 23-də Təhsil Nazirliyində Tənzilə Şıxıyeva və Eldar Əliyevə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov təltifləri təqdim edərək hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirib və müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb, tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə müəssisə rəhbərlərinə təşəkkürünü bildirib. Tənzilə Şıxıyeva və Eldar Əliyev onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Tənzilə Şıxıyeva və Eldar Əliyev çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən, tutduqları vəzifədən azad ediliblər.
Tənzilə Şıxıyeva və Eldar Əliyev kollec direktoru vəzifəsində 35 ilə yaxın səmərəli fəaliyyət göstəribər. Onların əməyi dövlət səviyyəsində layiqincə qiymətləndirilib. Təhsilinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə “Əməkdar müəllim” fəxri adı alıb. Eldar Əliyev isə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.


10 il əvvəl