• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı yekunlaşıb

22-25 aprel tarixlərini əhatə edən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı başa çatıb.    Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutan konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak ediblər.     Təhsildə liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, təhsilin iqtisadiyyatı, distant təhsilin idarə olunması, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və idarəçilik, təhsilin idarə olunmasının beynəlxalq modelləri mövzularını əhatə edən konfrans Azərbaycan və ingilis dillərində aparılıb.   Təhsil idarəçiliyi mövzusunda ilk dəfə təşkil olunan konfrans “XXI əsrin tələblərinə uyğun təhsil” sahəsində qarşıda duran vəzifələri işıqlandırmaq məqsədi daşıyıb.    Konfransın açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev qeyd edib ki, təhsilin idarə olunmasında məzmun, tədris və qiymətləndirmə kimi amillərə xüsusi önəm verilməlidir. Nazir vacib məsələlər sırasında məktəbəqədər, inklüziv və icmaəsaslı məktəbəqədər təhsilin inkişafı və genişləndirilməsini diqqətə çatdırıb. Həmçinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında beynəlxalq qiymətləndirmələrin əhəmiyyətindən danışan təhsil naziri PISA, PIRLS və TIMSS kimi tədqiqatlar çərçivəsində Azərbaycandan olan şagirdlərin nəticələrində müsbət dinamikanın nəzərə çarpdığını bildirib.    Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında məzmunun yenilənməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq qiymətləndirmələrdə irəliləyişlərin əldə olunması kimi məsələlərə toxunub.  Tədrisdə məzmunun tərtibatı zamanı kritik düşüncə, ixtira, müzakirə və layihə əsaslı interaktiv dərslərin təşkili, fənlərarası inteqrasiya və müəllimlərin aidiyyəti üzrə ixtisaslarını artırması kimi vəzifələrin əsas götürüldüyünü qeyd edib.    Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, nazirlik yanında İctimai Şuranın üzvü Asif Cahangirov, ADA Universitetinin prorektoru  Vəfa Kazdal,  ABŞ-ın Şərqi Karolina Universitetinin professoru Lewis Travis, Pakistanın Baltistan Skardu Universitetinin professoru Ashfaque Ahmad Shah, Şimali Kiprin Doğu Akdeniz Universitetinin professoru Hasan Şimşek, Cənubi Koreyanın İnha Universitetinin professoru Youngsoon Kim, Finlandiyalı təhsilin idarə olunması üzrə mütəxəssis Petri Lounaskorpi, Qırğız-Türk Manas Universitetinin professoru Kürşad Yılmaz, Qazaxıstanın Narxoz Universitetinin professoru Dilbər Gimranova və digərləri çıxış ediblər.   Konfrans “Təhsildə Liderlik və idarəetmə”,  “Təhsildə keyfiyyət”, “Distant təhsilin idarə olunması”, “İnklüziv təhsilin təşkili”, “Təhsilin idarə olunmasında Orta Asiya Təcrübəsi” sessiyaları ilə davam edib, ümumilikdə 65 məruzə dinlənilib. 

Onlayn müsahibələrin nəticələri şəxsi səhifələrə göndərilib

21-22 aprel tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.    Cari müsahibələrdə ümumilikdə 528 nəfər iştirak edib. Onlardan 465 nəfəri uğur qazanaraq müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib.   Qeyd edək ki, 27-28 aprel tarixlərində onlayn müsahibə mərhələsinin apellyasiya müraciətləri üçün qeydiyyat həyata keçiriləcək.

Peşə təhsili üzrə teledərslərin 27 aprel cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 27 aprel tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Lənkəran Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Aprelin 26-da Lənkəran Dövlət Universitetinin (LDU) rektoru vəzifəsinə təyin olunmuş  Natiq İbrahimov universitetin kollektivinə təqdim edilib.   Natiq İbrahimovu kollektivə təqdim edən təhsil nazirinin müavini Firudin Qurbanov universitetin Elmi Şurasının üzvlərini yeni rektorun tərcümeyi-halı ilə tanış edib.   Son 5 il ərzində LDU-da tələbə kontigentinin bir neçə dəfə artdığını, maddi-texniki bazanın gücləndiyini, tədris prosesinin keyfiyyətcə yaxşılaşdığını qeyd edən nazir müavini sadalanan istiqamətlərdə görülən işləri yüksək dəyərləndirib. Firudin Qurbanov LDU-nun cənub regionunun inkişafında mühüm rol oynadığından da söz açıb. Nazir müavini bildirib ki, zamanın tələblərinə cavab verən savadlı, eyni zamanda vətənpərvər kadrların hazırlanması universitetlərin, professor-müəllim heyətinin əsas vəzifəsidir və ali təhsil ocaqları bundan sonrakı fəaliyyətlərində regionun tələbatını nəzərə almaqla kadr hazırlığına üstünlük verməlidirlər.   Natiq İbrahimov da öz növbəsində ona göstərilən etimadı doğruldacağını bildirib.

Hindistanda təqaüdlü təhsil almaq imkanı

Hindistan Respublikasının Mədəni Əlaqələr Şurası (ICCR) Azərbaycan Respublikası vətəndaşları üçün Hindistanın müxtəlif universitetlərində təhsil almaq məqsədilə təqaüd proqramı təklif edir. Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.   Təqaüd proqramına müraciət üçün son tarix 30 may 2021-ci il nəzərdə tutulub.   Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Beynəlxalq Mendeleyev olimpiadasından qazanılan uğur

20-26 aprel 2021-ci il tarixlərində Rusiyada kimya fənni üzrə 55-ci Beynəlxalq Mendeleyev olimpiadası təşkil olunub.   Sözügedən elm müsabiqəsində iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər.   Belə ki, Türkiyə Dəyanət vəqfi - Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu gümüş,  BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli isə bürünc medala layiq görülüb.      Məktəblilərimizi təbrik edir, növbəti müsabiqələrdə uğurlar arzulayırıq!

Fənn müsabiqələrinin I mərhələsi keçirilir

VI-VII sinif şagirdləri arasında VI respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinə start verilib.   Aprelin 26-da VI siniflər üçün riyaziyyat və informatika fənləri üzrə imtahan prosesi təşkil edilib. Aprelin 27-də isə VII siniflər üçün fizika, kimya və biologiya fənləri üzrə imtahan prosesinin təşkili nəzərdə tutulur.   Müsabiqə 25 mindən çox şagirdin iştirakı ilə Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün bölgələr üzrə ümumilikdə 97 mərkəzdə təşkil edilib.   Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək.   Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Beynəlxalq Uşaq Festivalı ilə bağlı onlayn görüş

22-23 aprel tarixlərində Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 23 aprel-Beynəlxalq Uşaq Festivalı ilə əlaqədar onlayn görüşlər təşkil edilib.   Görüşlərdə Türkiyənin Ankara, Bodrum, Fethiyyə şəhərlərindən Özəl Alp kollecinin, Hüseyin Turgut Karabağlı və Özel Fethiye Hatem məktəblərinin şagirdləri, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib.   Görüşdə Azərbaycan-Türkiyə dostluğundan bəhs olunub, uşaqların ifasında mahnılar oxunub, şeirlər səsləndirilib.   Sonda uşaqlar festival barədə xoş xatirələrini bölüşüblər.   Qeyd edək ki, hər il 23 aprel-Beynəlxalq Uşaq Festivalında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri ölkəmizi layiqincə təmsil edib. Pandemiya şəraiti ilə əlaqədar artıq ikinci ildir ki, sözügedən festivalın təşkili təxirə salınıb.  

“Beynəlхalq Yer Günü”nə həsr olunan tədbir keçirilib

Aprelin 22-də  “Beynəlхalq Yer Günü” nə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” ekoloji hərəkatının ekoklublarının iştirakı ilə baş tutub.    Tədbirin keçirilməsində məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsindən ibarət olub.    Tədbirdə, həmçinin, VI Ekoloji Foruma hazırlıq məqsədilə ekoklub liderlərinin və ekoloji aktivistlərin 10 ekoloji istiqamət - “Yaşıl iqtisadiyyat”, “Yaşıl turizm”, “Yaşıl aqrar”, “Yaşıl ətraf mühit”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” üzrə təqdimatları dinlənilib, təklifləri irəli sürülüb və müzakirələr aparılıb.           Tədbirdə 100-ə yaxın gənc ekolider iştirak edib.

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulub.  Müsahibələr 4 mərhələdə təşkil ediləcək. İlkin mərhələ may ayında baş tutacaq. Birinci mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000 nəfərdən çox olan 40 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır. İkinci mərhələdə imtahan nəticəsi 30 baldan çox olan və şagird sayı 500-1000 nəfər olan 72 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı nəzərdə tutulur. Üçüncü mərhələdə isə imtahan nəticəsi 26 baldan çox olan və şagird sayı 100-500 nəfər olan 323 ümumi təhsil müəssissəsində, dördüncü mərhələdə imtahan nəticəsi 24 baldan çox olan və şagird sayı 2-100 nəfər olan 189 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlər iştirak edəcək.   Müsahibə mərhələsinə namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb.    Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı   Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üçün nümunəvi suallar: - Peşəkar kompetensiyalar (qanunvericiliyə dair biliklər) - İdarəetmə bacarıqları - Dünyagörüşü və şəxsi keyfiyyətlər   Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı