• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor müavinlərinin işə qəbulunun birinci mərhələsi yekunlaşıb

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun birinci mərhələsi başa çatıb.
 

14-21 aprel tarixlərində respublika üzrə ümumilikdə 31 vakant yerə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadındır. Onlardan 388 nəfəri ali təhsilli, 28 nəfəri orta ixtisas təhsillidir.
 

Hazırda müraciətlərin yoxlanması həyata keçirilməkdədir. 27 aprel tarixinədək sənədləri qaydasında olan şəxslərin ikinci mərhələyə keçməsi barədə məlumat şəxsi kabinetlərinə göndəriləcək. İlk mərhələdən keçən namizədlər üçün test imtahanının 2 may
tarixində təşkili nəzərdə tutulur.

 

Qeyd edək ki, sənədlərin yoxlanması zamanı əsas meyar olaraq vakant yer üzrə tələb olunan təhsil, iş təcrübəsi və sistemə daxil edilən təsdiqedici sənədlərin düzgünlüyü götürüləcək, adıçəkilən meyarlara uyğun olmayan müraciətlərə imtina veriləcək.


3 il əvvəl