SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 26-dan 30-dək Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA ) Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “İngilis dili-dünya məhsulu” layihəsi çərçivəsində “Müəllim biliyinin test edilməsi” mövzusunda ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün bir günlük seminar keçirib.
Seminarın məqsədi ingilis dili müəllimlərinin bilik səviyyəsinin artırılması, beynəlxalq dil olan ingilis dilinin məktəblərdə intensiv tədrisi səviyyəsinin artırılması üçün bu dilin müasir təlim metodları ilə tədrisinin öyrədilməsindən ibarət olub. Seminarlar ingilis dili üzrə mütəxəssislər tərəfindən Quba, Xaçmaz, Tovuz, Göyçay, Şəki, Zaqatala, Beyləqan, Lənkəran, İsmayıllı rayonlarında və Gəncə şəhərində keçirilib.
08/07/2015 16:52
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-ci Moskva Beynəlxalq Təhsil Salonunda iştirak edir.
Aprelin 15-də nümayəndə heyəti Rusiya Federasiyasının Baş nazirinin müavini Olqa Qolodetsin iştirakı ilə baş tutmuş açılış mərasiminə qatılıb. Açılışdan sonra Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Venyamin Kaqanovun sədrliyi ilə “Yeni təhsil arxitekturası” mövzusunda ilk plenar sessiya keçirilib. Nazir müavini Ceyhun Bayramov bu plenar sessiyada fəxri qonaq kimi iştirak etməyə dəvət olunub. C.Bayramovu plenar sessiyanın iştirakçılarına təqdim edərkən V.Kaqanov Azərbaycana son səfəri zamanı ölkənin əldə etdiyi nailiyyətlərin, o cümlədən təhsil sahəsində islahatların onda xoş təəssüratlar doğurduğunu nəzərə çatdırıb. C.Bayramov öz çıxışında Təhsil Salonunun təşkil olunmasında Rusiya tərəfinin fəaliyyətini yüksək qiymətləndirib. O, Təhsil Salonunun səmərəli müzakirələr və fikir mübadiləsi üçün əlverişli forum olduğunu bildirib. Təhsil sahəsində bir çox çağırışların əksər ölkələrdə oxşar xarakter daşıdığını, təhsilin keçmişdəki çərçivəsindən kənara çıxdığını, elm, iqtisadiyyat və sosial sahə ilə öncəkindən daha çox bağlantısının olduğunu vurğulayan nazir müavini daha böyük səmərəlilik üçün yeni yanaşmaların müəyyən olunmasının vacibliyini diqqətə çatdırıb. C.Bayramov oxşar problemlərin mövcudluğunu və səmərəliliyin artırılmasına olan ehtiyacı nəzərə alaraq, Rusiyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib. Təhsil Salonunun 1-ci günündə Azərbaycan nümayəndə heyəti salon çərçivəsində təhsil xidmətlərinin sərgisi ilə tanış olub, bir sıra təhsil müəssisələri və biznes qurumları ilə qarşılıqlı maraq doğuran mövzular üzrə müzakirələr aparıb.
08/07/2015 16:52
Aprelin 16-da Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi, Bakcell şirkəti, Britaniya Şurası və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan TOPs - Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, layihənin əsas məqsədi ümumi təhsil məktəblərində fiziki tərbiyə fənni üzrə təhsilverənləri müasir təhsil texnologiyası ilə təmin etməkdən ibarətdir. Belə bir metodun tətbiqi eyni zamanda, təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qrunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqinə nail olmağa imkan verəcəkdir. Qeyd edək ki, layihə pilot olaraq Bakıdakı 138, 269 və 220 nömrəli tam orta məktəblərdə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhərində hədəf məktəblərdən seçilmiş 25 nəfər fiziki tərbiyə müəllimi beynəlxalq və yerli mütəxəssislər tərəfindən müasir və innovativ təlim metodu olan TOPs proqramı üzrə beşgünlük təlimlərə cəlb olunub. 269 nömrəli tam orta məktəbdə təşkil olunmuş ilk idman festivalında 100-dən çox şagird iştirak edib. Onlar müxtəlif idman növləri üzrə mübarizə aparıb, rəqs və musiqi nömrələri ilə festivala gələn qonaqlar qarşısında çıxış ediblər. Sonra məktəbin fiziki tərbiyə müəllimlərindən Viktoriya Qarayeva, Cəfər Hüseynov, Sənan Osmanlı, Qalina Deryabina və Azər Əkbərovun V, VI, VIII və X siniflərdə tədris etdikləri "Açıq dərs"ləri izlənilib.
08/07/2015 16:52
Aprelin 17-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə elmi-layihələrin sərgisi və təqdimat mərasimi keçirilb.
Tədbirdə Təhsil Nazirliyinin, SOCAR-ın, AMEA-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Gənc mühəndislər” ictimai birliyinin nümayəndələri və şirkət rəhbərləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd ictimaiyyəti “Kiçik akademiya”nın fəaliyyəti ilə taniş etmək, layihələr çərçivəsində bir sıra qurumlarla tərəfdaşlıq imkanlarını araşdırmaqdan ibarətdir. Sərgidə liseyin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin müxtəlif kateqoriyalar üzrə hazırladıqları layihələr nümayiş olunub. Sərgi başa çatdıqdan sonra şagirdlər qonaqlar üçün hazırladıqları kiçik konsert proqramı ilə çıxış ediblər.
08/07/2015 16:52
Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində islam dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının IV Beynəlxalq festival-müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Kainat" Gənclik Mərkəzinin layihəsi olan müsabiqə İSESKO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilir. Builki müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi çərçivəsində təşkil olunub. Yarışmada Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Başqırdıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və İndoneziyadan 52 gənc ifaçı iştirak edib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından, artıq ənənəyə çevrilən festival-müsabiqələrin əhəmiyyətindən danışıb: "Son illər ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycan beynəlxalq festivallara, müsabiqələrə, forumlara ev sahibliyi edir. İslam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq festivalı da müsəlman ölkələrinin mədəni əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir". Təşkilat komitəsinin sədri, "Kainat" Gənclər Mərkəzinin rəhbəri Rahib Rəsulzadə layihənin coğrafiyasının ildən-ilə genişləndiyini bildirib. Qeyd olunub ki, beynəlxalq müsabiqə iki yaş qrupunda (15 yaşadək və 15-20 yaş arası) keçirilir. İştirakçılar üçün şərtlərdən biri də Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməkdir. Sonra hər iştirakçı ölkədən bir nəfərin təmsil olunduğu münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. 15 yaşadək qrupda fortepiano nominasiyası üzrə 1-ci yerə Nataliya Lem (Özbəkistan), 2-ci yerə Fidan Tağıyeva (Azərbaycan), 3-cü yerə Timur Mirəhmədov (Özbəkistan) layiq görülüblər. Orkestr nominasiyası üzrə Amonbek Rixsinboyev (Özbəkistan), Şamil Səlimov (Azərbaycan) və Asadbek Xalimcanov (Özbəkistan) müvafiq olaraq 1-3-cü yerlərə sahib olublar. Böyük yaş qrupunda fortepiano nominasiyasında 1-ci yerə Günel Rizvanova, 2-ci yerə Cavid Əzizov, 3-cü yerə Arzu Əsgərli (hər üçü Azərbaycan) layiq görülüb. Orkestr nominasiyası üzrə Süleyman Eyyubov (Azərbaycan) 1-ci, Samat Meditov (Başqırdıstan) 2-ci, Alpamıs Bissenqalıyev (Qazaxıstan) 3-cü yeri tutub. Virtuoz ifasına görə Mehman Səlimov (Azərbaycan) Bakı Musiqi Akademiyasının təsis etdiyi xüsusi diplom və hədiyyə ilə təltif olunub. Festivalın qaydalarına uyğun olaraq, ən kiçikyaşlı ifaçı nominasiyası üzrə diplom və mükafat Özbəkistandan Mahigül Nizomovaya (10 yaş) təqdim edilib. Festivalın baş mükafatını (Qran pri) isə Ankara Konservatoriyasının tələbəsi Melisa Buyukörü (Türkiyə) qazanıb. Müsabiqənin iştirakçılarına həmçinin, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin mükafatları təqdim olunub. Tədbir IV Beynəlxalq festival-müsabiqəsi qaliblərinin konsert proqramı ilə başa çatıb.
08/07/2015 16:52
Aprelin 16-da Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Nümayəndə heyəti öncə K.Kərimov adına 157 saylı etnomədəni Azərbaycan komponentli orta məktəbi ziyarət edib. Məktəbin direktoru E.İsmayılova təhsil müəssisəsinin tarixi və hazırki fəaliyyəti haqqında məlumat verərək, məktəbdə təhsil alan şagirdlərin 30-a yaxın etnik qrupu təmsil etdiyini bildirib. Daha sonra nümayəndə heyəti məktəbin muzeyi, kitabxanası ilə tanış olub, dərs zamanı bir neçə sinfi ziyarət edərək şagird və müəllim heyəti ilə görüşüb. Şagirdlər Azərbaycan dilində şeirlər, mahnılar səsləndirib və milli rəqslər nümayiş etdirib. C.Bayramov məktəbin direktoruna, müəllim və şagird heyətinə öz təşəkkürünü bildirib, təhsil müəssisəsinin Azərbaycan və rus dillərinin tədrisində və Azərbaycan mədəniyyətinin qorunub saxlanması sahəsindəki fəaliyyətini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Azərbaycan nümayəndə heyəti adından məktəbə xatirə hədiyyələri təqdim olunub. Həmin gün nümayəndə heyəti Rusiyanın Elm və Təhsil Sahəsinə Nəzarət üzrə Federal Agentliyində işçi görüş keçirib. Görüşdə hər iki ölkədə təhsil müəssisələrinin standartları sahəsində aparılan islahatlar və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub. Tərəflər işçi səviyyədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini də vurğulayıb. Aprelin 17-də nümayəndə heyəti Rusiyanın təhsil və elm nazirinin müavini V.Kaqanov və Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbərinin müavini L.Yefremova ilə birgə görüş keçirib. Tərəflər əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, tələbə mübadiləsi, müəllim hazırlığı və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf istiqamətlərini müzakirə ediblər. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ə.Muradov və Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Y.Kuzminov iki universitet arasında “Elm, tədris və mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalayıblar. Bu sənəd Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ali İqtisadiyyat Məktəbi ilə tələbə mübadiləsi, ikili diplom proqramlarının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin, müəllim və tələbələr üçün təcrübə proqramlarının həyata keçirilməsi və digər sahələrdə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
08/07/2015 16:52
Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin şagirdləri, “Sabahın alimləri” IV Respublika müsabiqəsində I yerə layiq görülmüş Nigar Sərdarlı və Mədət Sərdarlı may ayında ABŞ-da keçiriləcək Elm və Mühəndislik sərgisində iştirak etmək hüququ qazanıblar.
Liseyin X sinif şagirdləri Leyla Ələkbərli və Vüsalə Süleymanova isə “Böyük şəhərlərin yaşıllaşdırılması ilə bağlı ekoloji model” adlı layihələri ilə Niderlandda keçiriləcək İNESPO olimpiadasının və Keniyada keçiriləcək “GOLDEN KLİMAT” olimpiadasının final mərhələsinə dəvət alıblar.
08/07/2015 16:52
Qazaxıstanın Astana şəhərində “Worlddidac Astana” təhsil və peşəkar hazırlıq üçün texnologiyaların dördüncü beynəlxalq sərgisi keçirilib.
Tədbirdə ölkəmizi Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Bela Nuriyeva təmsil edib. Qazaxıstan Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan sərgidə 28 ölkədən 206 şirkət tərəfindən təhsil sahəsi ilə əlaqədar məhsul və yeni texnologiyalar təqdim olunub. Ən yaxşı müəllim müsabiqəsinin qalibi olan Bela Nuriyeva sərgidə açıq dərs (master-class) nümayiş etdirib.
08/07/2015 16:52
Aprelin 18-də Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçirilib.
Əsas məqsədi şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması və istedadlıların üzə çıxarılmasından ibarət olan fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edir. Bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onlar tədbirin keçirildiyi 3 gün ərzində Kempinski Badamdar hotelində qalacaqlar və asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Bu il olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub. Əvvəlki illərdən fərqli olaraq, bu il fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib. Final mərhələsində iştirak edən şagirdlərin 240 nəfəri mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasıyası üzrə qalib müəyyənləşdiriləcək və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlər seçiləcək. İstedadlı uşaqların aşkara çıxarılmasında olimpiadalar müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadaları şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
08/07/2015 16:52
Aprelin 19-da Respublika fənn olimpiadalarının final mərhələsi başlayıb.
Ölkəmizin bütün bölgələrini təmsil edən 450 məktəbli biologiya, cografiya, riyaziyyat, fizika, Azərbaycan dili və ədəbiyyat, tarix, kimya və informatika fənnləri üzrə ayrılmış müxtəlif zallarda açıq tipli tapşırıqları həll edirlər. Şəffaflığı təmin etmək üçün şagirdlərin cavab vərəqələrini kodlaşdırılaraq münsiflər heyətinə təhvil veriləcək. Müvafiq yoxlamadan sonra nəticələr elan olunacaq və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdiriləcək. Aprelin 20-də günün birinci yarısında nəticələrdən narazı qalan şagirdlərə münsiflər heyəti ilə nəticələrini birbaşa müzakirə etmək imkanı yaradılacaq. Qeyd edək ki, bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunur. Olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onların tədbirin keçirildiyi 3 gün ərzində Kempinski Badamdar hotelində qalması təmin olunub və imtahandankənar asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bu il olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub. Eyni zamanda, bu il ilk dəfə olaraq fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib. Final mərhələsində iştirak edən şagirdlərin 240 nəfərə qədəri mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasıyası üzrə qalib müəyyənləşdiriləcək və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlər seçiləcək.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı