• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı

21-22 aprel tarixlərində "Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" adlı onlayn seminar keçirilib. 

 

Məqsəd seminar iştirakçılarının peşə təhsili, həmçinin ali təhsildə energetika sahələri üzrə tədris və təlimi zamanı Dayanıqlı İnkişaf naminə Təhsil strategiyalarından istifadə olunmasına dair müvafiq biliklərin əldə edilməsi ilə potensialının gücləndirilməsidir. Maraqlı tərəflər arasında çoxsahəli dialoqun qurulması, beynəlxalq təcrübələrin öyrənilməsi ilə təhsilverənlərin dayanıqlı inkişaf naminə təhsillə bağlı kompetensiyalarının inkişafı mexanizmlərinin müzakirə olunması seminarın əsas vəzifəsi olub. 

 

İki gün davam edən seminarın açılış nitqi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktoru Pərviz Yusifov çıxış edib. Seminarda beynəlxalq ekspertlərlə yanaşı, PTDA-nın şöbə müdiri Zaur Əliyev "Ölkədə peşə təhsili üzrə cari vəziyyət", Təhsil Nazirliyinin sektor müdiri və BMT-nin Avropa İqtisadi Komissiyası ilə milli əlaqələndiricisi Ayla Həsənova- Məmmədova seminara hazırlıq çərçivəsində  keçirilmiş “Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun nəticələri,
İqtisadiyyat Nazirliyinin əməkdaşı, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin nümayəndəsi  Elnur İbrahimov isə “Azərbaycanda Dayanıqlı İnkişaf: həyata keçirilmiş tədbirlər və gələcək perspektivlər” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Seminarın auditoriyası beynəlxalq ekspertlər tərəfindən ölkə üzrə strateji sənədlərin təhlili əsasında seçilmiş kənd təsərrüfatı, turizm və energetika sahələrini təmsil edən – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və 6 peşə təhsili Mərkəzlərinin pedaqoji və tələbə heyəti, tərəfdaş biznes sektoru və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Birləşmiş Mİllətlər İnkişaf Proqramı, Britaniya Şurası kimi beynəlxalq təşkilatlar arasından seçilib.  Seminarda təhsil müəssisələri ilə yanaşı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Energetika Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta bİznesin İnkişafı Agentliyi, həmçinin BMT Avropa İqtisadi Komissiyasının katibliyinin proqram rəhbərləri və “Dayanıqlı İnkişaf naminə Təhsil” İdarəetmə Komitəsinin sədri, İsveçrə Konfederasiyasının Təhsil, Tədqiqat və İnnovasiya üzrə Dövlət Katibliyi, Niderland Krallığı Kənd Təsərrüfatı Nazirliyi, Böyük Britaniya Qloçestirşir Universiteti, Gürcüstan, Moldova və Qırğızıstan respublikalarının təhsil nazirliklərinin nümayəndələri iştirak edib.  

 

Qeyd edək ki,  "Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun və seminarın nəticələri əsasında ölkədə ali təhsil və peşə təhsili sahələrində Dayanıqlı İnkişaf naminə Təhsil strategiyasının daha geniş tətbiqi məqsədilə tövsiyə sənədi hazırlanacaq. 

 

Seminar Təhsil Nazirliyi, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və İsveçrə Konfederasiyasının Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin (SERI) birgə təşkilatçılığı ilə keçirilib. 

 

Seminarın təşkili Dayanıqlı İnkişaf Naminə Təhsil (ESD) prioritetləri əsasında ölkə üzrə milli, regional və qlobal səviyyədə görülən işlər, həmçinin “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə aparılan islahatları əhatə edən təşəbbüslərdən irəli gəlib.
 


3 il əvvəl