• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyi arasında imzalanmış sazişə uyğun olaraq, 2015-2016-cı tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

Qeyd edək ki, Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə xərci, tədris materialları, yataqxana xərci, Pekindən təhsil yerinə bilet, aylıq yaşayış xərci ÇXR tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur. Sazişə uyğun olaraq, hazırda 38 nəfər Azərbaycan vətəndaşı Beynəlxalq əlaqələr, Beynəlxalq iqtisadiyyat və ticarət, Mülki və ticarət hüququ, Politologiya və dövlət idarəçiliyi, Yeni və ən yeni Çin ədəbiyyatı, Uşu, Kommunikasiya və informasiya sistemləri, Neft və təbii qaz mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Antropologiya, Beynəlxalq maliyyə və investisiya və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali məktəblərində təhsil alır.   E L A N 

Azərbaycanda səfərdə olan Moldovanın ombudsmanı Aureliya Qriqoriu və Moldova İctimai Palatasının sədri Dmitriy Qriqoriu Bakının Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbin qonaqları olublar.

Məktəblə tanış olduqdan sonra moldovalı qonaqların məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşü keçirilib. Görüşdə məktəbin direktoru Azər Ələkbərov Azərbaycanda həyata keçirilən işlər, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə qayğısı və göstərdikləri diqqət barədə danışıb. Moldovalı ombudsmanın Azərbaycanın haqq işinin müdafiə etməsini xatırladan görüş iştirakçıları təcavüzkar Ermənistan dövlətinin yalanlarının dünyaya yayılmasına dəstəyini yüksək qiymətləndiriblər. Aureliya Qriqoriu işğal olunmuş Azərbaycan ərazilərində soyqırım hadisələri törədən erməni silahlılarının və onların havadarlarının tezliklə ədalət mühakiməsində cavab verəcəklərinə inamını ifadə edib. Erməni terrorçularının vəhşiliklərindən danışan moldovalı ombudsman bəyan edib ki, ermənilərin törətdikləri cinayətlərə, xüsusilə Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. Moldovalı ombudsman müəllim və şagirdlərin suallarını cavablandırıb. Sonda pedaqoji şuranın qərarı ilə moldovalı ombudsmana “Məktəbin fəxri müəllimi” adı verildiyi də bildirilib. Tədbir mədəni proqramla davam etdirilib. Azərbaycan və Moldova milli mahnıları oxunub, rəqslər ifa olunub.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Thomson Reuters” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti Pyotr Marçevskini qəbul edib.

Görüş zamanı Azərbaycan üçün elmi nəşrlərin arxiv bazasının yaradılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Pyotr Marçevski “Thomson Reuters” şirkətinin dünyanın bir çox ölkəsində təhsil, elm, hüquq, maliyyə və bu kimi digər sahələrdə fəaliyyət göstərdiyini bildirib. O, şirkətin Azərbaycanla uzunmüddətli əməkdaşlıq etmək niyyətində olduğunu nəzərə çatdırıb. Təhsil naziri Mikayıl Cabbarov bu sahədə qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirib və gələcək əlaqələrin əhəmiyyətini qeyd edib.

Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibinin müavini Sərxan Hacıyev və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Təhsil Nazirliyinin AFFA ilə birgə təşkil etdiyi yarışa paytaxtda yerləşən 305 məktəbdən 3660 nəfər VIII sinif şagirdi qatılıb. Çempionatın məqsədi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini futbolun inkişafına dəstək verməkdən ibarətdir. Mükafatlandırma mərasimində iştirak edən Azərbaycan yığma komandasının oyunçusu Elvin Məmmədov gənc futbolçuları təbrik edərək onlara peşəkar idmanda uğurlar arzulayıb. Yarışın nəticələrinə əsasən, I yeri 200 nömrəli tam orta məktəbin, II yeri 277 nömrəli idman təmayüllü tam orta məktəbin, III yeri isə 96 nömrəli tam orta məktəbin komandası tutub. Qaliblərə kubok, medal və diplom təqdim olunub. Komandalar Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Avqustun 20-dən 22-dək Masallı rayonunda Valideyn–Müəllim Milli Assosiasiyasının növbəti seminarı keçirilib. Seminarda orta məktəblərdə yaradılmış Valideyn-Müəllim Assosiasiyalarının (VMA) konsepsiyasının və strategiyasının layihələrinin hazırlanması və strukturunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Seminarda Bakı şəhərinin 20, 28, 181, 276 nömrəli, Quba rayonu 1 nömrəli, Lənkəran rayonu 4, 8 nömrəli və Haftoni kənd məktəblərinin direktorları, Gəncə şəhər 4 nömrəli, Bakı şəhəri 46 və 16 nömrəli məktəblərin və “Avropa” liseyinin müəllimləri, “Resurs” gənclər təşkilatının sədri, bir sıra məktəblərin Valideyn–Müəllim Assosiasiyalarının prezidentləri, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru və Təhsil Nazirliyinin əməkdaşı iştirak ediblər. Seminarın gedişində işçi qrupu yaradılıb və VMA-nın yeni strukturu, strategiya və konsepsiyasının layihələri hazırlanaraq müzakirəyə çıxarılıb. Seminarin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 11 noyabr 2014-cü il tarixində imzalanmış İş Proqramına uyğun olaraq, 2015-2016-cı tədris ilində Macarıstan ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 200 yer ayrılıb.

Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Maraqlananlar əlavə olunmuş elanda şərtlərlə tanış ola bilərlər.   E L A N

Aprelin 12-də 2015-2016-cı tədris ili üçün SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsi keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin I tədris binası və 132-134 nömrəli təhsil kompleksində keçirilən müsabiqənin bu mərhələsində 1630 nəfər I kurs tələbəsi iştirak edib. Bu mərhələdə namizədlər məntiqi dünyagörüş və ingilis dili üzrə bilik və bacarıqları qiymətləndirən 50 test tapşırığını 90 dəqiqə ərzində cavablandırıblar. Müsabiqə mərhələsində müvafiq nəticə göstərən namizədlər növbəti mərhələdə – müsahibədə iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, SABAH qruplarının formalaşdırılması ali təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biridir.

Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər üçün həvəskar videoçarx müsabiqəsinə start verilib.

“SABAH LIVE” adlanan müsabiqə həvəskar videoçarxlar vasitəsilə “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində “SABAH-ın könüllüsü”nün fəaliyyətinin və könüllülərinin yaradıcılığının nümayiş olunması məqsədi ilə təşkil olunur. SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə reallaşdırılacaq müsabiqənin qalibi 2 mərhələli seçimlərlə müəyyən olunacaq. Birinci mərhələdə könüllülər tərəfindən hazırlanmış “SABAH-ın könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən video-çarxlar rəsmi səhifədə yerləşdiriləcək. Münsiflər heyəti ən çox bəyənilən və izlənilən video-çarxlar arasından qalibi müəyyənləşdirəcək. Müsabiqədə SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsinin tələbəsi olan və “SABAH-ın könüllüsü” proqramında qeydiyyatdan keçmiş bütün könüllülər iştirak edə bilər. Müsabiqənin qalibləri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet əldə edəcək və qiymətli hədiyyə ilə mükafatlandırılacaq. Müsabiqəyə qoşulmaq üçün aprelin 22-dək mövzuya uyğun hazırlanmış video-çarxı onlayn köçürmə (nümunə: wetransfer.com transfer) platformaları və ya yükləmə platformaları (nümunə: boxca.az, rapidhsare.com) vasitəsi ilə konullu.sabah@edu.gov.az elektron ünvanına "Sabah Live" başlığı altında müəllifin adı, soyadı, təhsil aldığı müəssisə, ixtisası və qrupu qeyd olunmaqla göndərmək lazımdır. Videoçarxlar, həmçinin elektron informasiya daşıyıcılarında (flaşkart, disk və ya harddiskə yazılmış halda) Gənclər Evinə (Ünvanı: Bakı şəhəri, Süleyman Rüstəm küç. 15 H) təqdim oluna bilər. Müsabiqə və onun şərtləri haqqında ətraflı məlumatı SABAH qruplarının rəsmi Facebook səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az), həmçinin konullu.sabah@edu.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlamaqla əldə etmək mümkündür. “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələbələrə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) təşəbbüsü ilə Bakı Modern Məktəbində yaşıllaşdırma aksiyası keçirilib.

Aksiyanın məqsədi məktəbdə yaşıllıq sahəsini genişləndirməklə yanaşı, şagirdlərə bitkilərin qorunması və artırılması barədə ekoloji biliklərin və bacarıqların aşılanmasıdır. Məktəbin VI-IX sinif şagirdləri RETTM-in təcrübə sahəsində yetişdirilmiş 30-dan artıq ağac və kol tinginin məktəbyanı sahədə əkilməsində fəal iştirak ediblər. Məktəblilər Azərbaycanın meşə florasına aid olan dəmirağacı, palıd, vələs, cökə, ağcaqayın və digər ağacların əsas bioekoloji xüsusiyyətləri və onlara qulluq qaydaları barədə ətraflı məlumatlandırılıblar.   Bakı Modern Məktəbinin direktor müavini Mina Əliyeva, biologiya müəllimi Nailə Rəhimova, RETTM-in direktor müavini Lalə Dadaşova, metodistlər Əliheydər Hüseynov, Elnur Muxtarov və digər əməkdaşlar məktəb bağlarının yaradılmasının əhəmiyyəti barədə danışıblar. Şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda bütün iştirakçılara Azərbaycanın biomüxtəlifliyinə aid təqvimlər və “Meşənin həyatı” adlı plakatlar təqdim olunub.

Aprelin 13-də təhsil naziri Mikayıl Cabbarov Şəmkir şəhərindəki Gənclər Mərkəzində Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 34 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb. Şəmkirə səfəri çərçivəsində təhsil naziri, həmçinin rayon mərkəzindəki Nizami Gəncəvi adına tam orta məktəbin tikintisi ilə tanış olub və inşaat işlərinin gedişi ilə maraqlanıb. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə yenidən tikintisinə başlanılmış 624 şagird yerlik təhsil müəssisəsində müasir tələblərə cavab verən sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, idman və akt zallarının inşası nəzərdə tutulub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı