• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

9-14 aprel 2015-ci il tarixlərində Fizika, riyaziyyat, informatika təmayüllü respublika liseyi və Kimya-biologiya təmayüllü respublika liseyinin VII, VIII və IX sinif şagirdlərinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil olunub.

Sosial yönümlü layihələrin şagirdlərin intellektual səviyyəsinin inkişafına, dünyagörüşünün genişlənməsinə, fəal vətəndaş kimi yetişməsinə müsbət təsirini artırmaq məqsədilərinə xidmət edən ekskursiya Təhsil Nazirliyi və Nazirlər Kabineti yanında “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə dəstəyi ilə reallaşdırılıb.
Şagirdlər kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, silah, keramika, məişət və bəzək əşyaları, sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və digər tarixi-etnoqrafik nümunələrlə tanış olublar.
Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol uşaqlarda böyük maraq yaradıb. Bundan başqa, məktəblilər üçün toxuculuq, dulusçuluq, dəmirçilik emalatxanalarında ustad dərsləri təşkil olunub və şagirdlər müvafiq məmulatların hazırlanması prosesində iştirak ediblər.


10 il əvvəl