• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakıda yerləşən 7 ali təhsil müəssisəsində “SABAH-ın könüllüsü” proqramının təqdimat mərasimləri keçirilib.

Təqdimatlarda Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin SABAH qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edib.
Təqdimatlar zamanı SABAH qruplarında təhsil alan könüllülər tərəfindən iştirakçılara “SABAH-ın könüllüsü” proqramı, onun məqsədləri, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Könüllülər qeyd ediblər ki, bu proqram SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan sosial fəallığının artırılması və alınmış biliklərin praktikada tətbiqinə şərait yaradılması, eləcə də tələbələrin idarəçilik bacarıqları və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. “SABAH-ın könüllüsü” kimi fəaliyyət göstərən tələbələr komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edir, müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar tədris prossesində əldə etdikləri bilik və bacarıqları tətbiq edərək, tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı qazanırlar.
Təqdimatlarda könüllülər qarşıdan gələn “Bakı 2015” 1-ci Avropa Oyunları barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, “SABAH-ın könüllüsü” proqramı çərçivəsində 7 ali təhsil müəssisəsində Avropa Oyunları ilə bağlı kampaniyaların həyata keçirilməsi planlaşdırılıb. İştirakçılar tələbələri “Bakı 2015” 1-ci Avropa Oyunlarına könüllü kimi qoşulmağa çağırıblar.
Azərbaycan Texniki Universitetində keçirilən təqdimat mərasimində çıxış edən “SABAH-ın könüllüsü” Humay Cavadzadə bildirib ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir: “Biz “Bakı 2015” Avropa Oyunlarının təşkili ilə tarix yazacağıq. Əlbəttə, hər bir gənc, hər bir tələbə bu möhtəşəm tədbirin bir parçası olmaq istəyər. “SABAH-ın könüllüsü” olmaq bizə imkan verəcək ki, Avropa Oyunlarına dəstək olaq və uğura öz imzamızı da ataq”.
Azərbaycan Dillər Universitetində keçirilən təqdimat mərasimində çıxış edən “SABAH-ın könüllüsü” Aygün Bayramova 1-ci Avropa Oyunlarına töhfə vermək imkanı qazanmasından qürur duyduğunu bildirib: “Könüllü olmaq bir seçimdir, ancaq “SABAH-ın könüllüsü” kimi “Bakı 2015” 1-ci Avropa Oyunlarının bir parçası olmaq xüsusilə qürurvericidir.“
Qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramına qoşulmaq üçün http://sabah.edu.az/az/sabahinkonullusu veb ünvanına müraciət etmək lazımdır. “SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytından (http://sabah.edu.az/) və “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.


10 il əvvəl