• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Dərs vaxtı”nda müəllimlərimiz suallarınızı cavablandıracaq

Aprelin 24-dən etibarən “Dərs vaxtı”nda yeni formatda dərslərin yayımına başlanılır.

 

Əziz şagirdlər, bu dəfə müəllimlərimiz canlı yayım vasitəsi ilə sizi maraqlandıran suallara aydınlıq gətirəcək, çətinlik çəkdiyiniz məsələləri, açıq tipli və situasiya tapşırıqlarını, qavranılması çətin olan mövzuları izah edəcəklər.

 

Sözügedən dərslər hər şənbə günü saat 11:00-da Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Sizi düşündürən sualları canlı yayım zamanı feysbuk postunun rəy bölməsində qeyd edə və yaxud dersvaxti@edu.gov.az elektron ünvanına yazıb göndərə bilərsiniz. 

 

Dərsləri “Dərs vaxtı”nda izləməyi unutmayın!

 


3 il əvvəl