• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin saytı yenilənib

Təhsil Nazirliyinin rəsmi internet saytı müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi məqsədilə yenilənib. Sayt iki aya yaxın müddətdə test rejimində istifadəyə verilmişdi (https://edu.gov.az). Saytda nazirliyin fəaliyyət istiqamətləri haqqında yenilənmiş məlumat bazası mövcuddur, həmçinin sayta bütün cihazlarda düzgün baxılması təmin edilib. Əsasən xidmət yönümlü olan saytda yeni funksional alətlərdən istifadə olunub. Yeniliklərdən biri də odur ki, oxucu gün ərzində sayta yerləşdirilən xəbərlərin sayını vizual olaraq görə biləcək.  Elektron və informativ xidmətə əlçatanlığın təmin edilməsi məqsədilə həmin xidmətlər əsas səhifədə yerləşdirilib. Sadə və müasir dizayn üslubda yenilənmiş sayta filtr üzrə axtarış sistemi, şəhər (rayon) təhsil şöbələrinin saytlarına keçid, "Şəxsi kabinet" kimi əlavələr edilib. Saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı aparılacaq.   Qeyd edək ki, yenilənmiş saytda əvvəlki versiyaya da keçid əlavə olunub. 

“Qalib müəllim” müsabiqəsi davam edir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsi davam edir.   Müsabiqədə iştirak etmək istəyənlər hazırlanmış video materialları 21 may 2021-ci il tarixinədək  press@edu.gov.az  elektron ünvanına  göndərməlidirlər.      Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir: - “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk; - “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək  press@edu.gov.az  elektron ünvanına  göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.   Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.   Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq hədiyyələrlə mükafatlandırılacaq. 

Onlayn müsahibələr yekunlaşıb

21-22 aprel tarixlərində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr keçirilib.    Onlayn müsahibələrə fənlər üzrə ümumilikdə 536 namizəd dəvət olunub. Namizədlərdən 528 nəfəri müsahibələrdə iştirak edib.   Qeyd edək ki, onlayn müsahibələrdə komissiya qismində yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edib.    Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.   

Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı keçirilir

Aprelin 22-də Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı öz işinə başlayıb. Konfrans Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilir. Konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər.   Konfransın açılış mərasimində iştirak edən təhsil naziri Emin Əmrullayev təhsil siyasəti və təhsil inzibatçılığında qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Emin Əmrullayev hər bir vətəndaşı əlçatan, keyfiyyətli və bərabər imkanlı təhsil hüququ ilə təmin etməyin əsas prioritetlərdən olduğunu vurğulayıb. Nazir əlavə edib ki, ölçülə və müqayisə edilə bilən göstəricilərin təhsil idarəçiləri üçün daha effektiv imkanlar yaratması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Emin Əmrullayev qeyd edib ki, təhsilin idarə olunmasında məzmun, tədris və qiymətləndirmə kimi faktorlara xüsusi önəm verilməlidir. Nazir vacib məsələlər sırasında məktəbəqədər, inklüziv və icmaəsaslı məktəbəqədər təhsilin inkişafı və genişləndirilməsini diqqətə çatdırıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında beynəlxalq qiymətləndirmələrin əhəmiyyətindən danışan təhsil naziri PISA, PIRLS və TIMSS kimi tədqiqatlar çərçivəsində Azərbaycandan olan şagirdlərin nəticələrində müsbət dinamikanın nəzərə çarpdığını bildirib.   Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında məzmunun yenilənməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq qiymətləndirmələrdə irəliləyişlərin əldə olunması kimi mövzulardan danışıb. Rüfət Əzizov tədrisdə məzmunun tərtibatı zamanı kritik düşüncə, ixtira, müzakirə və layihə əsaslı interaktiv dərslərin təşkili, fənlərarası inteqrasiya və müəllimlərin aidiyyəti üzrə ixtisaslarını artırması kimi vəzifələrin əsas götürüldüyünü qeyd edib.   Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əskərov, Şərqi Karolina Universitetinin professoru Lewis Travis, Baltistan Skardu Universitetinin professoru  Ashfaque Ahmad Shah, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Təhsil İnstitutunun şöbə müdiri  Piralı Əliyev və digər məruzəçilər çıxış ediblər.   Qeyd edək ki, konfransda seçilmiş məqalələr “Azərbaycan məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək. Konfrans 25 aprel tarixinə qədər davam edəcək.  

"Erkən uşaqlıq dövrü inkişafı və Azərbaycanda Milli Eudi kampaniyası"nın təqdimatı olub

Aprelin 22-də “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimat mərasimi keçirilib.   Tədbir Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə baş tutub.    Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri, Milli Məclisin deputatı Soltan Məmmədov  EUDİ layihəsinin Azərbaycanın hər zaman tətbiqində yüksək siyasi iradə nümayiş etdirdiyi 17 davamlı inkişaf məqsədlərindən 11-nin uğurlu icrasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Soltan Məmmədov ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun uşaqların sağlamlığı, təhsili və sosial təminatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdiyini vurğulayıb.  Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, uşaq inkişafının 4 əsas istiqaməti –  fiziki, əqli, əxlaqi və estetik inkişafı dövlətin diqqət mərkəzindədir. Məktəbəhazırlıq qruplarının əhəmiyyətindən söz açan Firudin Qurvanov əlavə edib ki, məktəbəqədər təhsilin həm əhatə dairəsinin genişləndirilməsi, həm də keyfiyyətinin yüksəldilməsi milli prioritetlərdəndir. Bu qrupların balaca şagirdlərin həm öyrənmə fəaliyyətinə, həm də sosial bacarıqlarının inkişafına verdiyi səmərə yüksək olub. Nazir müavini icmaəsaslı məktəbəqədər təhsil qruplarınının fəaliyyəti barədə də məlumat verib. Bildirib ki,  bu gün icmaəsaslı qrupların sayı 179, oraya cəlb edilmiş uşaqların sayı isə 9373-dür.    Nazir müavini pandemiya dövründə teledərslər çərçivəsində məktəbəhazırlıq, həmçinin icmaəsaslı məktəbəqədər təhsil qruplarının  uşaqları üçün  məşğələlərin yayımlandığını diqqətə çatdırıb. Firudin Qurbanov qeyd edib ki, bu, həm də valideynlər üçün bir öyrənmə mənbəyi oldu. Nazir müavininin sözlərinə görə, bu böhran dövründə valideynlərin üzərinə olduqca ağır yük düşdü. Həmin yükü azaltmağın bir yolu da Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında hədəf kimi qoyulmuş “Səriştəli valideyn” proqramının hazırlanması və bütün əlçatan vasitələrlə - televiziya, radio, mətbuat – işıqlandırılmasıdır. Nazir müavini əlavə edib ki, gənc valideynlərin səriştəsinin artırılmasına həm tibb sektoru, həm sosial sektor, elə işəgötürənlər də dəstək olmalıdır.  Firudin Qurbanov vurğulayıb ki, Təhsil Nazirliyi erkən uşaqlıq dövründə inkişaf kampaniyasına hər vasitə ilə dəstək verməyə, bütün aidiyyəti sektorlarla bu sahədə ideya mübadiləsi aparmağa və əməkdaşlıq etməyə hazırdır.   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova EUDİ layihəsinin vacib və yüksək nəticəyə hesablanmış bir layihə olduğunu qeyd edib.   UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas EUDİ layihəsinin Azərbaycan xalqına və gələcək nəsillərə töhfə verəcəyinə ümidvar olduqlarını bildirib.   Sonra erkən uşaqlıq dövründə inkişafla bağlı qısa videoçarx nümayiş olunub. EUDİ layihəsinin məqsədləri, layihə çərçivəsində yaradılmış www.eudi.az  portalı, Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Mərkəzinin fəaliyyəti, o cümlədən gələcəkdə nəzərdə tutulan digər fəaliyyətlər barədə ətraflı məlumat verilib.   Sonra www.eudi.az  portalına həsr olunmuş videoçarx nümayiş olunub.   Tədbir müzakirələrlə davam etdirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, səhiyyə nazirinin müavini Rəhim Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin deputatları Hicran Hüseynova, İlham Məmmədov, Müşfiq Məmmədlinin çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.   

Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimatı olub

Aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimat mərasimi keçirilib.    Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə universitetin rektoru Gülçöhrə Məmmədova qonaqlara layihə barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, memarlıq fakültəsində təhsil alan tələbələrin təşəbbüsü ilə ərsəyə gələn "Şuşa şəhərinin şəhərsalma inkişafı və tarixi memarlıq irsinin bərpası" layihənin hazırlanmasında əsas məqsəd Şuşanın nümunəsində tarixi şəhərlərin inkişafı və memarlıq irsinin qorunması, abidələrinin bərpasından ibarətdir.    Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin, Şuşa şəhərinin bərpasıdır. Bu prosesdə Azərbaycan gənclərinin fəal iştirak edəcəklərinə əminliyini ifadə edən nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, maddi və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalı, memarlıq irsinin bərpa olunması məsələləri prioritet istiqamətlər arasında ön sıralarda olmalıdır. Firudin Qurbanovun sözlərinə görə, ölkə başçısının tapşırıqlarına əsasən, Şuşada bərpa işlərinin aparılması ilə bağlı ciddi işlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən Beynəlxalq abidələr gününə həsr olunmuş Şuşa şəhərinin memarlıq irsinin bərpası ilə bağlı eskiz layihələrinin təqdimatı yüksək qiymətləndirilir. Şuşa şəhərinin bərpası istiqamətində tələbələrin hazırladığı eskizlər, eyni zamanda ölkəmizin mədəniyyət incisi olan Şuşa haqqında onlarda biliklərin artırılmasına, vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək.    Daha sonra Şuşa şəhərinin 2020-2040-cı illər üzrə baş plan layihəsi barədə danışılıb, tələbələrin iştirakı ilə görülən işlər izləyicilərə təqdim olunub. Təqdimatın sonunda layihənin nəticəsi kimi tələbələr müasir kompüter proqramlarından istifadə edərək Şuşaya ilk gediş marşrutunu təqdim ediblər.   Qeyd edək ki, tədbirdə təhsil Milli Məclisin deputatları - Hicran Hüseynova, Aydın Mirzəzadə və Hikmət Babaoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova tələbələrin təşəbbüsünü dəyərləndirib, işğaldan azad olunmuş şəhər və kəndlərimizin yenidən qurulması, bərpası və inkişafı prosesində AzMİU-nun professor-müəllim, tələbə potensialından istifadənin vacibliyini vurğulayıblar.

"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı

21-22 aprel tarixlərində "Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" adlı onlayn seminar keçirilib.    Məqsəd seminar iştirakçılarının peşə təhsili, həmçinin ali təhsildə energetika sahələri üzrə tədris və təlimi zamanı Dayanıqlı İnkişaf naminə Təhsil strategiyalarından istifadə olunmasına dair müvafiq biliklərin əldə edilməsi ilə potensialının gücləndirilməsidir. Maraqlı tərəflər arasında çoxsahəli dialoqun qurulması, beynəlxalq təcrübələrin öyrənilməsi ilə təhsilverənlərin dayanıqlı inkişaf naminə təhsillə bağlı kompetensiyalarının inkişafı mexanizmlərinin müzakirə olunması seminarın əsas vəzifəsi olub.    İki gün davam edən seminarın açılış nitqi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktoru Pərviz Yusifov çıxış edib. Seminarda beynəlxalq ekspertlərlə yanaşı, PTDA-nın şöbə müdiri Zaur Əliyev "Ölkədə peşə təhsili üzrə cari vəziyyət", Təhsil Nazirliyinin sektor müdiri və BMT-nin Avropa İqtisadi Komissiyası ilə milli əlaqələndiricisi Ayla Həsənova- Məmmədova seminara hazırlıq çərçivəsində  keçirilmiş “Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun nəticələri, İqtisadiyyat Nazirliyinin əməkdaşı, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin nümayəndəsi  Elnur İbrahimov isə “Azərbaycanda Dayanıqlı İnkişaf: həyata keçirilmiş tədbirlər və gələcək perspektivlər” mövzularında təqdimatlarla çıxış ediblər.   Seminarın auditoriyası beynəlxalq ekspertlər tərəfindən ölkə üzrə strateji sənədlərin təhlili əsasında seçilmiş kənd təsərrüfatı, turizm və energetika sahələrini təmsil edən – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və 6 peşə təhsili Mərkəzlərinin pedaqoji və tələbə heyəti, tərəfdaş biznes sektoru və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Birləşmiş Mİllətlər İnkişaf Proqramı, Britaniya Şurası kimi beynəlxalq təşkilatlar arasından seçilib.  Seminarda təhsil müəssisələri ilə yanaşı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Energetika Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta bİznesin İnkişafı Agentliyi, həmçinin BMT Avropa İqtisadi Komissiyasının katibliyinin proqram rəhbərləri və “Dayanıqlı İnkişaf naminə Təhsil” İdarəetmə Komitəsinin sədri, İsveçrə Konfederasiyasının Təhsil, Tədqiqat və İnnovasiya üzrə Dövlət Katibliyi, Niderland Krallığı Kənd Təsərrüfatı Nazirliyi, Böyük Britaniya Qloçestirşir Universiteti, Gürcüstan, Moldova və Qırğızıstan respublikalarının təhsil nazirliklərinin nümayəndələri iştirak edib.     Qeyd edək ki,  "Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun və seminarın nəticələri əsasında ölkədə ali təhsil və peşə təhsili sahələrində Dayanıqlı İnkişaf naminə Təhsil strategiyasının daha geniş tətbiqi məqsədilə tövsiyə sənədi hazırlanacaq.    Seminar Təhsil Nazirliyi, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və İsveçrə Konfederasiyasının Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin (SERI) birgə təşkilatçılığı ilə keçirilib.    Seminarın təşkili Dayanıqlı İnkişaf Naminə Təhsil (ESD) prioritetləri əsasında ölkə üzrə milli, regional və qlobal səviyyədə görülən işlər, həmçinin “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə aparılan islahatları əhatə edən təşəbbüslərdən irəli gəlib.  

Direktor müavinlərinin işə qəbulunun birinci mərhələsi yekunlaşıb

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun birinci mərhələsi başa çatıb.   14-21 aprel tarixlərində respublika üzrə ümumilikdə 31 vakant yerə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadındır. Onlardan 388 nəfəri ali təhsilli, 28 nəfəri orta ixtisas təhsillidir.   Hazırda müraciətlərin yoxlanması həyata keçirilməkdədir. 27 aprel tarixinədək sənədləri qaydasında olan şəxslərin ikinci mərhələyə keçməsi barədə məlumat şəxsi kabinetlərinə göndəriləcək. İlk mərhələdən keçən namizədlər üçün test imtahanının 2 may tarixində təşkili nəzərdə tutulur.   Qeyd edək ki, sənədlərin yoxlanması zamanı əsas meyar olaraq vakant yer üzrə tələb olunan təhsil, iş təcrübəsi və sistemə daxil edilən təsdiqedici sənədlərin düzgünlüyü götürüləcək, adıçəkilən meyarlara uyğun olmayan müraciətlərə imtina veriləcək.

“Dərs vaxtı”nda müəllimlərimiz suallarınızı cavablandıracaq

Aprelin 24-dən etibarən “Dərs vaxtı”nda yeni formatda dərslərin yayımına başlanılır.   Əziz şagirdlər, bu dəfə müəllimlərimiz canlı yayım vasitəsi ilə sizi maraqlandıran suallara aydınlıq gətirəcək, çətinlik çəkdiyiniz məsələləri, açıq tipli və situasiya tapşırıqlarını, qavranılması çətin olan mövzuları izah edəcəklər.   Sözügedən dərslər hər şənbə günü saat 11:00-da Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.   Sizi düşündürən sualları canlı yayım zamanı feysbuk postunun rəy bölməsində qeyd edə və yaxud dersvaxti@edu.gov.az elektron ünvanına yazıb göndərə bilərsiniz.    Dərsləri “Dərs vaxtı”nda izləməyi unutmayın!  

Peşə təhsili üzrə teledərslərin 23 aprel cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 23 aprel tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı