• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 7-də ADA Universitetində “Azərbaycan Biznes Keys” müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin III və IV kurs tələbələrinin biznes-yönümlü sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, onların bu istiqamətdə praktiki bacarıqlara yiyələnməsinə dəstək vermək və ölkəmizin biznes mühitinə cəlb olunmasına vasitəçilik etməkdən ibarətdir.
Müsabiqəyə hazırlıq məqsədilə xaricdə təhsil almış və müxtəlif yerli, həmçinin beynəlxalq qurumlarda fəaliyyət göstərən azərbaycanlı peşəkar mütəxəssislərdən ibarət Biznes Akademiyası yaradılıb və burada müsabiqənin 60 iştirakçısına altı həftə ərzində bizneslə bağlı təlim keçirilib. Akademiyanın bütün təlimlərində uğurla iştirak edən 40 tələbəyə sertifikat təqdim olunub. Müsabiqədə hər biri dörd nəfərdən ibarət 29 komandaya hər həftə Harvard Universitetinin biznes keysləri təqdim edilib. Bununla, onların praktiki bilik və bacarıqlarının artırılmasına şərait yaradılıb.
Müsabiqənin ilkin mərhələsinə Azərbaycanın 7 ali təhsil müəssisəsinin III, IV kurslarında və magistratura səviyyəsində təhsil alan tələbələrdən ibarət 29 komanda qoşulub. Eyni zamanda Gürcüstanın 5 ali təhsil müəssisəsinin komandası yarışmaya qatılıb. Final mərhələsinə keçən 6 komandadan ən yaxşı 4 komanda seçilib.  
Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov, həmçinin Gürcüstanın təhsil və elm nazirinin müavini Tamaz Marsaqişvilli iştirak ediblər.
Tamaz Marsaqişvilli belə tədbirlərin gənclərin inkişafına, bazar rəqabətinə cavab verən kadrların hazırlanmasına müsbət təsir göstərdiyini vurğulayıb. Qonaq ikinci yerin qalibi olan Qafqaz Universitetinin komandasına üç min manat məbləğində simvolik mükafatı təqdim edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarına nazir Mikayıl Cabbarovun təbrikini çatdırıb. Daha sonra “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında məlumat verən nazir müavini bu istiqamətdə həyata keçirilən islahatlar barədə danışıb. Bu müsabiqənin əhəmiyyətini vurğulayan Firudin Qurbanov regional səviyyədə təşkil edilmiş yarışmanın gələcəkdə daha genişmiqyaslı olmasını arzulayıb. Nazir müavini müsabiqənin qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin komandasına altı min manat məbləğində simvolik mükafatı təqdim edib.


10 il əvvəl