• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin respublika mərhələsi keçirilib.

Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə keçirilən müsabiqənin respublika mərhələsinin açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsi artıq 9-cu dəfədir təşkil olunur. Xatırladaq ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb. Bu mərhələdə 15 min nəfərdən artıq şagird iştirak edib. Müsabiqənin respublika mərhələsinin 109 iştirakçısından 12 nəfəri VIII, 20-si IX, 29-u X, 28-i XI sinif şagirdləridir. İlk peşə-ixtisas təhsili müəssisələrindən və orta ixtisas təhsili müəssisələrindən olan iştirakçıların sayı isə 20 nəfərdir. Müsabiqə qaliblərinin inşa yazıları kitab şəklində çap olunacaq.

Avqustun 12-də Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, yerli və xarici məsləhətçilərdən ibarət işçi qrupunun səmərəli fəaliyyəti sayəsində ərsəyə gələn dərs vəsaiti müzakirələrdən sonra daha da təkmilləşdiriləcək, nəşr olunub müəllim və tələbələrə çatdırılacaqdır. “Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər üçün 10 günlük treninqlərin keçiriləcəyini söyləyən Misir Mərdanov bu zaman müəllimlərin yeni fənnin məzmununun əsas istiqamətlərini mənimsəməsi, müasir təlim texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Təhsil naziri deyib ki, müvafiq ali məktəb rəhbərləri də bu işdə yaxından iştirak etməli, “Təhsilin əsasları” fənninin tədrisinin səmərəli təşkilinə şərait yaratmalıdırlar. Daha sonra “Təhsilin əsasları” fənninin pedaqoji kadrların hazırlanması prosesindəki rolundan bəhs edən təqdimat məruzəsi dinlənilib. Dərs vəsaitinin həm praktik, həm də nəzəri baxımdan yüksək səviyyəli və peşəkar müəllimlərin hazırlanmasına layiqli töhfələr verəcəyinə inam ifadə olunub, ayrı-ayrı mütəxəssislərin təklif və tövsiyələri ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, yaxın müddətdə dərs vəsaiti bir daha müzakirə olunsun və irəli sürülən bütün təkliflər mütəxəssislər tərəfindən bir daha dəyərləndirilsin.

9-14 aprel 2015-ci il tarixlərində Fizika, riyaziyyat, informatika təmayüllü respublika liseyi və Kimya-biologiya təmayüllü respublika liseyinin VII, VIII və IX sinif şagirdlərinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil olunub.

Sosial yönümlü layihələrin şagirdlərin intellektual səviyyəsinin inkişafına, dünyagörüşünün genişlənməsinə, fəal vətəndaş kimi yetişməsinə müsbət təsirini artırmaq məqsədilərinə xidmət edən ekskursiya Təhsil Nazirliyi və Nazirlər Kabineti yanında “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə dəstəyi ilə reallaşdırılıb. Şagirdlər kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, silah, keramika, məişət və bəzək əşyaları, sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və digər tarixi-etnoqrafik nümunələrlə tanış olublar. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol uşaqlarda böyük maraq yaradıb. Bundan başqa, məktəblilər üçün toxuculuq, dulusçuluq, dəmirçilik emalatxanalarında ustad dərsləri təşkil olunub və şagirdlər müvafiq məmulatların hazırlanması prosesində iştirak ediblər.

“Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (RİOEUG) Futbol Məktəbinin U-15 komandası Rusiyanın Stavropol şəhərində XV ənənəvi beynəlxalq futbol turnirində iştirak edib.

Turnirə 19 nəfərlik heyətlə qatılan “Vətən” bir həftə ərzində Rusiyanın müxtəlif şəhərlərini, o cümlədən Stavropol, Mahaçqala və Rostovu təmsil edən rəqiblərlə qarşılaşıb.  Turnirin ilk turunda inamlı oyun nümayiş etdirən idmançılarımız qrup mərhələsini asanlıqla keçib. Yarımfinal mərhələsində “Vətən” “UOR Stavropol” komandasına penaltilər seriyasında qalib gələrək  finala vəsiqəni təmin edib. Finalda “DUSŞ Stavropol” komandasına məğlub olan futbolçularımız turniri gümüş medalla başa vurub. Komanda fərdi nailiyyətlərinə görə də mükafatlandırılıb. Məşqçi-müəllim Ramiz Əliyev "turnirin ən yaxşı məşqçisi", komanda üzvü Sultan  Mustafayev “turnirin ən yaxşı yarımmüdafiəçisi” adına layiq gorülüblər. Turnirin təşkilatçıları tərəfindən komandaya xatirə hədiyyələri, idman geyimi və toplar təqdim olunub.

Aprelin 14-də məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Şahmat Festivalının yekun mərhələsinə start verilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçirilən mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəb direktorları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Festivalın keçirilməsində məqsəd ümumtəhsil məktəb şagirdləri arasında şahmata meyl və marağı gücləndirmək, mədəni səviyyənin yüksəlməsində mühüm rol oynayan bu idmanın kütləviliyini artırmaq, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etməkdən ibarətdir. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib. Firudin Qurbanov ölkənin təhsil sistemində fəaliyyət göstərən 66 Uşaq-Gənclər Şahmat Məktəbinə on minlərlə məktəblinin cəlb olunduğunu bildirib. Ötən il həmin məktəblərin yetirmələri respublika yarışlarında 242, beynəlxalq yarışlarda 90 medal qazanıblar. Ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə şahmat məktəblərinin yetirmələridir. Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi, Beynəlxalq Şahmat Federasiyası və Azərbaycan Şahmat Federasiyası arasında imzalanmış birgə memoranduma əsasən, şahmat ümumtəhsil məktəblərində tədris fənləri sırasına daxil edilib. Hazırda 500-ə yaxın məktəbin 2-ci, 3-cü və 4-cü siniflərində “Şahmat” fənni tədris olunur. Qeyd edək ki, yarışın I mərhələsi “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəbləri arasında keçirilib və rayon (şəhər) üzrə qalib şagirdlərdən ibarət yığma komandalar yaradılıb. Yarışlarda “Şahmat” fənni tədris olunan 494 pilot məktəbdən 3 min nəfərdən çox şagird iştirak edib. Final yarışında isə 400-ə yaxın şagird qalib adı uğrunda mübarizə aparacaq. Yaş qrupları üzrə və komanda hesabında 1-ci, 2-ci, 3-cü yerləri tutan komandalar Təhsil Nazirliyi tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar isə diplomla təltif olunacaqlar.

Bakıda yerləşən 7 ali təhsil müəssisəsində “SABAH-ın könüllüsü” proqramının təqdimat mərasimləri keçirilib.

Təqdimatlarda Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin SABAH qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edib. Təqdimatlar zamanı SABAH qruplarında təhsil alan könüllülər tərəfindən iştirakçılara “SABAH-ın könüllüsü” proqramı, onun məqsədləri, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Könüllülər qeyd ediblər ki, bu proqram SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan sosial fəallığının artırılması və alınmış biliklərin praktikada tətbiqinə şərait yaradılması, eləcə də tələbələrin idarəçilik bacarıqları və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. “SABAH-ın könüllüsü” kimi fəaliyyət göstərən tələbələr komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edir, müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar tədris prossesində əldə etdikləri bilik və bacarıqları tətbiq edərək, tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı qazanırlar. Təqdimatlarda könüllülər qarşıdan gələn “Bakı 2015” 1-ci Avropa Oyunları barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, “SABAH-ın könüllüsü” proqramı çərçivəsində 7 ali təhsil müəssisəsində Avropa Oyunları ilə bağlı kampaniyaların həyata keçirilməsi planlaşdırılıb. İştirakçılar tələbələri “Bakı 2015” 1-ci Avropa Oyunlarına könüllü kimi qoşulmağa çağırıblar. Azərbaycan Texniki Universitetində keçirilən təqdimat mərasimində çıxış edən “SABAH-ın könüllüsü” Humay Cavadzadə bildirib ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir: “Biz “Bakı 2015” Avropa Oyunlarının təşkili ilə tarix yazacağıq. Əlbəttə, hər bir gənc, hər bir tələbə bu möhtəşəm tədbirin bir parçası olmaq istəyər. “SABAH-ın könüllüsü” olmaq bizə imkan verəcək ki, Avropa Oyunlarına dəstək olaq və uğura öz imzamızı da ataq”. Azərbaycan Dillər Universitetində keçirilən təqdimat mərasimində çıxış edən “SABAH-ın könüllüsü” Aygün Bayramova 1-ci Avropa Oyunlarına töhfə vermək imkanı qazanmasından qürur duyduğunu bildirib: “Könüllü olmaq bir seçimdir, ancaq “SABAH-ın könüllüsü” kimi “Bakı 2015” 1-ci Avropa Oyunlarının bir parçası olmaq xüsusilə qürurvericidir.“ Qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramına qoşulmaq üçün http://sabah.edu.az/az/sabahinkonullusu veb ünvanına müraciət etmək lazımdır. “SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytından (http://sabah.edu.az/) və “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

Xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə Təhsil Nazirliyinin açıqlaması

 Bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, yay ayları ərzində, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə vaxtı daha da intensivləşir. Bununla əlaqədar bildirmək istərdik ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) məlumat versinlər. Bunlarla yanaşı bildiririk ki, müsabiqə zamanı elektron ərizənin doldurulması, sənədlərin təqdim olunması tamamilə ödənişsizdir və sənəd qəbulu prosesi üçün heç bir vəsait tələb edilmir. Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa Təhsil Nazirliyinə müraciət etmələrini tövsiyə edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramı çərçivəsində məşğələlərə start verilib.

Yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdir. Təqaüd proqramında iştiraka maraq göstərən şəxslər sırasından 105 nəfər seçilib, nəzəri və praktik məşğələlərin aparılmasına 20-yə yaxın mütəxəssis cəlb olunub. Beş mərkəzdə ki ay yarım davam edəcək təlimdə müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarəedilməsi, şəxsi inkişaf, vaxtın idarəedilməsi, planlaşdırma, rəqəmsal savadlılıq  və digər bu kimi mövzularda mühazirə, praktik məşğələ və ustad dərslərində iştirak edəcək, qabaqcıl məktəblərin təlim mühiti ilə tanış olacaqlar. Proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunacaq.

Təhsil naziri Mikayıl Cabbarov “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyasının 11 may 2015-ci il tarixində başlanılması və 31 may 2015-ci il tarixində sona çatdırılması qərara alınıb.   İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

15 aprel - Beynəlxalq ekoloji bilik günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin III-IV və 160 saylı Klassik gimnaziyanın VII-VIII siniflərinin şagirləri, məktəb direktorları, müəllimlər və ali məktəb tələbələri iştirak ediblər. Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü və “National Geographic Azerbaijan” jurnalının əməkdaşlığı ilə təşkil olunan tədbir məktəblilərin ekoloji-coğrafi maarifləndirilməsi proqramı çərçivəsində reallaşdırılıb. Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə ekoloji təhsil proqramları haqqında ətraflı məlumat verib. Tədbirdə “National Geographic Kids” jurnalının redaktoru Könul Nəsibova təqdimatla çıxış edib. Ətraf mühitlə bağlı ekoloji maarifləndirmə müsabiqələri və viktorinalar şagirdlərin böyük marağına səbəb olub. 6 saylı məktəb-liseyin şagirdləri “Mən “National Geographic Kids” jurnalı ilə hansı ölkəyə səyahət etmək istərdim” mövzusunda rəsmlərini təqdim ediblər. Sonra şagirdlər üçün “Animal Planet”in cizgi filmləri nümayiş olunub. Tədbirin sonunda ekoloji müsabiqələrin 8 qalibinə “National Geographic Azerbaijan” jurnalına bir illik pulsuz abunə kuponu hədiyyə edilib. Tədbirdə iştirak edən bütün məktəblilərə “National Geographic Kids” jurnalı təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı