SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
15 aprel - Beynəlxalq ekoloji bilik günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Bakı şəhəri Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin III-IV və 160 saylı Klassik gimnaziyanın VII-VIII siniflərinin şagirləri, məktəb direktorları, müəllimlər və ali məktəb tələbələri iştirak ediblər.
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü və “National Geographic Azerbaijan” jurnalının əməkdaşlığı ilə təşkil olunan tədbir məktəblilərin ekoloji-coğrafi maarifləndirilməsi proqramı çərçivəsində reallaşdırılıb.
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə ekoloji təhsil proqramları haqqında ətraflı məlumat verib.
Tədbirdə “National Geographic Kids” jurnalının redaktoru Könul Nəsibova təqdimatla çıxış edib.
Ətraf mühitlə bağlı ekoloji maarifləndirmə müsabiqələri və viktorinalar şagirdlərin böyük marağına səbəb olub.
6 saylı məktəb-liseyin şagirdləri “Mən “National Geographic Kids” jurnalı ilə hansı ölkəyə səyahət etmək istərdim” mövzusunda rəsmlərini təqdim ediblər. Sonra şagirdlər üçün “Animal Planet”in cizgi filmləri nümayiş olunub.
Tədbirin sonunda ekoloji müsabiqələrin 8 qalibinə “National Geographic Azerbaijan” jurnalına bir illik pulsuz abunə kuponu hədiyyə edilib.
Tədbirdə iştirak edən bütün məktəblilərə “National Geographic Kids” jurnalı təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl