• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ən yaxşı innovativ layihənin qalibi

Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbənin uğuru   Azərbaycanın istedadlı gənclərinin xaricı ölkələrdə əldə etdikləri uğurlar hər birimiz üçün sevindirici və qürurvericidir. Dünyanın tanınmış universitetlərində təhsil alan gənclərimizin elm və texnikanın müxtəlif sahələrində innovativ layihələrlə çıxış etmələri və ciddi uğurlar qazanmaları   istedadlı tələbələrimizin potensialından xəbər verir. Bütün hallarda gənclərimizin xaricdə digər ölkələrdən olan həmyaşıdları arasında yüksək intellektual səviyyə nümayiş etdirmələri təhsilimizin uğurları hesab oluna bilər. Belə istedadlı gənclərdən biri, hazırda "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə   təhsili üzrə Dövlət   Proqramı" çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alan Tərlan Süleymanovdur. Gəlin, onu yaxından tanıyaq.  Tərlan Süleymanov 1993-cü il avqustun 1-də Göyçay şəhərində anadan   olub.   İlk təhsilinə Göyçay şəhər 3 nömrəli tam orta məktəbdə başlayıb. VII sinfə qədər rus bölməsində təhsil alıb, daha   sonra 2005-ci ildə imtahan verərək yüksək balla Ağdaş Özəl Türk Liseyinə   qəbul olunub.   XI sinfi Bakı Özəl Türk Liseyində bitirib. Ağdaş Liseyindən məzun olduqdan sonra 2010-cu ildə ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Qafqaz   Universitetinin ingilisdilli   kompüter mühəndisliyi fakültəsinə qəbul olunub. Göstərdiyi nəticəyə görə dövlət başçısı İlham Əliyevin 8 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Qafqaz Universitetinin I kursunu   əla qiymətlərlə   bitirdikdən sonra Böyük Britaniyanın Şeffild   Universitetinin kompüter   elmləri fakültəsinə qəbul olunub.    Dünya miqyaslı alim olmağı arzulayır   İngilis, rus, türk dillərini mükəmməl bilən Tərlan Qafqaz Universitetində oxuduğu dövrdə kompüter mühəndisliyi fakültəsi üzrə 1-ci yerə layiq görülüb. Proqramlaşdırma və robot texnikasına daha çox maraq göstərən Tərlan bu sahədə dünya miqyaslı alim olmağı qarşısına məqsəd qoyub. Buna görə də yüksək səviyyəli tədris və tədqiqatları ilə dünyanın aparıcı universitetləri arasında özünəməxsus yeri olan Şeffild Universitetini seçib. - Öz arzuma nail olmaq üçün mən Şeffild Universitetini seçdim. Bu təhsil ocağı mənə maraq göstərdiyim elm sahələri üzrə geniş nəzəri və praktik biliklər verir. Bütün bunlar real şəraitdə   müxtəlif kompaniyalarla iş qurmağıma imkan yaradır. Mənim qardaşım da Şeffild Universitetində kimya maşınqayırması üzrə təhsil alır. Təhsil aldığım universitetdə nəzəri biliklərimizi praktikada sınaqdan keçirmək üçün bir neçə kompüter və mühəndislik laboratoriyamız var. Robotlarla iş isə bizim üçün ən xoş məşğuliyyət sahəsidir. Robotların müxtəlif tapşırıqları yerinə yetirməsini, necə hərəkət etməsini müşahidə etmək doğrudan da çox maraqlıdır. Ayrı-ayrı müəllimlər öz modullarına uyğun olan müxtəlif tədris metodlarına malikdirlər. Universitetdə həyatın müxtəlif aspektlərinə həsr olunmuş mühazirələr, laboratoriya məşğələləri, dərs vəsaitləri var. Bundan əlavə, xüsusi iş vaxtları var ki, biz tələbələr bu və ya digər məsələlərlə bağlı müəllimlərimizə müraciət edə və onlardan kömək ala bilərik.   Burada oxuduğum müddət ərzində təhsil mənə çox şeylər verdi. Birincisi, mən əcnəbi tələbə kimi ingilis dilini akademik səviyyədə mənimsədim. Bundan əlavə, kompüter elmini daha dərindən öyrəndim, proqramlaşdırma, robot texnikası, süni intellekt və digər sahələrdə öz biliklərimi genişləndirdim. Universitetdə keçirilən müxtəlif işçi toplantılar, seminarlar və digər tədbirlər mənə öz biliklərimi zənginləşdirməyə imkan verir.   Yenilikçi tələbə   Qeyd etdiyimiz kimi, Şeffild Universiteti təkcə Böyük Britaniyada deyil, bütün dünyada kompüter mühəndisliyi, texnologiyalar, robot texnikası sahəsində yeni ideyaların gündəmə gəldiyi və həllini tapdığı bir ali təhsil müəssisəsidir. 2014-cü ildə universitetin ən yaxşı innovativ layihəsinin qalibi Tərlan Süleymanov seçilib.     Şeffilddə təhsilinin 3-cü ilində   fərdi dissertasiya proyektinə görə "The Floow" şirkəti tərəfindən   "Ən innovativ   layihə" (The Most Innovative Project) mükafatına    layiq görülüb. İngilis dilində "Animating 'Zeno' the RoboKind  Humanoid Robot: Navigationin a Mobile Environment" (qısaca Səyyar Mühitdə   Naviqasiya) adlandırılan layihənin ideyası Tərlana məxsusdur. Şeffild Universitetinin professoru Roger Moorenun   rəhbərliyi ilə həyata keçirilən layihədə   "Zeno   R50 RoboKind" robotundan istifadə   edilib.   Layihənin əsas məqsədi tamamilə öz-özünə (fully autonomous) hərəkət edən sistemlərin   əsas problemlərindən biri olan naviqasiya problemini həll etmək olub. Tədqiqat işi həmçinin   robotlar və   süni intellekt sahələri üzrə   bir neçə   əhəmiyyətli mövzunu əhatə edib.   Universitet tərəfindən verilmiş təqdimatda Tərlan Süleymanovun işlərinə yüksək qiymət verilib. Təqdimatda qeyd olunub: "Biz mükafatı təkcə öz innovasiyalarımıza görə yox, həm də yeni istedad və ideyalara veririk. Şeffild Universitetinin "Ən yaxşı innovasiya layihəsi" üzrə mükafat informatika fakültəsinin tələbəsi Tərlan Süleymanova təqdim olunur. Biz Tərlana kiçik bir robot verərək onun süni intellektini tədqiq etməyi təklif etdik. Lakin o tipik həll variantını seçmək əvəzinə, daha çətin həll variantına üstünlük verərək robotun xarici müdaxilə olmadan nəqliyyat vasitəsi ilə müstəqil idarə olunması imkanlarını araşdırmağa qərar verib", -deyə təqdimatda qeyd olunub. Tərlanın hazırladığı metodika robota dolayısı ilə nəqliyyat vasitələrinin məhdud məkan daxilində hərəkətini idarə etməyə imkan verir. "Kompüter həlli və süni intellektə əsaslanan bu tədqiqat işi ən çətin problem və innovasiyadır. Buna görə də biz düşündük ki, Tərlanın işi "Ən yaxşı innovativ layihə" olmağa layiqdir. Və beləliklə də biz Tərlanı təbrik edirik. Biz sizin işinizdən böyük təəssüratla ayrılırıq, Tərlan! Sizin innovasiya və istedadınızın gələcəkdə də özünü göstərəcəyi günü gözləyirik",- deyə Şeffild Universitetindən verilən açıqlamada bildirilir. Tərlan Süleymanov layihəni bitirdikdən sonra robotlar sahəsi üzrə daha   geniş biliklərə sahib   olmaq üçün Şeffild Universitetinin Robotlar Mərkəzində (Sheffield Centr for Robotics) yay təcrübəsi keçib. Təcrübə   müddətində   yeni robotların   quraşdırılması, bacarıq və   məhdudiyyətlərinin müəyyən edilməsi, istifadə   qaydalarının hazırlanması və demo proyektlərin həyata keçirilməsi ilə məşğul olub. Əlavə olaraq Zeno R50, Zeno R25 və NAO insanvari robotları   Şeffild şəhərində   keçirilən   "Beyin Festivalı" (Festival of the Mind)   çərçivəsində   "Robotların yeni erası: interaktiv sərgi" üçün (The New Age of Robotics: Interactive Exhibition) ümayişə hazırlayıb. Seffild Universitetində keçirilən seminarlarda ("Skills forSuccess Programme") iştirakına və "Engineering: YouTre Hired" həftəsi ərzində ən yaxsı layihəyə görə ali məktəb tərəfindən təltif olunub.   Azərbaycan dili müəllimi   Tərlan Süleymanov Böyük Britaniyada təhsil aldığı dövrdə Azərbaycan   həqiqətlərini, dəyərlərini və adət-ənənələrini əcnəbilərə çatdırmaq üçün bir sıra   fəaliyyətlərlə məşğul olub. O, Seffild Universiteti nəzdində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və lobbiçilik fəaliyyətləri üçün təsis edilmiş Azərbaycan   Cəmiyyətinin vitse-prezidenti və eyni zamanda İKT meneceridir. Cəmiyyət tərəfindən hər il təşkil olunan "Novruz festivalı", "Dünya həftəsi",   "Dil festivalı" və s. tədbirlərdə fəal iştirak edib. Tərlan Süleymanov hər il Şeffild Universitetində keçirilən "Xocalıya ədalət!" kampaniyasının əsas təşkilatçılarındandır.   O, 2014-cü ildə    universitetdə   keçirilmış " Xocalıya ədalət!" kampaniyasına həsr olunmuş videoçarx yaradıb. -   Hər il olduğu kimi, bu il də Şeffild Tələbələr Birliyinin (Sheffield Students' Union) təşəbbüsü ilə Dünya Həftəsi (World Week) təşkil olunur və bir həftə ərzində müxtəlif tədbirlər həyata keçirilir. Biz Şeffild Azərbaycan Cəmiyyəti olaraq bu tədbirlər çərçivəsində Beynəlxalq Dil Festivalında və milli sərgidə fəal iştirak edirik. Noyabrın 14-də paradın keçirilməsi ilə həftəyə start verildi. Müxtəlif ölkələrdən olan tələbələr öz bayraqları ilə 2 saat ərzində universitetdən şəhər mərkəzinə doğru yürüş həyata keçirərək tələbələrin birlik və bərabərliyini nümayiş etdirdilər. Noyabrın 16-da Beynəlxalq Dil Festivalı keçirildi. Mən festivalda Azərbaycan dili müəllimi olaraq iştirak etdim. Festivalda xarici tələbələrə və yerli əhaliyə Azərbaycan dili dərsləri keçdim. Bizə ayrılan vaxt ərzində yerli və əcnəbi tələbələrə Azərbaycan dili haqqında məlumat verməklə bərabər, eyni zamanda Azərbaycan haqqında maraqlı faktlar, Azərbaycanın zəngin mədəniyyəti və tarixinə aid məlumatlar, iqtisadi, siyasi, elmi, idman və digər sahələrdə əldə olunan nailiyyətlər və ölkəmizdə baş tutacaq Avropa oyunları və Avropa çempionatı barədə məlumat çatdırdıq. Noyabrın 19-da isə milli sərgi təşkil olundu. Sərgidə Azərbaycana aid suvenirlər, milli geyimlər və rəsmlər nümayiş olundu. Şeffild Universitetini bitirdikdən sonra   Azərbaycanda   elmi fəaliyyətlə   məşğul   olmaq istəyirəm.   Bunun üçün də   ilk öncə   nüfuzlu universitetlərin birində   doktorantura təhsili almaq arzusundayam. Gələcəkdə arzum öz sahəmdə ekspert olmaq və elmə yeni ideyalar gətirməklə bəşəriyyətə xidmət etməkdir. Biz də ölkəmizin təhsil ənənələrini, mədəniyyətimizi uzaq Britaniyada layiqincə təmsil edən Tərlana qarşısına qoyduğu hədəflərə çatmaqda uğurlar arzulayırıq.   "Azərbaycan müəllimi" qəzeti

Gürcüstanın Tbilisi şəhərində “Şərq Tərəfdaşlığı Platforması 4” çərçivəsində “Turin prosesi-2014” mövzusunda regional konfrans keçirilib.

 Konfrans Gürcüstan Təhsil və Elm Nazirliyi, Avropa Komissiyası və Avropa Təhsil Fondu tərəfindən təşkil olunub. Tədbirdə “Şərq Tərəfdaşlığı Platforması 4”ə daxil olan 6 ölkənin nümayəndələri iştirak edib.  Azərbaycan konfransda Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Məşğulluq Xidmətinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri ilə təmsil olunub.  Konfransda Təhsil Nazirliyinin İlk peşə və orta ixtisas şöbəsinin mütəxəssisi Nigar İsmayılzadə 2014-cü il üzrə Turin prosesinin Azərbaycana dair hesabatını təqdim edib. Təqdimatda Azərbaycanda peşə təhsili və təlimi sisteminin inkişafı istiqamətində 2 il müddətində həyata keçirilən tədbirlərdən danışılıb, qarşıda duran vəzifələrlə bağlı prioritetlər açıqlanıb. Bildirilib ki, 2014-cü il üzrə Turin prosesində müxtəlif dövlət qurumlarının nümayəndələri yaxından iştirak edib. Bununla bağlı müzakirələrə işəgötürənlər, QHT-lər və ekspertlər cəlb olunub.Təhsil Nazirliyinin ilk peşə ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov plenar iclasda iştirakçılara Turin prosesində istifadə olunan metodologiya və indikatorların təkmilləşdirilməsi ilə bağlı məlumat verib.  Ölkəmiz Turin prosesinə dair artıq ikinci hesabatla çıxış edir. Təhsil nazirinin müşaviri Seymur İsmayılovun koordinatorluğu ilə həyata keçirilən Turin prosesinə dair Azərbaycanda maraqlı tərəflərin iştirakı ilə milli səviyyədə müzakirələr aparılıb. Bu müzakirələrə işəgötürənlər, QHT-lər və ekspertlər də cəlb olunub.  Konfransın “Avropa İttifaqı: 2020 hədəfləri üzrə Bençmarkinq –mövcud "ən yaxşı göstərici" ilə müqayisə etməklə şirkətin effektivliyinin ölçülməsi və inkişaf etdirilməsi” mövzusuna həsr olunmuş ikinci hissəsində ölkələrin 7 indikator üzrə statistik göstəriciləri təqdim edilib.  Təqdimatda Avropa İttifaqının 2020-ci ilə kimi qarşıya qoyduğu inkişaf istiqamətlərinə dair ölkələrin nailiyyətləri müqayisəli şəkildə göstərilib və əhalinin təhsilə cəlb olunması, təhsil səviyyələri, məşğulluq, savadlılıq üzrə göstəricilər müzakirə olunub. Azərbaycan öz hesabatında adıçəkilən göstəricilər üzrə indikatora yaxın nəticə əldə olunduğunu bəyan edib və bununla yanaşı, digər indikatorlara dair qarşıya goyulmuş prioritetlər üzrə müvafiq dövlət proqramlarının hazırlandığı qeyd olunub.  

Dekabrın 5-də Bakıda “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb.

Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi tədbirdə Gürcüstan, Qazaxıstan, Rusiya və Latviyanın pedaqoji tədqiqatlar sahəsində tanınmış şəxsləri, həmçinin, Azərbaycan Milli Məclisinin deputatları, müfaviq dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta məktəb müəllimləri iştirak edirlər. Konfransın təşkilində məqsəd təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir tendensiyaların, mövcud qabaqcıl təcrübə mübadiləsinin və onun Azərbaycan təhsilinə inteqrasiyası yollarının müzakirəsindən ibarətdir. Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov rəhbərlik etdiyi qurumda ölkəmizdə ilk dəfə olaraq Humanist Pedaqogika Mərkəzinin açıldığını bildirib. İnstitut direktoru qeyd edib ki, burada müəllimlərin iştirakı ilə “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar keçirilib. Seminarların keçirilməsinə müxtəlif ölkələrdən təlimçilər cəlb olunub. Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, mənəvi tərbiyə cəmiyyətin həmişə diqqət mərkəzində olub. Təhsilin də ən ümdə vəzifəsi sağlam düşüncəli nəsillər formalaşdırmaqdır. Nazir müavini bəzi məktəb direktorlarının harmonik şəxsiyyətin formalaşdırılması işinə ciddi yanaşmadığını vurğulayıb: “Tədrisin yaxşılaşdırılması işinə xüsusi diqqət versələr də, bəzi məktəb direktorları şagirdlərin şəxsiyyət kimi formalaşması, həmçinin təlim-tərbiyə məsələlərinə səthi yanaşırlar. Biz bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik”. Firudin Qurbanov qeyd edib ki, ölkəmizdə təhsil sisteminin qarşısında duran ən vacib dəyişikliklərdən biri təhsilalanların özlərini şəxsiyyət kimi göstərə bilməsinə şərait yaratmaqdır. Sonra Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti Şalva Amonaşvili təhsildə mənəvi-əxlaqi dəyərlərlə bağlı fikirlərini açıqlayıb. Konfransda 200-dən çox gənc alim və mütəxəssis, tanınmış ziyalılar pedaqogikada humanist yanaşmanın müasir aspektlərini əhatə edən mövzularda məruzə edəcəklər.

Bu gün Təhsil Nazirliyində Nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin iştirakı ilə iclas keçirilib.

İclasda son bir ildə ümumi təhsil sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə söz açan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin idarə olunması, maddi-texniki və kadr təminatı, tədris prosesinin əlaqələndirilməsi işində əhəmiyyətli dəyişikliklərinin baş verdiyinə diqqət yetirərək, bu müsbət dinamikanın saxlanılması və islahatların davam etdirilməsinin vacibliyini qeyd edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi və cari fəaliyyətinə Təhsil Nazirliyinin dəstəyinin daha da artırılması məqsədi ilə  nazirin əmri ilə İdarəyə birbaşa rəhbərliyin həyata keçirilməsi təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub. Təhsil nazirinin digər əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub. 

Avropa Ali Təhsil Müəssisələri Assosiasiyasının (EURASHE) təşkilatçılığı ilə 3-4 dekabr 2014-cü il tarixlərində Litvanın paytaxtı Vilnus şəhərində beynəlxalq konfrans keçirilib.

Litva Universitetləri Şurası və Vilnus Tətbiqi Elmlər Universitetinin ev sahibliyi etdiyi konfrans “Ali təhsildə keyfiyyəti necə təmin etməli” mövzusuna həsr olunub. Konfransın işində Avropa və ABŞ-ın 95 universiteti və təhsil təşkilatlarını təmsil edən 230-dan çox numayəndə iştirak edib. Təhsil Nazirliyinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev tədbirdə “Keyfiyyətin təmin olunmasında şəffaflıq və hesabatlılıq məsələlərinə dair” məruzə ilə çıxış edib. Konfrans iştirakçıları ali təhsildə keyfiyyətin təmin olunması yollarını və mexanizmlərini müzakirə ediblər. Tələbə yönümlü təlimdə keyfiyyət və keyfiyyətin təmin olunması, keyfiyyət, keyfiyyət təminatı və keyfiyyət mədəniyyəti, keyfiyyətin təmin olunmasında Avropa standartları, ikili təhsil proqramlarında keyfiyyət, qloballaşma və keyfiyyətin təmin olunması, müəssisələrlə (işəgötürənlərlə) keyfiyyət əməkdaşlığı, professional ali təhsildə keyfiyyətin təmin olunmasının mahiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konfransda Avropa Ali Təhsil Müəssisələri Assosiasiyasının prezidenti Andreas Orfanides, Litvanın təhsil və elm nazirinin müvini Rimantas Vaitkus, Vilnus Tətbiqi Elmlər Universitetinin rektoru Gintautas Brajunas, Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı Assosiasiyasının (ENQA) direktoru Mario Kelo, Avropa Şurasının ali təhsil üzrə eksperti Klara Engels-Perenyi də məruzələrlə çıxış ediblər. Həmçinin, konfransda “Ali təhsildə daxili keyfiyyətin təmin olunması” adlı məlumat-sorğu kitabının təqdimatı olub. Kitabın müəllifi, Avropa Akkreditasiya Konsorsiumunun menecment qrupunun (ECA) və Niderland Akkreditasiya Cəmiyyətinin üzvü Luçien Bollaert kitab haqqında məlumat verib.

Dekabrın 8-də təhsil naziri Mikayıl Cabbarovun Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbulu başlayıb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilir və əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.

Paytaxtın Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbə məxsus 90 kvadratmetr torpaq sahəsi qanunsuz zəbt olunub və ərazi hasarlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş operativ araşdırma zamanı məlum olub ki, qanunsuz tikinti işləri “Paradise” klubun işçiləri  tərəfindən aparılıb. Faktla bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilib. Əraziyə baxış keçirildikdən sonra qanunsuz tikinti sökülüb. Qeyd edək ki, Prezident  İlham Əliyev 11 avqust 2014-cü il tarixində Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətilə tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əsaslı şəkildə yenidən qurulmuş 1380 şagird yerlik məktəbdə təmir işləri yüksək standartlara uyğun həyata keçirilib. Təhsil müəssisəsinin bir hektarlıq həyətyanı sahəsində də müvafiq abadlıq və quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir.

Dekabrın 17–də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanın Fransa ilə digər istiqamətlərdə olduğu kimi, təh­sil sahəsində də əlaqələrə xüsusi önəm verdiyini bildirib. Ulu öndər Hey­dər Əliyevin Fransa ilə qarşılıqlı dostluğa və əməkdaşlığa əsas­lanan siyasətinə diqqət çəkən Misir Mərdanov bu kursun ölkə Prezi­denti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu baxı­m­dan döv­lət rəhbərinin dekabrın əvvəllərində Fran­saya rəsmi səfə­ri­nin əhəmiyyətli olduğunu qeyd edib. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qab­riel Keller səmimi qəbula görə təhsil nazirinə minnətdarlığını bildi­rib, Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı digər məsə­lə­lərlə yanaşı, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə də diq­qət yetirildiyini nəzərə çatdı­rıb. Dövlət başçılarının görüşü zamanı Fran­sa prezidentinin Azərbaycanda fransız məktəbinin açılması təşəb­büsü ilə çıxış etdiyini, bu barədə ümumi fikir müba­di­ləsi aparıldığını söy­lə­yən səfir deyib ki, Azərbaycanda müx­təlif sahələrdə çalışan fransızların, fransızdilli ölkələrin diplo­ma­tik kor­pus­larının təmsilçilərinin övlad­lar­ının təhsil alması üçün belə bir mək­təbə ehtiyac duyulur. Sonra səfir Qab­riel Kel­ler 2010–cu il ərzində bununla bağlı müvafiq razılığın əldə olunma­sı­nı arzuladıqlarını nəzərə çatdırıb. İki ölkə arasında təhsil sənədlərinin qarşılıqlı tanınması məsələ­lərinə toxu­nan səfir “2007–2015–ci illərdə Azərbaycan gənclə­ri­nin xa­ri­ci ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənc­lərin əsasən kənd tə­sər­­rü­fa­tı, memarlıq, aeronavtika, ekologiya ix­ti­sasları üzrə Fransanın nüfuzlu ali mək­təb­lərində təhsil almasına ma­raq göstərdiklərini qeyd edib. Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişafına yetirdikləri diq­­­­­­qətə gö­rə səfirə təşəkkür edən təhsil naziri Misir Mərdanov res­pub­li­kamızda bir sıra öl­kə­lərin dövlət və qeyri–dövlət tədris ocaq­la­rı­nın fəa­­liy­yət göstərdiyini nəzərə çat­dı­rıb. Misir Mərdanov Təhsil Nazir­liyi­nin əməkdaşları ilə Fran­­sa­nın Azər­­bay­candakı səfir­li­yinin təmsilçi­lərinin məsləhət­ləş­mələr apar­ması, irəli sürülən ide­ya­nın gerçəkləşdiril­məsi üçün hü­qu­qi əsas­ların hazırlanması, qaldırılan məsələnin hər­tə­rəfli mü­za­kirə edil­mə­si və Bakıda fransız məktəbinin açılması üçün müm­kün olan variantlar haqqında fikirlərini bildirib. “2007–2015–ci illərdə Azərbaycan gənclə­ri­nin xa­ri­ci ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransanın ali məktəblərinə in­diyə qədər 58 tə­lə­bə­nin gön­də­ril­diyini vurğulayan təhsil naziri gələ­cək­də bu göstəricinin daha da arta­cağına, Fran­sanın digər nüfuzlu univer­sitet­lə­­rin­də də azərbaycanlı tələbələrin təhsil al­ma­sı­nın mümkünlüyünə diqqət çəkib. Təhsil Nazirliyi ilə Fransanın KNOUS təş­ki­latı arasında səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyən nazir ölkələri­mi­zin təhsil sahəsindəki əla­qə­lərinin bundan sonra daha da geniş­lə­nə­cəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dekabrın 7-də ADA Universitetində “Azərbaycan Biznes Keys” müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin III və IV kurs tələbələrinin biznes-yönümlü sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, onların bu istiqamətdə praktiki bacarıqlara yiyələnməsinə dəstək vermək və ölkəmizin biznes mühitinə cəlb olunmasına vasitəçilik etməkdən ibarətdir. Müsabiqəyə hazırlıq məqsədilə xaricdə təhsil almış və müxtəlif yerli, həmçinin beynəlxalq qurumlarda fəaliyyət göstərən azərbaycanlı peşəkar mütəxəssislərdən ibarət Biznes Akademiyası yaradılıb və burada müsabiqənin 60 iştirakçısına altı həftə ərzində bizneslə bağlı təlim keçirilib. Akademiyanın bütün təlimlərində uğurla iştirak edən 40 tələbəyə sertifikat təqdim olunub. Müsabiqədə hər biri dörd nəfərdən ibarət 29 komandaya hər həftə Harvard Universitetinin biznes keysləri təqdim edilib. Bununla, onların praktiki bilik və bacarıqlarının artırılmasına şərait yaradılıb. Müsabiqənin ilkin mərhələsinə Azərbaycanın 7 ali təhsil müəssisəsinin III, IV kurslarında və magistratura səviyyəsində təhsil alan tələbələrdən ibarət 29 komanda qoşulub. Eyni zamanda Gürcüstanın 5 ali təhsil müəssisəsinin komandası yarışmaya qatılıb. Final mərhələsinə keçən 6 komandadan ən yaxşı 4 komanda seçilib.   Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov, həmçinin Gürcüstanın təhsil və elm nazirinin müavini Tamaz Marsaqişvilli iştirak ediblər. Tamaz Marsaqişvilli belə tədbirlərin gənclərin inkişafına, bazar rəqabətinə cavab verən kadrların hazırlanmasına müsbət təsir göstərdiyini vurğulayıb. Qonaq ikinci yerin qalibi olan Qafqaz Universitetinin komandasına üç min manat məbləğində simvolik mükafatı təqdim edib. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarına nazir Mikayıl Cabbarovun təbrikini çatdırıb. Daha sonra “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında məlumat verən nazir müavini bu istiqamətdə həyata keçirilən islahatlar barədə danışıb. Bu müsabiqənin əhəmiyyətini vurğulayan Firudin Qurbanov regional səviyyədə təşkil edilmiş yarışmanın gələcəkdə daha genişmiqyaslı olmasını arzulayıb. Nazir müavini müsabiqənin qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin komandasına altı min manat məbləğində simvolik mükafatı təqdim edib.

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası Belarusun paytaxtı Minsk şəhərində keçirilən akrobatika gimnastikası üzrə beynəlxalq “Bondarev Kuboku" turnirində ölkəmizi təmsil edib.

İdman akrobatikası məktəbinin yaradıcılarından biri olan Leonid Livşiçin xatirəsinə həsr olunmuş turnirə Azərbaycanla yanaşı, Belarus, Moldova, Rusiya, Qazaxıstan, Belçika və Böyük Britaniyanın müxtəlif şəhərlərindən gəlmiş 300-dən çox idmançı qatılıb. İdmançılarımız yarışda akrobatikanın 5 növündən 4-ü üzrə mübarizə aparıblar. Qadın cütlüyü üzrə gənclərin proqramında Emiliya Nəzərli və Raziyə Seyidli turnirin qalib olublar. Böyüklərin proqramında isə Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanova III yerə çıxıblar. Kişi cütlüyü üzrə gənclərin proqramında Bəxtiyar İbrahimov və Seymur Babayev III yeri tutublar. Ağasif Rəhimovla Nurcan Cabbarlının iştirak etdiyi qarışıq cütlükdə də təmsilçilərimiz III yeri qazanıblar. “Təhsil” RİM-in daha 4 yetirməsi – Seymur Cəfərov və Murad Əkbərov IV yeri, Lamiyə Nəcəfli və Jalə Abbasova isə isə V yeri tutublar. Beləliklə, turnirdə iştirak edən 13 idmançımızdan 9-u Azərbaycana medalla qayıdıb. Qeyd edək ki, “Təhsil” RİM-in fəaliyyətində akrobatika gimnastikası üzrə belə yüksək nəticə ilk dəfə əldə olunur.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı