SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin respublika mərhələsi keçirilib.
Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə keçirilən müsabiqənin respublika mərhələsinin açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsi artıq 9-cu dəfədir təşkil olunur.
Xatırladaq ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb. Bu mərhələdə 15 min nəfərdən artıq şagird iştirak edib. Müsabiqənin respublika mərhələsinin 109 iştirakçısından 12 nəfəri VIII, 20-si IX, 29-u X, 28-i XI sinif şagirdləridir. İlk peşə-ixtisas təhsili müəssisələrindən və orta ixtisas təhsili müəssisələrindən olan iştirakçıların sayı isə 20 nəfərdir.
Müsabiqə qaliblərinin inşa yazıları kitab şəklində çap olunacaq.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl