• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 5-də Bakıda “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb.

Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi tədbirdə Gürcüstan, Qazaxıstan, Rusiya və Latviyanın pedaqoji tədqiqatlar sahəsində tanınmış şəxsləri, həmçinin, Azərbaycan Milli Məclisinin deputatları, müfaviq dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta məktəb müəllimləri iştirak edirlər.
Konfransın təşkilində məqsəd təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir tendensiyaların, mövcud qabaqcıl təcrübə mübadiləsinin və onun Azərbaycan təhsilinə inteqrasiyası yollarının müzakirəsindən ibarətdir.
Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov rəhbərlik etdiyi qurumda ölkəmizdə ilk dəfə olaraq Humanist Pedaqogika Mərkəzinin açıldığını bildirib. İnstitut direktoru qeyd edib ki, burada müəllimlərin iştirakı ilə “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar keçirilib. Seminarların keçirilməsinə müxtəlif ölkələrdən təlimçilər cəlb olunub.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, mənəvi tərbiyə cəmiyyətin həmişə diqqət mərkəzində olub. Təhsilin də ən ümdə vəzifəsi sağlam düşüncəli nəsillər formalaşdırmaqdır. Nazir müavini bəzi məktəb direktorlarının harmonik şəxsiyyətin formalaşdırılması işinə ciddi yanaşmadığını vurğulayıb: “Tədrisin yaxşılaşdırılması işinə xüsusi diqqət versələr də, bəzi məktəb direktorları şagirdlərin şəxsiyyət kimi formalaşması, həmçinin təlim-tərbiyə məsələlərinə səthi yanaşırlar. Biz bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik”. Firudin Qurbanov qeyd edib ki, ölkəmizdə təhsil sisteminin qarşısında duran ən vacib dəyişikliklərdən biri təhsilalanların özlərini şəxsiyyət kimi göstərə bilməsinə şərait yaratmaqdır.
Sonra Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti Şalva Amonaşvili təhsildə mənəvi-əxlaqi dəyərlərlə bağlı fikirlərini açıqlayıb.
Konfransda 200-dən çox gənc alim və mütəxəssis, tanınmış ziyalılar pedaqogikada humanist yanaşmanın müasir aspektlərini əhatə edən mövzularda məruzə edəcəklər.


10 il əvvəl