• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (RİOEUG) Futbol Məktəbinin U-15 komandası Rusiyanın Stavropol şəhərində XV ənənəvi beynəlxalq futbol turnirində iştirak edib.

Turnirə 19 nəfərlik heyətlə qatılan “Vətən” bir həftə ərzində Rusiyanın müxtəlif şəhərlərini, o cümlədən Stavropol, Mahaçqala və Rostovu təmsil edən rəqiblərlə qarşılaşıb.
 Turnirin ilk turunda inamlı oyun nümayiş etdirən idmançılarımız qrup mərhələsini asanlıqla keçib. Yarımfinal mərhələsində “Vətən” “UOR Stavropol” komandasına penaltilər seriyasında qalib gələrək  finala vəsiqəni təmin edib. Finalda “DUSŞ Stavropol” komandasına məğlub olan futbolçularımız turniri gümüş medalla başa vurub.
Komanda fərdi nailiyyətlərinə görə də mükafatlandırılıb. Məşqçi-müəllim Ramiz Əliyev "turnirin ən yaxşı məşqçisi", komanda üzvü Sultan  Mustafayev “turnirin ən yaxşı yarımmüdafiəçisi” adına layiq gorülüblər. Turnirin təşkilatçıları tərəfindən komandaya xatirə hədiyyələri, idman geyimi və toplar təqdim olunub.


10 il əvvəl