SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası Belarusun paytaxtı Minsk şəhərində keçirilən akrobatika gimnastikası üzrə beynəlxalq “Bondarev Kuboku" turnirində ölkəmizi təmsil edib.
İdman akrobatikası məktəbinin yaradıcılarından biri olan Leonid Livşiçin xatirəsinə həsr olunmuş turnirə Azərbaycanla yanaşı, Belarus, Moldova, Rusiya, Qazaxıstan, Belçika və Böyük Britaniyanın müxtəlif şəhərlərindən gəlmiş 300-dən çox idmançı qatılıb.
İdmançılarımız yarışda akrobatikanın 5 növündən 4-ü üzrə mübarizə aparıblar. Qadın cütlüyü üzrə gənclərin proqramında Emiliya Nəzərli və Raziyə Seyidli turnirin qalib olublar. Böyüklərin proqramında isə Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanova III yerə çıxıblar. Kişi cütlüyü üzrə gənclərin proqramında Bəxtiyar İbrahimov və Seymur Babayev III yeri tutublar. Ağasif Rəhimovla Nurcan Cabbarlının iştirak etdiyi qarışıq cütlükdə də təmsilçilərimiz III yeri qazanıblar. “Təhsil” RİM-in daha 4 yetirməsi – Seymur Cəfərov və Murad Əkbərov IV yeri, Lamiyə Nəcəfli və Jalə Abbasova isə isə V yeri tutublar.
Beləliklə, turnirdə iştirak edən 13 idmançımızdan 9-u Azərbaycana medalla qayıdıb.
Qeyd edək ki, “Təhsil” RİM-in fəaliyyətində akrobatika gimnastikası üzrə belə yüksək nəticə ilk dəfə əldə olunur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl