• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin saytı yenilənib

Təhsil Nazirliyinin rəsmi internet saytı müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi məqsədilə yenilənib. Sayt iki aya yaxın müddətdə test rejimində istifadəyə verilmişdi (https://edu.gov.az).


Saytda nazirliyin fəaliyyət istiqamətləri haqqında yenilənmiş məlumat bazası mövcuddur, həmçinin sayta bütün cihazlarda düzgün baxılması təmin edilib. Əsasən xidmət yönümlü olan saytda yeni funksional alətlərdən istifadə olunub. Yeniliklərdən biri də odur ki, oxucu gün ərzində sayta yerləşdirilən xəbərlərin sayını vizual olaraq görə biləcək. 


Elektron və informativ xidmətə əlçatanlığın təmin edilməsi məqsədilə həmin xidmətlər əsas səhifədə yerləşdirilib. Sadə və müasir dizayn üslubda yenilənmiş sayta filtr üzrə axtarış sistemi, şəhər (rayon) təhsil şöbələrinin saytlarına keçid, "Şəxsi kabinet" kimi əlavələr edilib.


Saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı aparılacaq.

 

Qeyd edək ki, yenilənmiş saytda əvvəlki versiyaya da keçid əlavə olunub. 


3 il əvvəl