• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimatı olub

Aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimat mərasimi keçirilib. 

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə universitetin rektoru Gülçöhrə Məmmədova qonaqlara layihə barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, memarlıq fakültəsində təhsil alan tələbələrin təşəbbüsü ilə ərsəyə gələn "Şuşa şəhərinin şəhərsalma inkişafı və tarixi memarlıq irsinin bərpası" layihənin hazırlanmasında əsas məqsəd Şuşanın nümunəsində tarixi şəhərlərin inkişafı və memarlıq irsinin qorunması, abidələrinin bərpasından ibarətdir. 

 

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin, Şuşa şəhərinin bərpasıdır. Bu prosesdə Azərbaycan gənclərinin fəal iştirak edəcəklərinə əminliyini ifadə edən nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, maddi və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalı, memarlıq irsinin bərpa olunması məsələləri prioritet istiqamətlər arasında ön sıralarda olmalıdır. Firudin Qurbanovun sözlərinə görə, ölkə başçısının tapşırıqlarına əsasən, Şuşada bərpa işlərinin aparılması ilə bağlı ciddi işlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən Beynəlxalq abidələr gününə həsr olunmuş Şuşa şəhərinin memarlıq irsinin bərpası ilə bağlı eskiz layihələrinin təqdimatı yüksək qiymətləndirilir. Şuşa şəhərinin bərpası istiqamətində tələbələrin hazırladığı eskizlər, eyni zamanda ölkəmizin mədəniyyət incisi olan Şuşa haqqında onlarda biliklərin artırılmasına, vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək. 

 

Daha sonra Şuşa şəhərinin 2020-2040-cı illər üzrə baş plan layihəsi barədə danışılıb, tələbələrin iştirakı ilə görülən işlər izləyicilərə təqdim olunub. Təqdimatın sonunda layihənin nəticəsi kimi tələbələr müasir kompüter proqramlarından istifadə edərək Şuşaya ilk gediş marşrutunu təqdim ediblər.

 

Qeyd edək ki, tədbirdə təhsil Milli Məclisin deputatları - Hicran Hüseynova, Aydın Mirzəzadə və Hikmət Babaoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova tələbələrin təşəbbüsünü dəyərləndirib, işğaldan azad olunmuş şəhər və kəndlərimizin yenidən qurulması, bərpası və inkişafı prosesində AzMİU-nun professor-müəllim, tələbə potensialından istifadənin vacibliyini vurğulayıblar.


3 il əvvəl