• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Gürcüstanın Tbilisi şəhərində “Şərq Tərəfdaşlığı Platforması 4” çərçivəsində “Turin prosesi-2014” mövzusunda regional konfrans keçirilib.

 Konfrans Gürcüstan Təhsil və Elm Nazirliyi, Avropa Komissiyası və Avropa Təhsil Fondu tərəfindən təşkil olunub. Tədbirdə “Şərq Tərəfdaşlığı Platforması 4”ə daxil olan 6 ölkənin nümayəndələri iştirak edib.
 Azərbaycan konfransda Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Məşğulluq Xidmətinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri ilə təmsil olunub.
 Konfransda Təhsil Nazirliyinin İlk peşə və orta ixtisas şöbəsinin mütəxəssisi Nigar İsmayılzadə 2014-cü il üzrə Turin prosesinin Azərbaycana dair hesabatını təqdim edib. Təqdimatda Azərbaycanda peşə təhsili və təlimi sisteminin inkişafı istiqamətində 2 il müddətində həyata keçirilən tədbirlərdən danışılıb, qarşıda duran vəzifələrlə bağlı prioritetlər açıqlanıb. Bildirilib ki, 2014-cü il üzrə Turin prosesində müxtəlif dövlət qurumlarının nümayəndələri yaxından iştirak edib. Bununla bağlı müzakirələrə işəgötürənlər, QHT-lər və ekspertlər cəlb olunub.Təhsil Nazirliyinin ilk peşə ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov plenar iclasda iştirakçılara Turin prosesində istifadə olunan metodologiya və indikatorların təkmilləşdirilməsi ilə bağlı məlumat verib.
 Ölkəmiz Turin prosesinə dair artıq ikinci hesabatla çıxış edir. Təhsil nazirinin müşaviri Seymur İsmayılovun koordinatorluğu ilə həyata keçirilən Turin prosesinə dair Azərbaycanda maraqlı tərəflərin iştirakı ilə milli səviyyədə müzakirələr aparılıb. Bu müzakirələrə işəgötürənlər, QHT-lər və ekspertlər də cəlb olunub.
 Konfransın “Avropa İttifaqı: 2020 hədəfləri üzrə Bençmarkinq –mövcud "ən yaxşı göstərici" ilə müqayisə etməklə şirkətin effektivliyinin ölçülməsi və inkişaf etdirilməsi” mövzusuna həsr olunmuş ikinci hissəsində ölkələrin 7 indikator üzrə statistik göstəriciləri təqdim edilib.
 Təqdimatda Avropa İttifaqının 2020-ci ilə kimi qarşıya qoyduğu inkişaf istiqamətlərinə dair ölkələrin nailiyyətləri müqayisəli şəkildə göstərilib və əhalinin təhsilə cəlb olunması, təhsil səviyyələri, məşğulluq, savadlılıq üzrə göstəricilər müzakirə olunub. Azərbaycan öz hesabatında adıçəkilən göstəricilər üzrə indikatora yaxın nəticə əldə olunduğunu bəyan edib və bununla yanaşı, digər indikatorlara dair qarşıya goyulmuş prioritetlər üzrə müvafiq dövlət proqramlarının hazırlandığı qeyd olunub.
 


10 il əvvəl