• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 23-də "Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində Tovuz rayonunda voleybol idman növü üzrə məktəblilərarası zona yarışına start verilib.

Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan, Kəlbəcər, Ağdam və Xocalıdan olan komandalar iştirak edirlər. Yarışlarda 200 nəfərdən artıq idmançı mübarizə aparır.
Qeyd edək ki, zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək,onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsi və idmanın rolunu artırmaqdan ibarətdir.


10 il əvvəl