• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı və nümunəvi suallar

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulub. Müsahibə mərhələsində namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb.   Aşağıda təqdim edilən müvafiq linklərə daxil olaraq proqram və nümunəvi suallarla tanış ola bilərsiniz:   Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı   Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üçün nümunəvi suallar: - Peşəkar kompetensiyalar (qanunvericiliyə dair biliklər) - İdarəetmə bacarıqları - Dünyagörüşü və şəxsi keyfiyyətlər   Müsahibələrin 4 mərhələdə təşkili nəzərdə tutulur. İlkin mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000-dən çox olan ümumi təhsil müəssissələrində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır.   Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

Təhsil naziri Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı ilə qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev 29 aprel 2021-ci il saat 15:00-da Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan rayon sakinləri 22-27 aprel (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.   Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.   Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.   Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda,  ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı yaradılacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək.   Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsinə başlanılıb

Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edir.   Aprelin 19-dan başlayan qiymətləndirmənin pilot mərhələsi  Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 3000 şagirdin iştirakı planlaşdırılıb.    Proses COVID-19 pandemiyasının tələblərindən irəli gələn gigiyenik normalara əməl olunaraq təşkil edilir. Tədqiqatın may ayının ortalarında yekunlaşacağı gözlənilir.   Tədqiqatın əsas mərhələsinin 2022-ci ilin aprel-may ayları ərzində təşkil edilməsi nəzərdə tutulub.   Qeyd edək ki, PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur. 

Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyatın son günü

Aprelin 21-də peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başa çatır. Elektron müraciət mərhələsi bu gün saat 18:00-da yekunlaşacaq. Müraciətlərin qeydiyyatı https://portal.edu.az/ portalı vasitəsi ilə həyata keçirilir.    Müsabiqəyə çıxarılan 31 vakant yer üzrə bugünədək 381 nəfər müraciət edib. Müraciət edənlərdən 193 nəfəri kişi, 188 nəfəri isə qadındır. Onlardan 358 nəfəri ali təhsilli, 23 nəfəri isə orta ixtisas təhsillidir.   Qeyd edək ki, tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə elan edilən işə qəbul müsabiqəsi 3 mərhələli şəkildə aparılır. Növbəti mərhələdə tələblərə cavab verən müraciətçilər test mərhələsinə dəvət olunacaqlar. Test mərhələsində namizədlər 90 dəqiqə ərzində 60 sual cavablandırmalıdırlar. Sözügedən mərhələni də uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaq. Namizəd tərəfindən təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğu müsabiqə komissiyası tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra test imtahanı və müsahibədə göstərdiyi nəticələrə əsasən işə qəbulu həyata keçiriləcək.  

Təhsilin məzmunu müzakirə edilib

Aprelin 21-də Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən "Təhsilin məzmunu zaman kontekstində" mövzusunda onlayn müzakirə təşkil edilib.   Çıxış edən nazirlik yanında İctimai Şuranın sədri Şahlar Əsgərov qeyd edib ki, təhsilə baxış dəyişilməli, kamil insanlar yetişdirmək təhsilin məzmununda əsas meyar kimi qəbul edilməlidir.   Təhsil nazirinin müşaviri Elnur Nəsibov ictimai müzakirələrin əhəmiyyətinə toxunaraq Təhsil Nazirliyi tərəfindən son zamanlar təşkil edilən ictimai sorğu və müzakirələrin nəticələrinin nəzərə alındığını xüsusi diqqətə çatdırıb.      Təhsil İnstitutunun direktoru Rüfət Əzizov da öz növbəsində müzakirələrdə önə çıxan məsələlərin tətbiqi barədə danışaraq bildirib ki, dəyişikliklərin məqsədə xidmət edib-etmədiyini ölçmək də xüsusi əhəmiyyət kəsb edir. Rüfət Əzizov ölçmə alətlərindən biri olaraq beynəlxalq qiymətləndirmə vasitələrinə də diqqət çəkib. Rüfət Əzizov əlavə edib ki, layihə əsaslı təhsilə keçid edilməli, kitabdan aslılıq minimuma endirilməlidir.     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müzakirə edilən məsələlərin həlli yollarının təhlilinə ehtiyac olduğunu bildirib.   Müzakirələrdə iştirak edən İctimai Şuranın üzvləri Hikmət Əlizadə, Asif Cahangirov, Ülviyyə Mikayılova, Təhsil İnstitutunun direktor müavini  Ənvər Abbasov və digər iştirakçılar da mövzuya dair fikirlərini bölüşüblər. Bildirilib ki, təhsilin məqsədi təhsilalanları həyata və təhsilin növbəti pilləsinə hazırlamaq, onların ixtisaslaşmasına dəstək olmaqdır. Təhsilin məzmunu elə qurulmalıdır ki, şagird məktəbə həvəslə, böyük maraqla gəlsin, öz potensialını reallaşdırsın, yeniliklər əldə etsin. Şagirdlərə həyatda nə lazım olacaqsa, onlara o aşılanmalıdır.   Yekunda bu və digər mövzularda müzakirələrin davamlı təşkil olunması qərara alınıb.  

Akkreditasiya təlimləri davam edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlərə start verilib.   Aprelin 20-dən başlayan və  daha 3 gün davam edəcək təlimlərdə 9 müxtəlif ali təhsil müəssisəsi, əmək bazarı və digər qurumların nümayəndələrindən ibarət 15 mütəxəssis iştirak edir.   Mütəmadi təşkil olunan təlimlərin əsas məqsədi ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin milli və beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsidir. Həmçinin, akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin  Keyfiyyətin İdarəedilməsi Sistemi haqqında biliklərini artırmaq, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi  arasında əlaqələri aydınlaşdırmaq və praktiki tapşırıqlar vasitəsi ilə daxili keyfiyyət təminatının qiymətləndirilməsinə dair bacarıqların təkmilləşdirilməsi də əsas məqsədlər sırasındadır.   Qeyd edək ki, onlayn təlimlərdə  yüksək nəticə göstərmiş namizədlər daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaq. Belə ki, yalnız hər üç səviyyə üzrə sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edə biləcək.

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.   23 aprel saat 14:00-da baş tutacaq təlim proqramı “İnformasiya Texnologiyalarının İdarəedilməsi” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Mançestr Universitetinin dəyişim və inkişaf ixtisası üzrə magistratura pilləsindən məzun Rauf Cabbarovdur. Təlimdə iştirak etmək üçün müvafiq link   https://cutt.ly/DvPPFhi  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Estoniyada oxumaq imkanı

Estoniyada 2021-2022-ci il tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə təqaüdlü təhsil və tədqiqat proqramlarına qeydiyyat davam edir.     Təqaüd proqramı Estoniya universitetlərində yay kursları, tədqiqat və mühazirələrdə iştirak, eləcə də dərəcə proqramları (bakalavriat, magistratura və doktorantura) üzrə təqaüdlü təhsil imkanları yaradır.   Müraciət etmək istəyənlər təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərlər.  

“Postpandemiya dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar

Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi (BANM) və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Postpandemiya dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar keçirilib.   Təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, hazırda bütün dünyada ciddi bir qeyri-müəyyənlik hökm sürsə də, təhsil davam etdirilməlidir. Təhsil nazirinin sözlərinə görə, bu dövrdə insan kapitalının inkişafını dayandırmaq mümkün deyil. Pandemiyanın yeni imkanlar açdığını diqqətə çatdıran Emin Əmrullayev Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə 1 milyondan çox şagirdin, 100 mindən çox müəllimin vahid elektron platformada iştirakının təmin olunması barədə məlumat verib.   Nazir bildirib ki, bu dövrdə təhsilin fundamental məqsəd və vəzifələrinin dəyişməməsi ən vacib məsələlərdəndir. Təhsilin əlçatan olması, bərabər imkanlar təqdim etməsi, şəraitdən asılı olmayaraq, Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. Bacardıqca keyfiyyətli təhsil təmin edilməlidir. Postpandemiya dövründə distant təhsilə keçidlə bağlı sualın da çoxlarını düşündürdüyünü bildirən təhsil naziri qeyd edib ki, distant təhsil olduqca vacib fenomendir, amma hər kəsi daha çox təhsilin məzmununun hansı istiqamətdə dəyişəcəyi sualı düşündürməlidir. Çünki pandemiya şəraiti əvvəllər zəruri hesab edilən bacarıqlar toplusunun da yenilənməsinin vacibliyini göstərdi.   Ölkənin ali təhsil sisteminin kifayət qədər tənzimlənən sahə olduğunu vurğulan təhsil naziri əlavə edib ki, tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlar mövcuddur və qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanları olacaq. Nazir tələbələrin sosial-psixoloji rifah məsələsinin də vacib olduğunu və tamamilə yeni sosial-ünsiyyət, sosial-əməkdaşlıq mühitinə qədəm qoyulduğunu qeyd edib.   Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da öz növbəsində bildirib ki, müəllimlərin, təhsil menecerlərinin fədakar əməyi nəticəsində ümumilikdə bu dönəmi təhsil üçün uğurlu adlandırmaq olar, çünki təhsilin fasiləsizliyi təmin olundu. Elmar Qasımov postpandemiya dönəmində təhsilverənlər və təhsilalanlarla yanaşı, işəgötürənlərin də müasir texnoloji vərdişlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.   Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, distant təhsilin tətbiqi təmin edilməlidir. Yeni texnologiyaların bütün sahələrdə olduğu kimi təhsildə də tətbiqi qaçılmazdır.   Vebinarda çıxış edən Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut pandemiya dövründə təhsilin fasiləsizliyinin və davamlılığının təmin edilməsi üçün mümkün imkanlardan istifadə olunmasının, bütün maddi və mənəvi resursların səfərbər edilməsinin vacibliyini vurğulayıb.   Panel məruzəçiləri qismində UNICA-nın prezidenti, professor Luciano Saso, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti, professor Perikles A.Mitkas, Rumıniyanın Ploiesti Neft-Qaz Universitetinin professoru Florinel Dinu, Varna Tibb Universitetinin professoru Todorka Kostadinova təqdimatla çıxış ediblər. Çıxışçılar ənənəvi tədrisin hazırda mümkünsüzlüyünün bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsir göstərdiyinə, təhsil sferasında müəyyən problemlər yaratmasına toxunub, eyni zamanda, distant təhsilin yaratdığı imkanlardan danışıblar. Həmçinin distant təhsildən istifadə, onun qaydaları və səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə edilib.   Qeyd edək ki, vebinara Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan, Ukrayna, Gürcüstan və Albaniyadan müxtəlif universitetlərin professor-müəllim heyəti ilə yanaşı 300-dək iştirakçı qatılıb.  

Vətəndaşların videoqəbulu davam etdirilir

Mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və bu sahənin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.    Belə ki, görülən tədbirlər çərçivəsində 19 aprel 2021-ci il tarixindən Təhsil Nazirliyinin strukturuna daxil olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Quba Rayon Təhsil Şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsi tərəfindən vətəndaşların qəbulu videoqəbul formatında keçirilir.   Videoqəbulların keçirilməsində məqsəd regionlarda yaşayan vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir.   Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.   Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 iyun 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb. 15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatda təşkil edilir.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı